"Mənim hansısa kişiyə ehtiyacım yoxdur, o məni saxlayır..." - FOTO

"Mənim hansısa kişiyə ehtiyacım yoxdur, o məni saxlayır..." - FOTO"Son zamanlar çəkilişlərdən çox, verilişlərdə ekspert qismində otururam. İnsanların sosial problemlərinin həll olunmasında azdan-çoxdan köməyim dəyir. Fikirlərimlə, düşüncələrimlə onlara dəstək oluram. "Kadrlar şöbəsi" adlı serialda çəkilirəm. Vaxtım çox az qalır. Çünki mənim həyatım təkcə çəkilişlərdən ibarət deyil. Ailəm var, biznesim var. İş-güc arxasınca düşürəm. Filmə, seriallara dəvətlər də olur. Bu günlərdə də bir dəvət gəlmişdi. Cəsarətli obrazların çoxundan imtina edirəm. Ona görə yox ki, cəsarətim yoxdur, şükür cəsarətim yetərincədir. Bu baxımdan Azərbaycanda özümə rəqib aktrisa tanımıram. Aktrisalarımız çoxdur, şükürlər olsun ki, mükəmməldirlər. Bəzi obrazlar olur ki, ürəyimcə olmur. Hər obrazı qəbul edən insan da deyiləm, baxıram, götür-qoy edirəm, düşünürəm ki, görəsən tamaşaçılar tərəfindən seviləcək ya yox? İndiyə qədər oynadığım bütün obrazlar dillər əzbəridir və tamaşaçılar tərəfindən də sevilib. Bəzən deyirlər ki, "siz bibi, xala obrazlarını elə gözəl oynamısınız ki, amma həyatda o cür qadın deyilsiniz. Bizim işimiz-gücümüz tamaşaçıları obraza inandırmaqdır."

BiG.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa Nəzakət Məmmədova deyib. Aktrisa etdikləri yardımları paylaşan həmkarlarından da danışıb.

"İnsanlar, onların xarakterləri, mədəniyyətləri müxtəlifdir. Mən heç kimi qınamıram, mühakimə etmirəm ki, kimsə yardım edəndə telefonla çəkib göstərir yaxud yox!. Bəzi hallarda fikirləşirlər ki, biz bunu telefonla çəkib, göstərsək daha yaxşı olar. Elələri var ki, bunu özlərini reklam etmək məqsədilə çəkib nümayiş etdirirlər. Elələri də var ki, laqeyd insanlar üçün çəkirlər ki, biz yardım edirik, siz də edin. Yardım üçün bəhsə-bəhs girirlər. Düşünürlər ki, filankəs edirsə, mən də edim. Amma özüm kiməsə köməklik edəndə, heç vaxt çəkib paylaşmamışam. Etdiyim yardımlarla özümü reklam etməmişəm. Sağ əlin verdiyini, sol əlm bilməməlidir" deyə aktrisa bildirib.
Nəzakət Məmmədova bildirib ki, şou-biznesdəki xanımların əksəriyyətinin saxlayanları var.

"Mən övladlarımı tək böyütmüşəm. Şükürlər olsun ki, bu günki gündə onlar da mənə dəstəkdirlər, özləri işləyib, öz ayaqları üstündə dura bilirlər. Verilişlərdən birində demişdim ki, şou-biznesdəki xanımların bir çoxunun saxlayanı var. Həqiqətən də belədir. Düzdür, mən bəzi rəyləri oxudum. Yazmışdılar ki, "özünü saxlayan yoxdur, paxıllıqdan belə deyir". Onlara demək istəyirəm ki, məni saxlayan mənim yaradan rəbbimdir. O məni saxlayır, güc, səbr, müdriklik verir. Mən rəbbimin ardınca gedirəm. Mənim hansısa kişiyə, kiminsə kişisinə, artığına ehtiyacım yoxdur. Allah uzaq etsin. Şükürlər olsun ki, evimdə, maşınım da, biznesim də, dolanışığım da var. Üçündən əskik yaşasam da, beşindən artıq yaşayıram. Kiməsə hədiyyə edilən evi, maşını, qır-qızılı mən özüm-özümə ala bilirəm. Bu gün bir çox xanımlar özlərinə hörmət etmirlər. Qəbul edirlər ki, hansısa kişinin həyatında ikinci olsunlar. Bu anormallıqdır" deyə aktrisa bildirib.

"Mənim hansısa kişiyə ehtiyacım yoxdur, o məni saxlayır..." - FOTO


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 26702   Tarix: 18 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Mən əməliyyatda olanda bacımın ürəyi gedib"

"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi

31.10.2026 507
.

"Ən bahalı müğənnisən, sənin yerinə utandım"

"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"

30.10.2026 891
.

Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırıb

2009-cu ildə vəfat edən əfsanəvi müğənni Maykl Cekson ölümündən 17 il sonra da dünyanın ən çox gəlir gətirən məşhurları sırasında yer alıb. Axşam.az xəbər verir ki, "Forbes" jurnalının 2026-cı il reytinqinə əsasən, sənətçinin mirası 140 milyon dollar gəlir əldə edib. Bu göstərici ilə Mayk

04.11.2026 468
.

3 uşaq anası olan Aysel mini geyimdə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR

Müğənni Aysel Teymurzadə (Adıgözəlzadə) sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi instaqram hesabında yeni görüntülərini paylaşıb. O görünüşü ilə izləyicilərin marağına səbəb olub. Ayselin paylaşımına xoş sözlər yazıblar. Qeyd edək ki, ifaçı Xalq artisti Murad Adıgözəlzadə il

31.10.2026 875
.

"Anamla atam ailə qurmağımı istəyir"

"25.10.25 - 25.10.26. Bir yaş daha. Oxuyacağım mahnılarım, quracağım xəyallarım, sarılacağım doğmalarım var. Şükürlərim çoxdur". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova sosial media hesabında yazıb. Ad günü olduğunu vurğulayan ifaçı bir ildir Bakıda yaşadıqlarını belə şər

25.10.2026 835
.

Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"

Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılova ilə bağlı səmimi və diqqətçəkən açıqlamalar verib. Müğənni qatıldığı televiziya proqramında həbsxanada keçirdiyi günlərdən danışıb. Sənətçi həmin dövrdə qızı Aysunun onun üçün çəkdiyi əziyyətlərə görə hələ də utandığını etiraf edib. Rəqsanə İsmayılov

00:04 173
.

"Sevgi təkbaşına kifayət etmir"

Türkiyəli aktrisa Deniz Baysal boşandıqdan sonra sevgiyə olan münasibətini bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa bu hisslərin zamanla dəyişdiyini bildirib:. "Sevgi dediyimiz anlayışın mənası mənim üçün çox dəyişib. Həyatın və inancın özü sevgidir. Bizim sevgi kimi gördüyümüz şey kimyəvi bi

28.10.2026 827
.

Almaxanım yeni GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanım instaqramda yeni görüntülərini paylaşıb. Onun xeyli çək

01.11.2026 602
.

Gülay Zeynallı görünüşü ilə DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Gülay Zeynallı sosial mediada görünüşü ilə diqqət çəkib. xəbər verir ki, müğənninin "instagram" hesabında yeni görüntüləri yayımlanıb. Paylaşımda Gülay gözəlliyi və fit görünüşü ilə hər kəsi heyran edib. Sözügedən fotoları təqdim edirik:

00:10 93
.