Makron öz uğursuzluqlarını Rusiyanın boynuna yıxmaq istəyir - ŞƏRH
"Fransa canfəşanlıqla dünyadakı münaqişələrin həllində fəal rol oynamağa çalışır. Təkcə Qafqazda deyil, Afrikada, Asiyada, digər qitələrdə Fransanın aktivliyini görürük".
Bunu Oxu.Az-a Fransa Prezidenti Emmanuel Makronun ötən gün baş tutan 59-cu Münhen Təhlükəsizlik Konfransında çıxışından danışarkən politoloq İlqar Vəlizadə deyib. O qeyd edib ki, Qafqazda, ümumiyyətlə post-sovet məkanında Fransa fəallığını artırmağa çalışır:
"Rusiya və Ukrayna müharibəsinin müxtəlif mərhələlərində də Fransanın canfəşanlığını görmüşük. Gah vasitəçilik etməyə, gah da tərəfləri danışıqlara cəlb etməyə çalışırdı. Son nəticədə reallıq o idi ki, Türkiyənin rolu daha çox oldu və bu proseslərdə daha aktiv, vacib vasitəçiyə çevrildi.
Bizim regionumuzda da gərginlikdən istifadə edərək nüfuzunu artırmaq məqsədi güdən Fransa Rusiyanın vasitəçiliyini ikinci plana salmaq istəyir. Bu məqsədlə Makron Rusiyaya qarşı kəskin ittihamlar səsləndirib dünyanın diqqətini çəkməyə çalışır. Əslində, Fransanın məqsədi Ermənistanın mövqeyini müdafiə etməkdir. Fransa Brüsselin təşəbbüsü ilə aparılan danışıqlara qoşulub, amma bu cəhdi də uğursuz olub.
Fransa prezidentinin çıxışı daha çox öz uğursuzluqlarını ört-basdır etmək, Rusiyanın boynuna yıxmaqla Fransanın rolunu qabağa çıxarmaq niyyəti daşıyır. Bir çox münaqişələrin iştirakçısı olan Rusiya ümumilikdə bir çox dövlətlər tərəfindən ittihamlara məruz qalır. Bu, haradasa başadüşüləndir. Amma konkret olaraq, Makronun məqsədi önə çıxmaq üçün əvvəlki uğursuz cəhdlərinə bəraət qazandırmaqdır".
Emmanuel Makronun çıxışlarına Rusiyanın hansı reaksiyanı verəcəyinə gəlincə, İlqar Vəlizadə hesab edir ki, Rusiya Fransaya müstəqil oyunçu kimi yanaşmır:
"Ona görə burada daha çox Rusiya ilə Qərb arasındakı münasibətlərdən danışmaq lazımdır. İki böyük güc arasında gərginlik qalacaq, strateji baxımdan vəziyyət dəyişməyəcək. Rusiya və Qərb arasındakı gərginliyin açıq müharibəyə sürüklənməsinin ehtimalı böyük deyil. Qərb də, Rusiya da müəyyən ortaq məxrəcə gəlməyə çalışır ki, buradan başlayaraq danışıqlar aparsınlar. Fransa isə bu məsələlərdə müstəqil rol oynamır. Makronun addımlarının və bəyanatlarının siyasi proseslərə ciddi təsiredici tərəfi yoxdur. Düşünürəm ki, Rusiya Makronun fikirlərinə ötəri baxacaq".
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron konfransda rəsmi Moskva ilə bağlı sərt mövqe nümayiş etdirərək müttəfiqlərini Rusiyanın işğalının qarşısını almaq üçün Ukraynaya hərbi dəstəyi artırmağa çağırıb. Makron indi Rusiya ilə dialoq zamanı olmadığını deyib.
Fransa prezidentinin Rusiya haqqında ittihamları bununla da yekunlaşmayıb. O, Qafqazın problemlərini Rusiyanın həll edəcəyinə heç kimin inanmadığını söyləyib. E.Makron Ermənistanın yanında dayanmağa davam edəcəyini açıq-aşkar bəyan edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 587 Tarix: 18 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381