Pullu plastik torbalar və ya alternativ üsul: "Baha qiymətə satılmasının tərəfdarıyam"

Pullu plastik torbalar və ya alternativ üsul: "Baha qiymətə satılmasının tərəfdarıyam"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 28 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na əsasən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan, qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir.

Xatırladaq ki, Azərbaycanda marketlərdə alıcılara verilən polietilen torbalar fevralın 15-dən etibarən ödənişlidir.

Torbaların ödənişli olması geniş müzakirələrə səbəb olub. Bəzi insanlar bildiriblər ki, marketlər alternativ pulsuz kağız, parça torba təklif etməlidirlər. Halbuki, bir neçə il öncədən bununla bağlı məlumat verilmişdi.

Bəs görəsən, dünyanın bizim kimi ölkələrində plastik torbalarla bağlı vəziyyət necədir? Analoji qərarlar plastik tullantılarla bağlı ekoloji problemlərin aradan qaldırılmasına necə təsir edir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, plastik məhsulların dövriyyəsi dünyada çox böyük ekoloji problem yaradır:

"Bu problem dünyanı maraqlandıran bir məsələdir. Plastik məhsulların dövriyyəsi dünyada çox böyük ekoloji problem yaradır, ətraf mühitə böyük ziyan vurur. Utilizasiyasını həyata keçirmək üçün çox böyük iqtisadi və maliyyə resursları tələb olunur. Bu qərarı təqdirəlayiq hesab edirəm".

İqtisadçı qeyd edib ki, plastik torbalar pulsuz paylandığı üçün ağır nəticələrə səbəb olub:

"Marketlərdən alternativ təklif gözləmək düzgün deyil. Hər insan özü üçün çox istifadəli, yararlı kağızdan istifadə etməlidir. Nəsildən-nəslə toxunan daşınma paketlərindən istifadə edə bilərlər.

İllər öncə pulsuz paylanıldı. Ağır nəticələri oldu. Ətrafda o torbaları görürdük. İnsanlar o torbaları tullantı olaraq yolboyu küçələrə atırdılar. Pulsuz əldə etdikləri üçün israf edirdilər. Bununla da ətraf mühitə ziyan vurulurdu. Bunun utilizasiyası çox böyük maliyyə vəsaitləri tələb edir".

E.Kərimli əlavə edib ki, torbalar daha baha qiymətə satılmalıdır:

"Hətta 3-5 qəpik yox, daha baha satılmasının tərəfdarıyam. Çünki bu, bir tərəfdən insanları qənaət etməyə sövq edir. Digər tərəfdən iqtisadiyyatımız və büdcəmiz üçün əlavə gəlir yeridir. Ödənişli olunması düzgün addımdır. Dövriyyəsini azaldacaq, daha qənaətli və düzgün formada istifadəyə təhrik edəcəkdir".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, torbaların qalınlığının mikronu çox olmamalıdır:

"Plastik torbaların satılması məsələsini illərdir gündəmə gətiririk. Torbalar şəffaf olmalıdır. Çünki yazıları ağır quruluşa malik materiallardan ibarətdir. Fond yaradılmalıdır. Həmin fonda əhalinin pulu toplanmalıdır. Bütün bu işlər ekologiyanın yaxşılaşdırılmasına yönəlməlidir.

Biznes qurumları hökumətin bu siyasətinə dəstək verməlidirlər. Bununla da yeni istehsal yaranmalıdır. Təəssüf ki, bu yoxdur".

E.Hüseynovun fikrincə, insanlar birdəfəlik torbalara üz tutmalıdırlar:

"Torbaların pul ilə satılması əhalini plastiklərdən uzaqlaşdırmaq üçün ən mükəmməl addımdır. Başqa yol yoxdur. Azad İstehlakçılar Birliyi layihə üçün 500 bazar torbası hazırladı. Bez torbalara keçməli və ya bir plastik torbanı dəfələrlə istifadə etməliyik".

Ekoloq Ənvər Əliyev isə əlavə edib ki, nazik torbalar ziyanlı hesab olunmur:

"Torbalar çox nazik olmalıdır. Nazik olanlar qorxulu deyil. Qalın torbalar problemlər yarada bilər. Emal məsələsi də var. Diqqət etmək lazımdır. Alternativ olaraq kağızdan istifadə edilməlidir".

Ə.Əliyev sonda qeyd edib ki, bundan sonra bez parçalardan torbalar hazırlanacaq:

"Qiymət nisbidir. Onsuz əvvəllər də torbanın pulunu ödəmiş kimi idik. Çatışmazlıq var. Çıxış yolu evdən özümüzlə torba aparmaqdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1298   Tarix: 18 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.