Dünyada nüfuzunu itirən Fransa və xam xəyallarla yaşayan Emmanuel Makron - RƏY
"Fransa beynəlxalq aləmdəki imkanlarını getdikcə itirir".
Bunu "Report" a açıqlamasında politoloq Samir Hümbətov deyib.
O bildirib ki, Fransanın dünyanın müxtəlif bölgələrindəki təsir imkanları əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib: "Həmçinin daxildəki narazılıqlar, iqtisadi problemlər də bu dövləti zəiflədir. Türkiyənin, Çinin Afrika ölkələrindəki artan nüfuzu rəsmi Parisin həmin ərazilərdən çəkilməsinə səbəb olur. Ona görə də Fransa itirilmiş təsir imkanlarını Qafqazdakı manevrləri ilə kompensasiya etməyə çalışır. Fransa yeni dünya nizamında mühüm rol oynaya bilməz. Çünki beynəlxalq aləmə verə biləcəyi töhfə yoxdur".
Analitikin sözlərinə görə, Prezident Emmanuel Makron hakimiyyətə gələndən sonra Paris beynəlxalq aləmdə vahid siyasi xətt yürüdə bilmir və tez-tez mövqeyini dəyişir: "Emmanuel Makron Ukraynada müharibə başlamamışdan əvvəl NATO-nun "beyin ölümü" keçirdiyi bildirmişdi. Sonra isə o, hələ də Alyansa ehtiyac olduğunu söylədi. Görünür, Fransa ABŞ-ın orbitindən çıxa bilmir. Belə bir dövlətin dünya nizamına hansısa töhfə verə biləcəyini gözləmək əbəsdir".
Ekspert, həmçinin bildirib ki, Fransa Cənubi Qafqazla bağlı sülh bəyanatlarında səmimi deyil: "Çünki üçüncü dövlətlər, o cümlədən rəsmi Paris məhz gərginlik vasitəsilə regionda mövcud ola bilər. Makronun Cənubi Qafqazda sülhdə maraqlı olduğunu dediyi halda, Ermənistan baş naziri Nikol Paşinyan barəsində "dostum" sözünü işlətməsi, ümumiyyətlə, onun əməli ilə sözünün üst-üstə düşməməsi dünyada Fransa liderinə qarşı ikrah yaradır. Əslində Makron heç özü də dediyinə inanmır".
S.Hümbətovun fikrincə, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi 27 il bölgədə mövcud olub, amma sonra fiaskoya uğrayıb: "Fransa Ermənistan vasitəsilə regiona girməyə çalışır. Paris Cənubi Qafqaza girməklə həm də Azərbaycan və Türkiyəyə təsir etmək niyyətindədir. Lakin bu cəhdlər əbəsdir. Çünki Paris beynəlxalq aləmdəki nüfuzunu itirib. Düşünürəm ki, hətta Fransanın gələcəkdə BMT Təhlükəsizlik Şurasındakıkı mövcudluğu da sual altına düşəcək".
Qeyd edək ki, E.Makron fevralın 17-də 59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən "Fransa dünyada" adlı tədbirdə çıxış edib. O deyib: "Rusiyanın Ukraynada fəlakətli təcavüzkar müharibəyə başlamasından təxminən bir il keçdi. Nəticələrin vaxtı hələ gəlməsə də, düşünürəm ki, hər halda biz irəliyə baxmalıyıq, bəlkə də müəyyən mənada bunu nəzərə almalıyıq. Təbii ki, mən bugünkü müzakirələrimdə Rusiyanın Ukraynanı işğal etdiyi müharibəyə diqqət yetirmək istərdim. Ancaq eyni zamanda, unutmaq olmaz ki, Yaxın Şərqdə, Qafqaz regionlarında gedən başqa müharibələr də var".
O daha sonra Cənubi Qafqazla bağlı məsələyə toxunub: "Mən burada açıq şəkildə demək istəyirəm ki, bizim hamımızın borcu Rusiyanın bu gün təkcə Ukraynada deyil, Qafqazda, Yaxın Şərqdə (və digər) balanssızlıq və nizamsızlıq qüvvəsi olduğunu izah etmək işini davam etdirməkdir.
Qafqazın problemlərini mənim təsvir etdiyim neokolonial Rusiyanın həll edəcəyinə kim necə inansın? Mən dostum baş nazir Paşinyanın qarşısında deyirəm, onun yanında dayanmağa davam edəcəyik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 966 Tarix: 18 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"
"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək
18.09.2021 1281 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381