Azərbaycan xilasedicisi: "Dağıntılar altından tapdığımız qızılları Türkiyə jandarmasına təhvil verdik"
"Kahramanmaraşda dağıntılar altından tapdığımız qızılları jandarmaya təhvil verdik".
Bunu "Report"un Türkiyəyə ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin giziri Əliş Şirzadov deyib.
Onun sözlərinə görə, sona qədər Türkiyədə axtarış-xilasetmə işlərini davam etdirəcəklər: "Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyəyə gəlmişik. Artıq 10 gündən çoxdur ki, Kahramanmaraşda axtarış-xilasetmə işləri aparırıq. Burada dağıntılar altından 53 insanı sağ, 771 nəfərin isə meyitini çıxartmışıq. Əlbəttə, dağıntılar altından qardaş-bacılarımızın nəşini çıxartmaq bizim üçün çox üzücüdür. Əlimizdən gələn nə varsa edirik. Həmçinin, Türkiyədə zəlzələdən zərərçəkmişlərə humanitar yardımlar da göstəririk. Sona qədər də qardaşlarımızın yanındayıq".
"Qrup rəhbərimiz Arif Şahbazlı, mən və Elvin adlı əməkdaşımız Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları aparan zaman dağıntıların altından qızıl-zinət əşyaları tapdıq. Mən də həmin əşyaları qrup rəhbərimin iştirakı ilə jandarma əməkdaşlarına təhvil verdim. Bu, bizim üçün şərəfdir".
Qeyd edək ki, Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın FHN-in 760 nəfərlik heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 39 672 nəfər dünyasını dəyişib.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1089 Tarix: 18 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAİ lideri: Ukraynanın HHM sistemləri ilə təmin olunması üçün çalışırıq
Avropa İttifaqı Ukraynanın anti-ballistik qabiliyyətinin dəstəklənməsi üçün çalışır. APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen "X" hesabında bildirib. O, Aİ üzv dövlətlərinin və tərəfdaş ölkələrin Ukraynanın Hava Hücumundan Müdafiə potensialının gücləndirilməs
20.08.2026 143 "Suriyada Türkiyənin hərbi mövcudluğunun genişlənməsi İsrail tərəfindən qəbul edilməyəcək" - BƏHRUZ QULİYEV
"İsrail ilə Türkiyə arasında Suriyaya görə yaranan son gərginlik artıq adi diplomatik narazılıq çərçivəsindən çıxaraq, regional təhlükəsizlik məsələsinə çevrilməkdədir. İsrailin Suriyanın Əbu əl-Duhur aviabazasına zərbəsi və ardınca müdafiə naziri İsrael Katzın Prezident Rəcəb Tayyib Ərdoğana sər
20.08.2026 229 Uşaqları İKT-dən uzaqlaşdırmaq çıxış yoludurmu? - Ekspert yanaşması
Yeniyetmələrin İKT vasitələrindən həddindən artıq istifadə etməsinin onları tənbəl və cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkən fərdlərə çevirdiyi ilə bağlı fikirlər səsləndirilir. Sizcə, bu yanaşma nə dərəcədə doğrudur? Müasir dövrdə uşaqları İKT vasitələrindən uzaqlaşdırmaq, yoxsa onlardan düzgün və balansl
20.08.2026 363 Laçınlılar doğma yurda qayıdışın qürur və sevincini yaşayırlar
Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. 2022-ci il avqustun 26-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirəcək müraciətlə çıxış etdi: "Bu gün, avqustun 26-da biz - azərbaycanlıla
20.08.2026 215 Laçın aparılan quruculuq işləri sayəsində gözəl məkana çevrilir
2020-ci il sentyabrın 27-də mənfur düşmənə qarşı Vətən müharibəsinə başlayan Azərbaycanın Müzəffər Ordusu, qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin əmrini rəşadətlə yerinə yetirərək 44 gün sonra hər bir azərbaycanlıya canı qədər doğma olan Qarabağımızı işğaldan azad etdilər. Həmin il dekabrı
20.08.2026 212 34 il əvvəl yoxa çıxdılar - Buzlar əriyəndə sirr açıldı
1992-ci ildə İsveçrədə Alp dağlarında itkin düşən iki belçikalı alpinistin taleyi 34 ildən sonra məlum olub. Onların insan qalıqları Trift buzlağında aşkar edilib və DNT analizi nəticəsində şəxsiyyətləri təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, 39 və 41 yaşlı iki belçikalı alpinist 4 sentyab
20.08.2026 130 İrandan ABŞ-a yeni xəbərdarlıq: Avropadakı bazalar hədəfə çevrilə bilər
İran hakimiyyəti ABŞ Prezidenti Donald Trampın münaqişəni daha da qızışdırmaq qərarına gələcəyi təqdirdə, Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirmək ehtimalını nəzərdən keçirir. xəbər verir ki, bu barədə "The Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb. Qəzetin məlumatın
20.08.2026 163 Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Rasim Həsənovun ittiha
20.08.2026 235 Metro xətləri ayrıldı - Bu ərazilərdə kirayə evlərin qiyməti bahalaşacaq
Metro xətlərinin ayrılması ilə birlikdə həmin ərazilərə sərnişin daşıyan ekspres avtobuslar fəaliyyətə başladı. Bəs görəsən, bu amil kirayə bazarındakı qiymətlərə də təsir edəcəkmi? Metronun əlçatan olduğu yerlərdə qiymətlərin artıb, digər ərazilərdə azalması ehtimal edilirmi? Kirayə mənzil bazarındak
20.08.2026 230