"Camaat yasdadır, fəlakət olub, bu nə sualdır?"

"Camaat yasdadır, fəlakət olub, bu nə sualdır?"Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev, Demokrat.az-a verdiyi müsahibədə tanınmış müğənni Nadir Qafarzadənin ünvanına "Nadir Qafarzadə kimdir? Onu tanımıram və onun atdığı addım düzgün deyil. Hər kəsin öz şəxsiyyəti var" adlı ifadələr işlədib. Maraqlısı burasındadır ki, xalq artisti Türkiyədə baş vermiş zəlzələdən danışandan sonra, müğənni haqda danışıb. Yəni, burada sənətkara müğənni ilə bağlı hər-hansısa sual ünvanlanmayıb. Yaxud da ünvanlanıbsa, yazıda həmin sual dərc olunmayıb. Məsələ ilə bağlı tanınmış və sevilən müğənni Nadir Qafarzadə ilə əlaqə saxladıq.

Sənətçi moderator.az-a açıqlama verərək xalq artistinin bu açıqlamasından təəccübləndiyini bildirib.

"Allah Rasim müəllimə can sağlığı versin. O bizim böyük sənətkarımızdır, mən nə deyə bilərəm?! Yəqin ki, ona düzgün informasiya verməyiblər, o da bu cür reaksiya bildirib. Gərək hər bir şeyi öyrənərdi, sonra açıqlama verərdi. Ən azından mənə zəng edə bilərdi. O mənə zəng edib tənqidi də, hətta təhqiri də deyə bilər. Mən qəbul edərdim. İctimai şəkildə nəsə bir fikir bildirməyi Rasim müəllimə yaraşdırmadım. Amma buna baxmayaraq yenə də o mənim üçün sənətkardır. Allah ona can sağlığı, uzun ömür versin. Rasim müəllimin adı gələndə ayağa qalxıram, o ki, qaldı özünü görəndə" deyə müğənni bildirib.

Xalq artistinin müğənninin ünvanına həmin ifadələri nə üçün dediyini öyrənmək üçün sənətkara zəng etdik. Moderator.az-a özəl açıqlama verən xalq artisti bildirib ki, əslində məsələ başqa cür olub.

"Bu jurnalistlərin işi-gücü yoxdur da. Mənə sual ünvanladılar ki, "Türkiyədə zəlzələ olub, Nadir özünə ad günü keçirib. Buna münasibətiniz necədir?". Heç bilmədim ki, hansı Nadirdən söhbət gedir! Mən də dedim ki, get onu Nadirin özündən soruş da. Mən onunla maraqlanmıram. Buna nə fikir bildirim? İşim gücüm yoxdur?! İkincisi də camaat yasdadır, bu boyda fəlakət olub, bu nə sualdır? Əgər bu sualın cavabı sənə maraqlıdırsa, get onu Nadirdən soruş ki, niyə ad günü keçirmisən? Belə böyük bir beynəlxalq hadisə olub ki, mən ona münasibət bildirim?! Jurnalist həmin yazıda mənə ünvanladığı sualını yazmayıb. Çaşqınlıq da burdan yaranır. Nadiri təhqir etməmişəm, söyməmişəm. Mənim Nadirə hörmətim var, onunla heç bir problemim yoxdur. İkincisi də ad günü edib də özünə. Sizə borcu yoxdur ki! Bu jurnalistlər insanın əsəbi vaxtında zəng edib, it boğuşduranlar kimi adamı boğuşdurub, qalmaqallı yazı yazırlar. Bu nədir?! Camaat nə dərddə, bunlar nə dərddə?!" deyə sənətkar bildirib.

Məsələdən agah olan müğənni daha sonra yenidən saytımıza açıqlama verib.

"Jurnalistlərin məqsədi oxucu toplamaqdır. Bu qədər məsələlərin heç biri onlara dərs olmadı. İnanın, yazını oxuyanda öz-özümə dedim ki, Rasim Balayev mənim haqqımda niyə özündən danışıb? Çox təəssüf ki, sizin kimi jurnalistlərin adlarını ləkələyən həmkarlarınız da var. Doğum günüm fevralın 11-də idi. Amma mən fevralın 15-də qeyd etdim. Mən ad günümü qeyd edəndə artıq Türkiyədə matəm bitmişdi. Türkiyədə dünyasını dəyişənlərə rəhmət, ailələrinə səbr arzu edirəm. Ona qalsa fevralın 14-də sevgililər günündə şəhərin bütün restoranları ağzına kimi dolu idi. Hamı xoş günlərini qeyd etsə də, bu dərdi içində çəkir. Həmçinin də mən" deyə sənətkar bildirib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1764   Tarix: 19 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!"

Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi övladının hazırda Londonda Ali təhsil aldığını və orada yaşadığını bildirib. "Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, "Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan? Mə

29.10.2026 816
.

Murad Adıgözəlzadə və Ayselin qızı - VİDEO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə qızı Leyla ilə bağlı paylaşım edib. Bizim.Media xəbər verir ki, müğənni övladının rəqs festivalındakı çıxışını sosial şəbəkə hesabında yayımlayıb. İfaçı qızının görüntüsünə "Mənim sevgim, Leyla" şərhini yazıb. Qeyd edək ki, Ayse

07.11.2026 348
.

Zaur və Günaydan Zəfər Günü ilə bağlı təbrik - VİDEO

Tanınmış teleaparıcılar Zaur və Günay Baxşəliyevlər 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım ediblər. BİG.AZ xəbər verir ki, cütlük sosial şəbəkə hesablarında video paylaşaraq Azərbaycanın şanlı Zəfər Gününü təbrik edib. Azərbaycanın tarixi Qələbəsinə həsr olunan görüntülərdə aparıcılar Zəfər Gününü

07.11.2026 183
.

"Mən əməliyyatda olanda bacımın ürəyi gedib"

"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi

31.10.2026 507
.

Dekabrda evlənəcəklər

Şəxsi həyatı və səmimi açıqlamaları ilə hər zaman gündəmdə olan məşhur türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə toy planları haqqında yeni təfərrüatı bölüşüb. "Qafqazinfo" xəbər verir ki, daha əvvəl evliliklə bağlı zarafatcıl tələbləri ilə diqqət çəkən sənətçi nikah tarix

05.11.2026 403
.

"Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm"

"Elə taksi sürücüləri var ki, onlarla evli kimiyəm. Hətta birinin evinə qonaq da getmişəm. Xaçmazda olanda zəng vurdum ki, gəlirəm. Getdim, gördüm ki, bizə gözəl süfrə açıblar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Kəşfet" proqramında danışıb. Avtomobilini

07.11.2026 203
.

Röyanın tanınmaz halda GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Xalq artisti Röya Ayxan bu dəfə fərqli və sirli obrazı ilə diqqət çəkib. Mavi üz boyası, al-qırmızı saçları və qeyri-adi görünüşü ilə kamera qarşısına keçən sənətçi Halloween bayramına özəl maraqlı çəkiliş etdirib. Beauty, Beast & Bugs" adlandırılan layihə həm konsepti, həm də vizual həlli il

01.11.2026 778
.

Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi

Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi

03.11.2026 595
.

"Hürrəm" ilk dəfə Bakıdadır - Video

Türk əsilli almaniyalı aktrisa Məryəm Üzərli Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sosial mediada görüntülər paylaşılıb. O, Azərbaycana ilk dəfə gəldiyini vurğulayıb. "İlk dəfə Bakıya gəlmişəm. İnanılmaz dərəcədə sevincliyəm", - deyə o əlavə edib. Həmin görüntüləri təqdim edirik

04.11.2026 567
.