İranda molla rejiminin SONU GÖRÜNDÜ - O, Tehrana qayıtmağa hazırdır ...

İranda molla rejiminin SONU GÖRÜNDÜ - O, Tehrana qayıtmağa hazırdır ...İran molla-fars rejimi artıq qürub dövrünü yaşamağa başlayıb. Bunu təkcə ölkədə aylardır davam edən etiraz aksiyaları demir, eyni zamanda dünəndən etibarən 59-cu dəfə işinə başlayan Münhen Təhlükəsizlik Konfransında yaşananlar deməyə əsas verir.

Bütün bu məsələlərin kökündə, proseslərin bu cür inkişafının məğzində isə əsas səbəb kimi təbii ki, İran molla-fars rejiminin yürütdüyü daxili və xarici siyasət dayanır.

İranda taxt oyunları qızışır

İranda daxili vəziyyət gərginləşdikcə taxt uğrunda mübarizəsi qızışır. Qəribədir ki, hələ mollalar getməyə tələsmir, onlar bu taxt davasında geri çəkilmək fikrində deyil.

İranın devrilmiş şahının oğlu Rza Pəhləvinin yenindən fəallaşması, Vaşinqtonda və Avropada İran rejiminə müxalif olan qüvvələri bir araya toplamağa çalışması deməyə əsas verir ki, molla rejiminin gedişi prosesi sürətlənmək üzrədir.

Bu məqamda ən diqqət çəkən hadisə heç şübhəsiz ki, ilk dəfə olaraq İranın Münhen konfransına dəvət edilməməsi oldu. Əvəzində İranın şah rejiminin varisi hesab edilən Reza Pəhləvi Münhen Təhlükəsizlik Konfransına dəvət olunub. Reza Pəhləvi tədbir iştirakçıları tərəfindən İranın molla rejiminin əsas müxalif kimi qeyd edilib.

Hadisələrin bu cür inkişafı deməyə əsas verir ki, Qərb, eyni zamanda ABŞ bu məsələdə "stafkasını" Reza Pəhləvidən yana istifadə etmək fikrindədir. Rezaya Münhen konfransında söz haqqının verilməsi bunu bir daha təsdiq edən məqamdır.

Əslində heç Pəhləvi ailəsi molla rejimini devirmək, varis kimi hakimiyyətə gəlmək məqsədini də artıq gizlətmir. Pəhləvilər sülaləsindən olan sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi və Fərəh Pəhləvinin böyük oğulları Rza Pəhləvi taxt-taca varis kimi özünü görür.

Beləliklə, bu ana qədər 3 ailə (Qacar, Pəhləvi, Əfşar) özlərini İranın gələcək taxt-tacının varisləri hesab edirlər. Amma Pəhləviyə verilən söz imkanı, Qərbdə ona olan dəstək deməyə əsas verir ki, Avropa və ABŞ üçün hazırda mola rejiminə əsas alternativ məhz odur.

Hazırlıqlar tamamlanmaq üzrədir

Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu Reza Pəhləvinin açıqlamaları, tərəfdarlarının aktivləşməsi göstərir ki, son İran şahının oğlu rejimin dəyişməsini və taxta oturmaq üçün bütün hazırlıqları tamamlayıb.

Onun konfransa səsləndirdiyi fikirlər də bir daha düşünməyə tutarlı əsaslar yaradır ki, Rezanın hakimiyyətə gəlməsi İran üçün molla-fars rejiminin dünyaya, eləcə də daxildə türklərə qarşı nifrət ifrazı siyasətinin əksinə olaraq daha tolerant qərarlara şahid olmamıza imkan verəcək.

Pəhləvinin son açıqlamalarından birində "Rejim Azərbaycanla düşmənçilik edir. Amma Azərbaycan İranın düşməni deyil, dost ölkədir" fikirlərinə yer verməsi də bu deyilənlərin təsdiqidir. Güman etmək olar ki, Reza hazırki rejimdən fərqli olaraq Azərbaycana, türkçülyə qarşı nifrət siyasətini özü üçün prioritet hesab etməyəcək.

Reza Pəhləvinin digər "SEPAH-ın terrorçular siyahısına daxil edilməsi üçün səylər artırılmalıdır" açıqlamasından da anlamaq mümkündür ki, o, hakimiyyətə gələcəyi təqdirdə Qərbin istəklərini də mütləq nəzərə alacaq. Çünki SEPAH-ın terrorçular siyahısına daxil edilməsi məsələsinin son vaxtlar Qərbdə elə ən çox aktul müzakirə predmeti olması heç kimə sirr deyil.

Onu da qeyd etmək yerinə düşər ki, Reza Pəhləvi Azərbaycan səfriliyinə edilən terror hücumunu pərdələmək, ona ailə-məişət donu geyindirməyə cəhd etməyə çalışan molla rejimindən fərqli fikirdədir. Pəhləvi dünənki açıqlamasında bildirdi ki, rejim Tehranda Azərbaycan səfriliyinə törədilən silahlı hücumu terror olayı kimi tanımalıdır: "Azərbaycanın Tehrandakı səfirliyinə hücum beynəlxalq hüququn pozulmasıdır".

