Qərb İrana qarşı yeni taktika seçir - Tehran hakimiyyəti təcrid olunur, müxalifət ön plana çıxarılır

Qərb İrana qarşı yeni taktika seçir - Tehran hakimiyyəti təcrid olunur, müxalifət ön plana çıxarılır"Qərb dövlətləri İrandakı molla-fars rejiminin hakimiyyətini qəbul etmir".

Bunu "Report"a açıqlamsında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, İranda insanların hüquq və azadlıqları təmin olunmur, vətəndaşlara qarşı zorakılıq törədilir və bütün bunlar sivil dünyanın ciddi narazılığına səbəb olur.

Deputatın fikrincə, Tehran rejiminin tutduğu mövqe beynəlxalq təhlükəsizliyə təhdiddir.

"Bu ölkə beynəlxalq konvensiyaların tələblərini və normalarını saymır, səfirliklərə qarşı terrorlar təşkil edərək özlərinin əsl simalarını göstərirlər. İranda etiraz aksiyaların davam etməsi və günü-gündən dərinləşməsi, o cümlədən insanların tələblərinə hörmətsiz yanaşılması Qərbin bu ölkəyə münasibətini daha da sərtləşdirib", - A.Badamov vurğulayıb.

Onun sözlərinə görə, İran regionda sülhün yaranmasına da böyük manedir, çünki bu ölkə Ermənistanı silahlandırır, Zəngəzur dəhlizinin açılmasına mane olur: "Belə bir yanaşma bu gün çox müzakirə olunan yeni dünya nizamının yaranmasına tamailə ziddir. Məhz ona görə də Tehrana tətbiq olunmuş sanksiyalar və Qərbdən təcrid edilmə siyasəti davam etdirilir. Artıq İran hökuməti təhlükəsizilk məsələləri ilə bağlı beynəlxalq konfranslara dəvət almır, bunun əvəzində isə İran müxalifəti müzakirələrə dəvət olunur. Hesab edirəm ki, Qərbin İran müxalifətinə böyük dəyər verməsi fars-molla rejiminin etibarı itirməsindən irəli gəlir. Ona görə də Qərbə İranda yeni bir hakimiyyətin qurulmasında maraqlıdır və bu baxımdan müxalifətə dəstək verilir".

Deputat Vüqar İskəndərov isə deyib ki, artıq bir neçə gündür dünyanın diqqəti Almaniyanın Münxen şəhərinə yönəlib. Buna səbəb isə Münxen Təhlükəsizlik Konfransının builki - sayca 59-cu görüşünün keçirilməsidir: "Çünki Almaniyanın ərazisinə görə ən böyük regionu olan Bavariya bölgəsinin inzibati mərkəzi Münxen şəhərində təşkil edilən bu konfrans beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu sayılır, qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayır".

O, qeyd edib ki, builki Münxen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçılarından biri də məhz Azərbaycan Prezidenti İlham Əliyevdir.

V.İskəndərovun sözlərinə görə, 1963-cü ildən keçirilən Münxen Təhlükəsizlik Konfransının əsas şüarı "Dialoq vasitəsilə sülh"dür (Peace through Dialogue): "Münxen Təhlükəsizlik Konfransının builki - sayca 59-cu görüşündə ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə ediləcək: "Vurğulamaq yerinə düşər ki, Azərbaycan Münxen Təhlükəsizlik Konfransının illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal iştirak edir. Məhz bu baxımdan builki konfrans xüsusilə diqqətlə izlənilir. O mənada ki, bu tədbirə Rusiya və İran rəsmiləri dəvət edilməyib".

Deputat hesab edir ki, Rusiyanın konfransa dəvət olunmamasını hardasa başa düşmək olar, çünki Rusiyanın Ukraynaya hücumundan sonra Qərb bu ölkəyə qarşı bütün sahələrdə sanksiyalar tətbiq edib.

"İrana gəlincə, hesab edirəm ki, artıq aparıcı Qərb dövlətləri indiki İran hakimiyyətini tamamilə qəbul etmir. Əslində, bu, tarixi dönüşdür. Çünki 2019-cu ildə İranın xarici işlər naziri Cavad Zərif bu konfransa dəvət almışdı. İndi isə İran müxalifəti müzakirələrə dəvət olunub. Hesab edirəm ki, bu rəsmi Tehran üçün çox ciddi siqnaldır".

