Xəzər dənizində Azərbaycan sərhədini pozan şəxs qayığı gözətçi gəmisinə çırpıb, xəsarət alan var
Xəzər dənizində Azərbaycan sərhədini pozan şəxs qayığı gözətçi gəmisinə çırpıb, xəsarət alan var.
Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycanın dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Fevral ayının 17-də saat 23:40-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Pirallahı istiqamətində Neft Daşlarına doğru sürətlə hərəkət edən 1 (bir) ədəd naməlum hədəf müşahidə edilib və dərhal sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilib.
Sərhəd gözətçi gəmisi tərəfindən ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində Neft Daşlarının şimal-qərbində estakadaların arasında 1 (bir) nəfərin qayığın bortunda olan bağlamaları estakadanın üzərində olan naməlum şəxsə ip vasitəsilə ötürülməsi və estakadanın arasından çıxaraq sürətlə hərəkətini Cilov adası istiqamətində davam etdirməsi müşahidə olunub.
Azərbaycanın ərazi sularında üzmə qaydalarını pozaraq gecə vaxtı strateji əhəmiyyətli infrakstrukturun təhlükəsizlik zonasına daxil olmuş qayığı idarə edən naməlum şəxs sərhədçilərin qanuni dayan tələblərinə məhəl qoymayaraq idarə etdiyi qayığı təqibdən yayınmaq məqsədilə sərhəd gözətçi gəmisinin ön sol bortuna vurub. Daha sonra sahilə doğru hərəkətini davam edərkən idarəetməni itirərək adanın cənub-şərqində olan estakadaya çırpılmış və qayığı idarə edən şəxs baş nahiyəsindən xəsarət alıb.
Sərhəd gözətçi gəmisinin heyəti tərəfindən PR-2077 bort №-li, taxta tipli, yamaha-55 və yamaha-75 mühərrikli qayığın heyət üzvü 02.11.1991-ci il təvəllüdlü Pirallahı rayon, Pirallahı qəsəbə sakini Panfilov Roman Viktoroviç saxlanılaraq gəminin bortuna gətirilib, ilkin tibbi yardım göstərildikdən sonra sahilə çıxarılaraq Cilov adasında yerləşən Xəstəxanaya yerləşdirilib.
Fakt üzrə araşdırma tədbiri davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 907 Tarix: 18 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Həyatda tutunacağım yeganə ümidim" - Gövhər Həsənzadədən qızına
Əməkdar artist Gövhər Həsənzadə qızı Nilgünlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, bəstəkar övladı ilə arxiv fotolarını yayımlayaraq onu ad günü münasibəti ilə təbrik edib:. "Tanrının mənə verdiyi ən böyük dəyər və mükafat sənsən! Həyatda tutunacağım yeganə ümidim, mənə sonsuzadək güvəni
20.08.2026 337 17 il beynəlxalq axtarışda olan şəxs - Azərbaycana gətirildi
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışa verilmiş Ağalarov Namiq Rəşid oğlunun saxlanılaraq Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması təmin edilib. "Qafqazinfo"
20.08.2026 244 Yerdən 23 dəfə ağır planet kəşf edildi
Astronomlar Yer kürəsindən təxminən 2,5 dəfə böyük, lakin kütləsi ondan 23 dəfə çox olan qeyri-adi ekzoplanet aşkar ediblər. "Qafqazinfo" xəbər verir ki, GJ 523b adlandırılan bu səma cismi yüksək sıxlığı və nəhəng kütləsinə baxmayaraq, qaz nəhənginə deyil, əsasən, qayalı planetə bənzəməsi il
20.08.2026 123 Rəşidə Behbudova həyat yoldaşı və oğlu ilə - Fotolar
Əməkdar artist Rəşidə Behbudova ailəsi ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, həyat yoldaşı Kamil Şahverdiyev və oğlu Rəşidlə fotolarını sosial media hesabında yayımlayıb. Qeyd edək ki, R.Behbudova əfsanəvi müğənni Rəşid Behbudovun qızıdır
20.08.2026 162 Uşaqları İKT-dən uzaqlaşdırmaq çıxış yoludurmu? - Ekspert yanaşması
Yeniyetmələrin İKT vasitələrindən həddindən artıq istifadə etməsinin onları tənbəl və cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkən fərdlərə çevirdiyi ilə bağlı fikirlər səsləndirilir. Sizcə, bu yanaşma nə dərəcədə doğrudur? Müasir dövrdə uşaqları İKT vasitələrindən uzaqlaşdırmaq, yoxsa onlardan düzgün və balansl
20.08.2026 363 Evdə geyinmək üçün ən rahat paltarlar: bunlara DİQQƏT EDİN
Evdə istirahət edərkən geyimin rahat, yüngül və hərəkətə mane olmayan materialdan hazırlanması vacibdir. Düzgün seçilmiş ev paltarı həm gündəlik işləri asanlaşdırır, həm də insanın özünü daha sərbəst hiss etməsinə kömək edir. xarici KİV-ə istinadən xəbər verir ki, evdə geyinmək üçün ən uyğun seçimlərdə
20.08.2026 183 Çiy ətdən hazır qidaya: Zəhərlənmə riskini artıran amillər
"Ət məhsulları düzgün saxlanılmadıqda, hazırlanmadıqda və bişirilmədikdə qida zəhərlənməsinin ciddi mənbəyinə çevrilə bilər. Xüsusilə isti havalarda ətin temperatur rejiminin pozulması bakteriyaların sürətlə çoxalmasına şərait yaradır". Bunu -a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib
20.08.2026 207 "Maşın şou" üçün geri sayım başladı - Xəzər TV-dən açıqlama
Xəzər TV-nin efirində yayımlanan və uzun illərdir tamaşaçıların böyük marağına səbəb olan "Maşın şou"nun yeni mövsümünün nə vaxt başlayacağı ilə bağlı gözləntilər artır. Telekanal bir müddət əvvəl "Maşın şou"nun yeni buraxılışının tezliklə yayımlanacağı ilə bağlı anons təqdim edib
20.08.2026 224 Paşinyanın partiyası Ermənistanın 5 illik xarici siyasət planını açıqladı
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası Türkiyə, Avropa İttifaqı (Aİ) və ABŞ da daxil olmaqla, ölkənin növbəti beş il üçün xarici siyasət prioritetlərini müəyyənləşdirib. xəbər verir ki, layihə ölkənin vahid elektron hökumət portalında dərc olunub. Sənəddə qey
20.08.2026 170