İlk dəfə açıqladı – Toy BU TARİXDƏDİR + VİDEO

İlk dəfə açıqladı – Toy BU TARİXDƏDİR + VİDEOYenicə nişanlanan tanınmış aparıcı Çinarə Əliyeva OLAY-a müsahibə verərək, səmimi açıqlamalar edib.

O, doğum günündə həm də nişan mərasimini qeyd etməsinin həkim sevgilisi Ruslan Rəsulun fikri olduğunu bildirib:

"Əslində biz böyük bir nişan düşünmədik, dedik, onu toya saxlayaq. Toyu daha maraqlı, "abartılı" edəcəyik, inşallah. Ad günümdə, yubileyimdə Ruslan mənə sürpriz etdi, dedi, gəl nişanı o günə salaq. Ailə içi oldu, çox dost-tanış dəvət etmədik. İstəmədim çox yükləyim, həm nişan, sonra xına, sonra toy… Ona görə hamını toya çağıracam, inşallah".

Çinarə toy tarixi barədə ilk dəfə saytımıza danışıb.

"Əslində bunu hələ ki heç yerdə deməmişəm. Yay ayında, Allah qoysa, iyulda düşünürük edək. Sonra Məhərrəmlikdə biz istəyirik bal ayına gedək ki, heç olmasa bir az istirahətə də vaxt olsun".

Ç. Əliyeva birlikdə keçirdikləri ilk Sevililər Günündə aldıqları hədiyyədən söz açıb:

"14 fevral yenə həmişəki kimi mən iş-gücdə oldum. Konsert var idi, orada aparıcı idim. Amma yenə də gecə 12-də nişanlıma öz hədiyyəmi təqdim etdim, 13-dən 14-nə keçən gecə bir-birimizi təbrik etdik. O da mənə hədiyyəsini verdi. Bir brend çanta görmüşdüm. Vitrində görəndə dedim ki, nə gözəl çantadır. Onun ağlında qalıb və həmin o çantanı mənə hədiyyə etdi. Mən isə ona sevdiyim bir brenddən köynək aldım. Belə simvolik…

Çünki bu bizim birlikdə ilk 14 fevralımızdır. Düşünürəm ki, əsas hədiyyə yox, sevgi, bir-birinə olan hörmətdir. Çox xırda bir hədiyyə belə məni çox sevindirə bilər. Əsas hər zaman hörmət və diqqəti çox sevirəm. Xoşuma gəlir ki, hamının diqqəti məndə olsun, mənə baxsınlar. Xüsusən də sevdiyim insandan o diqqəti görəndə səni balaca bir gül buketi ilə də sevindirəndə insan çox xoş olur".

Aparıcı nişanlısı ilə tanışlıq hekayəsindən və evlilik təklifi almasından da bəhs edib:

"Tanışlığımız çox maraqlı olub. Ruslan sən demə, il yarımdır məni sosial şəbəkədə izləyirmiş. Və hətta mən olduğum toya da gəlibmiş. O toyda da məni kənardan izləyib, amma yaxınlaşmağa cürət etməyib. Deyib qoy bir az da baxıb görüm bu xanım necədir? Bəlkə həyatında kimsə var. Sonra elə oldu ki, instaqramda mənə yazdı. Təşəkkürümü bildirdim. Bir yazdı, iki yazdı, üç yazdı və mən başladım onunla yazışmağa. Belə-belə bir-birimizi tanıdıq və ilk görüşümüz oldu. İlk görüşdə də söylədi ki, mən səninlə vaxt keçirmək yox, ciddi bir münasibət istəyirəm. Üstündən bir neçə görüşdən sonra mənə evlilik təklif etdi. Çox həyəcanlandım, qəribə hisslər keçirdim, yerindəcə "hə" dedim (gülür).

Mən əslində görüşməmiş heç nə deyə bilmirdim. Çünki bəzən şəkillər insanı aldada bilir. Bir neçə dəfə görüşdük və gördüm ki, çox mədəni, yerini bilən, insana artıq sual verməz... İnsan var ki, mənasız suallar verir, bezdirir, qısqandırır. Kişinin qısqanclığı da normaldır, amma o mənim işimin necə olduğunu qəbul edib. Mənim üçün də birinci karyeram və ailəmdir. Gördüm ki, o məni başa düşür, hətta dəstəkdir, ideyalar verir. Ona görə də "hə" dedim. Bildim ki, mən həyatda onunla əziyyət çəkməyəcəm".

