"İranın indiki vəziyyəti öz siyasi səhvlərinin nəticəsidir" - ŞƏRH

"İranın indiki vəziyyəti öz siyasi səhvlərinin nəticəsidir" - ŞƏRH"İran öz problemlərinin səbəbkarı qismində çıxış edir. Bu, region ölkələri, qonşularla, o cümlədən Azərbaycanla münasibətlərində, həmçinin Avropa ilə əlaqələrində də özünü göstərir".

Bu sözləri Oxu.Az-a açıqlamasında politoloq Tofiq Abbasov ötən gün start götürən 59-cu Münhen Təhlükəsizlik Konfransına İran rəhbərliyinin dəvət edilməməsinin səbəblərindən danışarkən deyib.

O qeyd edib ki, İran və Avropanın münasibətləri heç zaman yaxşı olmayıb və bundan sonra da müsbət əlaqələr qurulması çətindir:

"İranın daxilində müxtəlif qütblər var. Onların aralarındakı çəkişmələrdən isə bəzi kənar qüvvələr istifadə edirlər. Rəqabətdə daha çox özlərinin korporativ mövqelərindən, maraqlarından çıxış edirlər. Anlamırlar ki, onların addımları bütün İran dövlətinin adına yazılır. İstənilən halda, rəsmi Tehran bütün bunlara görə məsuliyyət daşıyır. Məsələn, Azərbaycanla münasibətlərin məqsədli şəkildə gərginləşdirilməsi, səfirliyimizə hücum və bunun arxasında duran qüvvələrin ört-basdır edilməsi, anti-Azərbaycan xarakterli addımlara haqq qazandırmaq mümkün deyil.

Avropa İran hakimiyyətini faktiki olaraq qəbul etmir. Artıq İrandan üz döndərildiyi açıq şəkildə görünür. 59-cu Münhen Təhlükəsizlik Konfransına da İran rəhbərliyi deyil, İran müxalifəti dəvət edildi. Amma bir məqamı da xatırlatmaq istəyirəm. Məhəmməd Rza şah Pəhləvi hakimiyyətdə olanda İranın ali rəhbəri kimi müstəqil siyasət yeritmək istəyirdi. Bu zaman dərhal insan haqları məsələsi gündəmə gətirildi. Şahın ABŞ-yə son səfərində Vaşinqtonda Prezident Cimmi Karterlə salamlama mərasimində iranlı mühacirlərə qarşı gözyaşardıcı qazdan istifadə edilmişdi. Bu, dövlət başçılarına belə təsir etmişdi. Şahın bütün səfərlərində bu cür aksiyalar keçirilirdi. Elə o zaman da İran hakimiyyətinə diktatura rejimi olduğu, insan haqlarını boğduğu, insanlara azadlıq tanımadığı bildirilirdi".

Tofiq Abbasov hesab edir ki, İranın indiki hakimiyyəti dəyişsə, yeni hakimiyyət gəlsə belə, İranla Qərbin münasibətləri düzəlməyəcək:

"Çünki Qərbin vahid standartı var. Onlar deyirlər ki, mənim liberal dəyərlərimi qəbul etməsəniz, demək düz yolda deyilsiniz. Bu, bütün dünyaya, post-sovet məkanına, o cümlədən İrana qarşı qeyd edilir. Bu siyasətin məqsədi ölkənin daxili proseslərinə müdaxilə etmək, "beşinci kolon" yerləşdirməkdir. Antaqonizm əbədi olacaq. Tərəflər arasında barışmaz münasibətlər mövcuddur.

İran sanksiyalar rejimində olmasına baxmayaraq, texnologiyalar baxımından irəliləyə bilib. Bu, Qərbi qorxudur. Avropa və ABŞ bildirir ki, gərək İran özünün raket proqramını dayandırsın, nüvə silahını şəffaf etsin, biz əmin olaq ki, İrandan təhlükə yoxdur, ancaq bu halda münasibətlər yaxşılaşdırıla bilər.

İranın daxilində isə qeyri-sabit vəziyyət hökm sürür. İnsanlar küçələrə axışaraq, etirazlarını bildirirlər. Bu proseslər hamısı Qərbi qane edir. İranın konstitusiyasında isə açıq şəkildə qeyd edilib ki, insanların etiraza haqqı var, onlar dövlətin siyasəti ilə razı deyillərsə, etiraz edə bilərlər. Amma konstitusiyada yazılmayıb ki, aksiyalarda odlu silahlardan istifadə edilə, binalara od vurula bilər. Buna baxmayaraq, Qərb siyasi-ictimai qüvvələri İrandakı prosesləri bir az da qızışdırırlar. Proseslər göstərir ki, Qərb institutları bütün qüvvələrini səfərbər edərək, İranda rəngli inqilab yarada biliblər".

İstənilən halda İranın öz siyasətində böyük çatışmazlıqlar olduğunu qeyd edən politoloqun fikrincə, yaranmış vəziyyət bir tərəfdən də İranın öz səhvlərinin nəticəsidir:

"Bir halda ki, İran qərblə çətin mübarizədədir. Onda heç olmasa qonşuları ilə münasibətlərinə diqqət etməli, əlaqələri yaxşı saxlamalı idi. İran isə bunun ziddinə addımlar atır. Əks mövqe tutaraq, elə birinci öz qonşuları, məhz Azərbaycanla münasibətləri gərginləşdirir və geri addım da atmır. Bütün bunlar İran hakimiyyətinin gələcək taleyini şübhə altına alır".

Qeyd edək ki, 59-cu Münhen Təhlükəsizlik Konfransına İran rəhbərliyi dəvət edilməsə də, İran müxalifətindən nümayəndələr iştirak edirlər. Bu məsələ xarici ekspertlər tərəfindən Avropanın İrandan üz döndərməsi, açıq və ciddi mesaj kimi qiymətləndirilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 559   Tarix: 18 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.