V.İskəndərov söyləyib ki, artıq bir neçə aydır davam edən xalq üsyanına İran hakimiyyətinin zorla cavab verməsi, üstəlik təbii fəlakət baş verən Xoyda insanlara yardım göstərilməməsi rəsmi Tehranın Qərbin "qara siyahısı"na düşməsini daha da tezləşdirib:

"Üstəlik, SEPAH-ın Avropada terror təşkilatı elan edilməsi təkilfi, həmçinin, İranın Ukraynaya qarşı savaşda Rusiyaya gizli hərbi dəstək verməsi fars-molla rejiminin hakimiyyət ömrünün qısalmasına yol açıb. Təbii ki, biz bura fars-molla rejimi tərəfindən güney azərbaycanlılara qarşı təzyiqlərin hər keçən gün daha da artmasını, həmçinin, onların ana dilində təhsil hüququndan məhrum edilməsini də əlavə etməliyik. Bir sözlə, görünən odur ki, Avropa yeni fars-molla hakimiyyəti ilə bütün əlaqələri kəsməyə hazırlaşır".

Qeyd edək ki, İran hakimiyyəti 59-cu Münxen Təhlükəsizlik Konfransına dəvət olunmayıb. Əvəzində İran müxalifəti müzakirələrə dəvət alıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 670   Tarix: 18 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aİ lideri: Ukraynanın HHM sistemləri ilə təmin olunması üçün çalışırıq

Avropa İttifaqı Ukraynanın anti-ballistik qabiliyyətinin dəstəklənməsi üçün çalışır. APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen "X" hesabında bildirib. O, Aİ üzv dövlətlərinin və tərəfdaş ölkələrin Ukraynanın Hava Hücumundan Müdafiə potensialının gücləndirilməs

20.08.2026 143
.

"Suriyada Türkiyənin hərbi mövcudluğunun genişlənməsi İsrail tərəfindən qəbul edilməyəcək" - BƏHRUZ QULİYEV

"İsrail ilə Türkiyə arasında Suriyaya görə yaranan son gərginlik artıq adi diplomatik narazılıq çərçivəsindən çıxaraq, regional təhlükəsizlik məsələsinə çevrilməkdədir. İsrailin Suriyanın Əbu əl-Duhur aviabazasına zərbəsi və ardınca müdafiə naziri İsrael Katzın Prezident Rəcəb Tayyib Ərdoğana sər

20.08.2026 229
.

Uşaqları İKT-dən uzaqlaşdırmaq çıxış yoludurmu? - Ekspert yanaşması

Yeniyetmələrin İKT vasitələrindən həddindən artıq istifadə etməsinin onları tənbəl və cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkən fərdlərə çevirdiyi ilə bağlı fikirlər səsləndirilir. Sizcə, bu yanaşma nə dərəcədə doğrudur? Müasir dövrdə uşaqları İKT vasitələrindən uzaqlaşdırmaq, yoxsa onlardan düzgün və balansl

20.08.2026 363
.

Laçınlılar doğma yurda qayıdışın qürur və sevincini yaşayırlar

Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. 2022-ci il avqustun 26-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirəcək müraciətlə çıxış etdi: "Bu gün, avqustun 26-da biz - azərbaycanlıla

20.08.2026 215
.

Laçın aparılan quruculuq işləri sayəsində gözəl məkana çevrilir

2020-ci il sentyabrın 27-də mənfur düşmənə qarşı Vətən müharibəsinə başlayan Azərbaycanın Müzəffər Ordusu, qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin əmrini rəşadətlə yerinə yetirərək 44 gün sonra hər bir azərbaycanlıya canı qədər doğma olan Qarabağımızı işğaldan azad etdilər. Həmin il dekabrı

20.08.2026 212
.

34 il əvvəl yoxa çıxdılar - Buzlar əriyəndə sirr açıldı

1992-ci ildə İsveçrədə Alp dağlarında itkin düşən iki belçikalı alpinistin taleyi 34 ildən sonra məlum olub. Onların insan qalıqları Trift buzlağında aşkar edilib və DNT analizi nəticəsində şəxsiyyətləri təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, 39 və 41 yaşlı iki belçikalı alpinist 4 sentyab

20.08.2026 130
.

İrandan ABŞ-a yeni xəbərdarlıq: Avropadakı bazalar hədəfə çevrilə bilər

İran hakimiyyəti ABŞ Prezidenti Donald Trampın münaqişəni daha da qızışdırmaq qərarına gələcəyi təqdirdə, Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirmək ehtimalını nəzərdən keçirir. xəbər verir ki, bu barədə "The Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb. Qəzetin məlumatın

20.08.2026 163
.

Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Rasim Həsənovun ittiha

20.08.2026 235
.

Metro xətləri ayrıldı - Bu ərazilərdə kirayə evlərin qiyməti bahalaşacaq

Metro xətlərinin ayrılması ilə birlikdə həmin ərazilərə sərnişin daşıyan ekspres avtobuslar fəaliyyətə başladı. Bəs görəsən, bu amil kirayə bazarındakı qiymətlərə də təsir edəcəkmi? Metronun əlçatan olduğu yerlərdə qiymətlərin artıb, digər ərazilərdə azalması ehtimal edilirmi? Kirayə mənzil bazarındak

20.08.2026 230
.