Türkiyədəki zəlzələnin iqtisadi təsirləri: İnanılmaz rəqəmlər

Türkiyədəki zəlzələnin iqtisadi təsirləri: İnanılmaz rəqəmlərZəlzələ zonasının sahəsi 108 min 812 kvadrat kilometri əhatə edib. Bu ərazi Bolqarıstana bərabər, Danimarka və Niderlandın ərazilərindən isə üç dəfədən çox böyükdür. Təbii ki, bu qədər böyük bir ərazini əhatə edən dağıntıların iqtisadiyyata təsiri də böyük olacaq.

"Kaspi" qəzeti bugünkü məqaləsini Türkiyədəki zəlzələyə həsr edib:

"Əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlər təkcə Türkiyənin deyil, dünyanın da gündəmini dəyişib. Beynəlxalq aləm hər gün zəlzələ bölgəsindən daxil olan xəbərləri həyəcanla izləməklə yanaşı, nəticələrin aradan qaldırılması üçün əlindən gələn yardım və dəstəyi göstərir. Seysmoloqların onilliyin ən dağıdıcı zəlzələsi kimi qeyd etdikləri fəlakət tək Türkiyənin deyil, türk və müsəlman dünyasının tarixinə də qara hərflərlə yazılacaq. Zəlzələnin təsiri o qədər böyük olub ki, yeraltı təkanlar Misir, Livan, Suriya, İraq və İrana qədər uzanan geniş məsafədə hiss edilib. Təbii fəlakət Livanda evlərə ziyan vurub, İraq və İranda evlər silkələnib, Misirdə insanlar özlərini evlərindən çölə atıblar. Zəlzələ zonasının sahəsi 108 min 812 kvadrat kilometri əhatə edib. Müqayisə üçün bildirək ki, bu ərazi Bolqarıstana bərabər, Danimarkadan və Niderlanddan isə üç dəfədən çox böyükdür. Zəlzələdən zərər çəkən əhali sayı 13 milyon 500 min nəfəri keçib. Bu əhali Bolqarıstan, Tunis, Belçika, İordaniya, Çexiya, İsveç, Yunanıstan, Portuqaliyanın əhalisindən çoxdur. Zəlzələnin episentri də çox üzdə - 7 kilometr dərinlikdə olub. Müqayisə üçün 2011-ci ildə Yaponiya zəlzələsinin episentrinin 30 km, 1960-cı ildə Çili zəlzələsinin episentrinin 33 km, 1952-ci ildə Rusiyadakı Kamçatka zəlzələsinin episentrinin isə 21,6 km dərinlikdə olduğunu qeyd edək. Zəlzələnin yaratdığı enerji 132 atom bombasına yaratdığı təsirə bərabər olub.

Yuxarıdakı rəqəmlərdən və müqayisələrdən də göründüyü kimi, qardaş ölkə misli görünməmiş fəlakətlə üz-üzə qalıb. Zəlzələnin ilk anından bölgəyə göndərilən axtarış-xilasetmə qruplarının sayına gəldikdə, bu rəqəm 31 mindən çox olub. Digər ölkələrdən gələn axtarış-xilasetmə personalının sayı da 8 mini ötüb. Bunlardan başqa, yerli təhlükəsizlik və yerli dəstək qruplarına təyin edilmiş personalla birlikdə sahədə çalışanların sayı 166 mini keçib.

Yunanıstan və Fransanın dostluq jesti

Zəlzələ Türkiyəyə dostunu və düşmənini də bir daha tanıtdı. Qonşu Yunanıstanın atdığı addımlar qardaş ölkədə xüsusilə təqdir olunur.

