Köhnə binaların sökülüb yeniləri ilə əvəz edilməsi üçün hansı addımlar atılmalıdır? - ARAŞDIRMA

Köhnə binaların sökülüb yeniləri ilə əvəz edilməsi üçün hansı addımlar atılmalıdır? - ARAŞDIRMA"Bakıda tikintilər 90-cı illərin sonlarında başlayıb. 2000-ci il zəlzələsi zamanı kifayət qədər yeni tikilmiş bina var idi. Həmin vaxt 4,5 maqnituda və 6,5 intensivliyi olan zəlzələdə yeni tikilmiş binaların heç biri zərər görmədi.

2010-cu ildə seysmik ərazilərdə tikinti sahəsində Azərbaycan Respublikasının milli tikinti normaları yaradıldı. Bu Dövlət Tikinti Normaları "Seysmik Rayonlarda Tikinti" adlanır. Yeni tikinti normaları sovet dövründən qalmış normalarla müqayisədə layihəçilər və inşaatçılar qarşısında 30 faizdən artıq daha sərt tələblər ortaya qoyur.

Bu gün daha da sərtləşdirilmiş tikinti norma və qaydalarına uyğun inşa olunmuş binalar yəqin ki, onlardan daha davamlıdır".

Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov Türkiyədə baş verən zəlzələdən sonra mətbuata açıqlamasında qeyd edib.

Yeni binaların hansı bal gücündə zəlzələyə davamlı olduğu haqda nə isə deyə bilməsək də, məlumdur ki, onlar köhnə tikililərlə müqayisədə daha davamlıdır. Hazırda Bakı şəhərində köhnə və qəzalı vəziyyətdə olan bina sayı kifayət qədərdir. Ötən il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirmişdi ki, bu cür binaların sayında 30 faiz azalma olsa da, Bakıda hələ də 1000-ə yaxın köhnə və qəzalı vəziyyətdə bina var. Yəni zəlzələ olarsa, 1000-ə yaxın binada yaşayanlar üçün təhlükə daha böyükdür.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İstismar müddətini başa vurmuş, qəzalı köhnə binaların sökülüb yerində yenilərinin inşa edilməsi üçün ölkədə pilot layihələr icra olundu və proses zamanla gedir. Ancaq Türkiyədəki zəlzələ təcrübəsi göstərir ki, tələsməliyik. Köhnə binaların sökülüb yerində yenilərinin tikilməsi prosesinin sürətləndirilməsi üçün hansı addımlar atılmasına ehtiyac var? Ümumiyyətlə, bu prosesin sürətləndirilməsi planlaşdırılırmı?

İqtisadçı Zahid Məmmədov deyir ki, bundan öncə yeni tikililərə fokuslanmışdıqsa, hazırda birinciliyi köhnə tikililərin yenisi ilə əvəzlənməsinə verməliyik:

"Köhnə tikililərlə bağlı təmizləmə prosesi getməlidir. Türkiyədə baş verən hadisədən dərs almalıyıq. Gözləmək üçün vaxt yoxdur. Çünki hər şey bir anda olur. İstismar müddətini başa vurmuş tikililər müəyyənləşdirilməli və sistemli şəkildə iş aparılmalıdır. İcra hakimiyyətləri, bələdiyyələr burda öz fəaliyyətlərini ortaya qoymalı, təkliflərlə çıxış etməlidirlər. İnşaat şirkətlərini bu istiqamətə yönəltmək lazımdır. Tək yerli deyil, xarici şirkətləri də cəlb etmək olar".

Z.Məmmədov deyir ki, köhnə tikililərə nə qədər xərc qoyulsa da, bir faydası yoxdur:

"Köhnə tikililər həm Bakının gözəlliyinə xələl gətirir, həm də təhlükə mənbəyidir".