Onun bu mövqeyi Bakının mövqeyi ilə üst-üstə düşməklə yanaşı, molla-fars rejimindən fərqli olaraq Rezanın hakimiyyətə gələcəyi təqdirdə mollabaşlar kimi terroru dəstəkləməyəcəyi mənasını verir.

1979-cu ildə taxtdan salınmış İran şahı Məhəmmədrza Pəhləvinin oğlu Reza Pəhləvi Münhen konfransı çərçivəsində Azərbaycan telekanallarına müsahibəsində "İran ərazisində yaşayan hər bir insan Güney Azərbaycan sakinlərinə hörmətlə yanaşmalıdır", - deyib. O, bu bəyanatla təsdiqləmiş olur ki, 44 ildir həqiqətən də iranda Güneyli soydaşlarımıza qarşı edilən çox böyük haqsızlıqlar təkrarlanmayacaq

Bakıda da ümidlər böyükdür ki, azərbaycanlıların assimliyasiyası və sıxışdırılması siyasəti Pəhləvi sülaləsinin yeni hakimiyyəti dövründə tamamilə yoxa çıxa bilər. Bu nöqteyi nəzərdən əlbəttə, rejimin dəyişdirilməsi və keçid hökümətinin formalaşdırılması ideyası pis deyil.

Son açıqlamaları, Münhendəki bəyanatlarından o anlaşılır ki, Qərbin dəstəyi ilə hakimiyyətə gəlməsi planlaşdırılan Reza Pəhləvi İranın gələcək quruluşu və ən böyük etnik qrup olan azərbaycanlıların haqlarını, hüquqlarını molla-fars rejimi kimi əzmək, soydaşlarımıza qarşı hazırki rejim kimi amansız mövqe tutmaq fikrindən çox uzaqdır.

Ümidlər böyükdür ki, Rezanın bu bəyanatları indiki rejim kimi hakimiyyətə yiyələnə qədər verdiyi xeyli vəd kimi havada qalmayacaq. Görürük ki, İran rejiminin beynəlxalq qanunlara məhəl qoymadığını qeyd edən Reza, bu cür bəyanatlarla hakimiyytə gələcəyi təqdirdə ölkədə vəziyyətin böyük mənada dəyişəcəyinə, insanlara hörmətlə yanaşılacağına, bütün beynəlxalq hüquq normalarının ölkəsində işlək hala gətiriləcəyinə işarə edir. Bu isə gələcəyə daha ümidlə baxmaq üçün hazırda ən böyük təsəllimiz ola bilər.

Şübhəsiz ki, bu bəyanatlar eyni zamanda Rezanın hakimiyyət uğrunda qatıldığı taxt savaşında Güney azərbaycanlılarının fəallığının, onların bu prosesdə qatqısının həlledici ola biləcəyini anlamasından da irəli gəlir.

Dünyanın müxtəlif ölkələrinə səpələnən şah tərəfdarları Rza Pəhləvinin xeyrinə imza kampaniyası təşkil etmələri Rza Pəhləvinin İranda yaxın gələcəkdə keçid hökuməti yaradıb azad və demokratik seçki keçirmək planından xəbər verən növbəti vacib detaldır.

Dünən (17 fevral) Münhen şəhərində yaşayan iranlılar "Diktatora ölüm!", "Xamneyiyə ölüm!", "Rədd olsun diktatura!", "Qadınlara azadlıq!" kimi şüarlar səsləndirərək rejimin dözülməz siyasətindən təngə gəldiklərini ifadə etmələri Pəhləvilərin İran taxt-tacına gözlənildiyindən də yaxın zamanda əyləşəcəyi ehtimallarını artırır. Nəzərə alsaq ki, eyni vaxtda sözügedən bənzər şüarlar İranın böyük şəhərlərində də kütləvi aksiyalar zamanı səsləndirilib, demək olar ki, artıq aksiyalar bir ay əvvəlkindən fərqli olaraq pərakəndə yox, daha təşkilatlanmış şəkildə davam edir ki, bunun da effektivlik əmsalı çox yüksəkdir.

Ötən ilin sentyabrından başlayan kütləvi aksiyaların artıq 6 aydır həbslərə və edamlara baxmayaraq davam etməsi İranda daxili vəziyyətin heç də ürəkaçan olmadığını, xalqın, İran vətəndaşlarının rejim devrilməyənə kimi proseslərə fasilə verilməyəcəyini deməyə əsas verir.

Böyük ehtimalla son İran şahının oğlu hesab edir ki, 1979-cü il inqilabında Xomeyni sığınacaq tapdığı Parisdən Tehrana qalib kimi qayıtdığı kimi o da bu ssenari ilə İranın paytaxtına qayıda bilər.(milli.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1012   Tarix: 18 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.