Qeyd edək ki, Yunanıstanla Türkiyə arasında siyasi münasibətlər normal deyil. Yunanıstanın neytral adaları silahlandırması Türkiyənin kəskin etirazına səbəb olub. Buna baxmayaraq, Yunanıstan hökuməti Türkiyəyə Azərbaycandan sonra ilk yardım göndərənlərdən oldu. Hətta yunan mediası zəlzələ ilə bağlı "Hamımız türkük" alt yazısı olan foto da paylaşıb. Fransanın ilk gündən göndərdiyi yardımlar da diqqətdən qaçmır. Beləliklə, zəlzələ siyasi qarşıdurmaları müvəqqəti olaraq arxa plana keçirib, insanları xilas etmək hamının əsas amalına çevrilib. Ürək istər ki, yardımlaşma və humanitar dəstək siyasi münasibətlərdəki gərginliyi aradan qaldırsın. Ancaq bunun üçün Afina və Paris siyasi müstəvidə Türkiyə əleyhinə siyasətlərini korrektə etməlidirlər. Belə olarsa, Ankaranın cavabı özünü gecikdirməyəcək.

Türkiyənin iqtisadi artım tempi 2 faiz azala bilər

Dağıdıcı zəlzələ təbii ki, Türkiyə iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. İlkin qiymətləndirmələrə görə, zəlzələ Türkiyənin iqtisadi artım tempini 2 faiz azalda bilər. Buna baxmayaraq, əksəriyyət 1999-cu ildə olduğu kimi Türkiyənin bu sınaqdan da zəifləmədən çıxacağına əmindir. 1999-cu il zəlzələsi Türkiyə iqtisadiyyatının 35 faizinin formalaşdığı ərazilərdə baş vermişdi, son zəlzələ isə qardaş ölkə iqtisadiyyatının 10 faizinin cəmləşdiyi coğrafiyadadır. Əgər 1999-cu il zəlzələsi daha çox sənayeləşmiş zonada idisə, bu dəfə nisbətən az sənayeləşmiş ərazini əhatə edir. Nəhayət, Türkiyə 1999-cu ilə nisbətən indi daha güclü iqtisadiyyata malikdir. Əgər 1999-cu ildə Türkiyədə ÜDM-in həcmi 256 milyard dollarıydısa, indi bu rəqəm 819 milyarddır. Bu baxımdan, qardaş ölkənin fəlakətin nəticələrini aradan qaldırma gücündə olduğu qənaətinə gəlmək olar.

Büdcə gəlirlərinin 10,4 milyard dollar azalacağı proqnozlaşdırılır

Lakin Qərbdə hesab edirlər ki, zəlzələnin bölgəyə iqtisadi təsiri böyük olacaq. Fitch reytinq agentliyi fəlakətin 4 milyard dollardan çox iqtisadi itkilərə səbəb ola biləcəyini bildirir. Agentlik açıqlayır ki, mövcud vəziyyətdə iqtisadi itkiləri təxmin etmək çətindir, lakin onun 2 milyard dolları keçəcəyi, 4 milyard dollara çatacağı ehtimalı böyükdür. "Bloomberg" isə zəlzələlərin Türkiyə iqtisadiyyatına 84 milyard dollar və ya ÜDM-in təxminən 10 faizi həcmində ziyan vurduğunu yazıb. Onların yanaşmasına görə, Türkiyədə yaşayış binalarına dəyən ziyan 70,8 milyard dollar təşkil edib.

Zəlzələlərin nəticələri həm də Türkiyə büdcəsinin gəlirlərinin 10,4 milyard dollar azalmasına gətirib çıxarıb. Əmək itkiləri Türkiyə iqtisadiyyatına 2,9 milyard dollar ziyan vuracaq. Türkiyə zəlzələnin nəticələrini aradan qaldırmaq üçün xarici borclanmaya da getməli ola bilər. Hazırda ölkənin xarici borcunun ÜDM-ə nisbəti 34 faizdir. Beynəlxalq ekspertlər bu rəqəmin ilin sonunda 43 faizə yüksələcəyini gözləyir. Ekspertlərin fikrincə, zəlzələnin iqtisadiyyata təsirinin tam aradan qaldırılması illər çəkəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 765   Tarix: 18 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.