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, hazırda qəzalı vəziyyətdə olan tikililərin əvəzlənməsi prosesi gedir:

"Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə 2016-ci ildə istismar müddətini bitirmiş binaların söküntüsünə start verildi. Həmin vaxtdan indiyə qədər onlarla binalar sökülərək yenisi ilə əvəzləndi. Daha sonra istismar müddətini bitirmiş binaların sökülüb yerində yenisinin tikilməsi dayandırıldı. Daha çox qəzalı vəziyyətdə olan binaların əvəzlənməsinə önəm verildi. Bir binanın sökülməsi ilə bağlı FHN-nin o binanın, yaxud ərazinin qəzalı olduğu haqqında rəyi olmalıdır. Amma Bakı və Abşeronda bu gün 11 minə qədər istismar müddətini bitirmiş, 150-yə yaxın qəzalı vəziyyətdə olan bina var. Amma köhnə binalar arasında monitorinq aparılsa, qəzalı bina sayı 150 yox, yüzlərlə olacaq".

Ekspert bildirdi ki, Bakıdakı köhnə binaların sökülüb yenisi ilə əvəzlənməsi qısa müddətdə həll olacaq məsələ deyil:

"Söküntü işləri gedir. Ancaq bir binanın sökülərək yenidən tikilməsi üçün ən azı 2,5-3 il vaxt gedir. Bu binaların hamısının sökülüb yenisi ilə əvəzlənməsinə onilliklər lazımdır. Həmin binalarda monitorinqlər aparılmalı və qəzalı binalar ən qısa müddətdə sökülməli, sökülmə prosesi yubanırsa, orada artıq müəyyən bərkidilmə, təmir işləri görülməlidir".

E.Fərzəliyevin sözlərinə görə, köhnə binaları söküb yerində yenisini tikənlər özəl şirkətlərdir. Onların bu prosesdə maraqlı olmaları üçün müəyyən şərait yaratmaq lazımdır:

"Özəl şirkətlər bazara uyğun işləyirlər. Bazarda gərək alıcı kütləsi olsun ki, tikdikləri evləri sata bilsinlər. Düşünürəm ki, bu istiqamətdə iş görəcək tikinti şirkətlərinə hansısa formada güzəştlər olmalıdır. Onların satışının sürətli getməsi üçün də qanunlarda müəyyən dəyişikliklər edilə bilər. Məsələn, ipoteka krediti ilə ev satılması üçün mütləq çıxarış olmalıdır. Ancaq yeni tikililərdə bina tikiləndən xeyli müddət sonra çıxarış verilir. Söküntülərin yerində aparılan tikintilərdə təməldən ilkin çıxarış vermək olar ki, satış prosesi sürətlə getsin. Yaxud o müqaviləli mənzillərin alqı-satqısı Mənzil-tikinti kooperativi tərəfindən deyil, rəsmi dövlət qurumu tərəfindən aparılsın və bunlar da ipoteka kreditinə yararlı olsun. O halda alıcı kütləsi arta bilər".

E.Fərzəliyev deyir ki, sakinlər də bu prosesin sürətli getməsində maraqlı olmalıdırlar:

"Bəzən binadakı sakinlərin hamısı köçür, 3-5 sakin çıxmır, daha böyük tikinti sahəsi, daha çox pul tələb edir. Şirkət də onların tələbi ilə razılaşmayanda, bu proses uzanır. Sakinlər düşünməlidirlər ki, onların köhnə, istismar müddətini bitirmiş, qəzalı binalarını söküb yerində yeni tikili binadan daha böyük və daha təmirli mənzil verirlər. Evi təhvil verən günə qədər kirayə haqqı, xərcləri də şirkətlər qarşılayır".

Köhnə tikililərin yenisi ilə əvəzlənməsi prosesinin sürətləndirilməsi planda varmı? Bu sualla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Hər iki qurumdan bildirildi ki, bu məsələlər onların səlahiyyətində deyil. Bu proses birmənalı şəkildə hər rayonun özünün səlahiyyətində olan məsələdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1679   Tarix: 19 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:

07.11.2026 152
.

Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR

2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs

00:11 128
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

07.11.2026 207
.

Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl

07.11.2026 159
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

07.11.2026 195
.

Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"

"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit

07.11.2026 163
.

Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib

Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar

07.11.2026 172
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Deputatın həyat yoldaşı vəfat etdi

Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır

07.11.2026 122
.