O, münasibətlərində Ruslanın daha anlayışlı tərəf olduğunu söyləyib:

"Mən odam, o sudur. Çünki mən bir az tez özümdən çıxmağı bacarıram. Ruslan həmin anda məni ələ ala bilir, sakitləşdirir. Deyirlər, iki qoçun başı bir qazanda qaynamaz. O, məni yola verə bilir. Hələki…. Bilmirəm sonra necə olacaq (gülür)".

Sonda Çinarə subaylara məsləhət də verib:

"Heç vaxt deməyin ki, gecdir. Siz sadəcə istəyin və bunu hər zaman dilinizə gətirin, hər səhər… İnanın ki, istədiyiniz insan qarşınıza çıxacaq. Qərar verməyə tələsməyin, çox da gec qərar verməyin. Hər şey vaxtında, zamanında olacaq, yetər ki, istəyiniz olsun".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 14473   Tarix: 19 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!"

Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi övladının hazırda Londonda Ali təhsil aldığını və orada yaşadığını bildirib. "Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, "Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan? Mə

29.10.2026 816
.

Murad Adıgözəlzadə və Ayselin qızı - VİDEO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə qızı Leyla ilə bağlı paylaşım edib. Bizim.Media xəbər verir ki, müğənni övladının rəqs festivalındakı çıxışını sosial şəbəkə hesabında yayımlayıb. İfaçı qızının görüntüsünə "Mənim sevgim, Leyla" şərhini yazıb. Qeyd edək ki, Ayse

07.11.2026 348
.

Zaur və Günaydan Zəfər Günü ilə bağlı təbrik - VİDEO

Tanınmış teleaparıcılar Zaur və Günay Baxşəliyevlər 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım ediblər. BİG.AZ xəbər verir ki, cütlük sosial şəbəkə hesablarında video paylaşaraq Azərbaycanın şanlı Zəfər Gününü təbrik edib. Azərbaycanın tarixi Qələbəsinə həsr olunan görüntülərdə aparıcılar Zəfər Gününü

07.11.2026 183
.

"Mən əməliyyatda olanda bacımın ürəyi gedib"

"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi

31.10.2026 507
.

Dekabrda evlənəcəklər

Şəxsi həyatı və səmimi açıqlamaları ilə hər zaman gündəmdə olan məşhur türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə toy planları haqqında yeni təfərrüatı bölüşüb. "Qafqazinfo" xəbər verir ki, daha əvvəl evliliklə bağlı zarafatcıl tələbləri ilə diqqət çəkən sənətçi nikah tarix

05.11.2026 403
.

"Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm"

"Elə taksi sürücüləri var ki, onlarla evli kimiyəm. Hətta birinin evinə qonaq da getmişəm. Xaçmazda olanda zəng vurdum ki, gəlirəm. Getdim, gördüm ki, bizə gözəl süfrə açıblar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Kəşfet" proqramında danışıb. Avtomobilini

07.11.2026 203
.

Röyanın tanınmaz halda GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Xalq artisti Röya Ayxan bu dəfə fərqli və sirli obrazı ilə diqqət çəkib. Mavi üz boyası, al-qırmızı saçları və qeyri-adi görünüşü ilə kamera qarşısına keçən sənətçi Halloween bayramına özəl maraqlı çəkiliş etdirib. Beauty, Beast & Bugs" adlandırılan layihə həm konsepti, həm də vizual həlli il

01.11.2026 778
.

Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi

Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi

03.11.2026 595
.

"Hürrəm" ilk dəfə Bakıdadır - Video

Türk əsilli almaniyalı aktrisa Məryəm Üzərli Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sosial mediada görüntülər paylaşılıb. O, Azərbaycana ilk dəfə gəldiyini vurğulayıb. "İlk dəfə Bakıya gəlmişəm. İnanılmaz dərəcədə sevincliyəm", - deyə o əlavə edib. Həmin görüntüləri təqdim edirik

04.11.2026 567
.