Bakıda 58 min insanı maraqlandıracaq VACİB XƏBƏR
Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) tabeliyində fəaliyyət göstərən ambulator-poliklinik tibb müəssisələrində tibbi qeydiyyat sənədlərinin tam şəkildə elektronlaşdırılmasına başlanılıb.
TƏBİB-dən BiG.AZ-a verilən məlumata görə, vətəndaşlara məxsus ambulator tibbi kitabçalar ləğv edilərək, onlarda olan məlumatlar əsasında data-baza formalaşdırılır.
Ölkə əhalisinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) həyata keçirdiyi bu yenilik imkan verəcək ki, ilkin tibbi xidmətlərin göstərilməsində əlavə vaxt itkisinin qarşısı alınsın və yalnız şəxsiyyət vəsiqəsinin məlumatları əsasında vətəndaş sürətli şəkildə müvafiq həkimə yönləndirilsin.
Bu prosesə pilot layihə olaraq Bakı Baş Səhiyyə Mərkəzi tabeliyində fəaliyyət göstərən 10 nömrəli Şəhər və 20 nömrəli Uşaq Poliklinikalarında başlanılıb. Belə ki, ilkin mərhələdə 58 min əhalinin məlumatlarının daxil edilməsi nəzərdə tutulub. 10 nömrəli Şəhər və 20 nömrəli Uşaq Poliklinikalarında yekunlaşmaqda olan proses pilot layihənin ikinci mərhələsi olaraq, daha sonra Yasamal rayonu ərazisində yerləşən 39 nömrəli Şəhər və 13 nömrəli Uşaq Poliklinikasında da davam etdiriləcək.
Gələcəkdə ölkə üzrə vahid mərkəzləşdirilmiş sistemin yaradılması istiqamətində görülən bu tədbirlər icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən daha operativ və səmərəli istifadəni təmin edəcək.
BBSM-in Tibbi xidmətlərin təşkili departamentinin Tibbi statistika və analitika şöbəsinin müdiri İradə İsmayılovanın sözlərinə görə, əvvəlki dövrlərdə poliklinikaya müraciət edən vətəndaşın tibbi məlumatları kağız daşıyıcı olan ambulator tibbi kitabçada toplanırdı:
"Ambulator tibbi kitabçaların axtarılması, həmçinin vətəndaşın qeydiyyatda olmadığı poliklinikaya müraciət etdiyi halda onun üçün yeni ambulator tibbi kitabçanın açılması bir qayda olaraq tibbi xidmətlərin göstərilməsində əlavə vaxt itkisinə səbəb olurdu. Bu eyni zamanda həkimlərə xəstələrin əvvəlki tibbi məlumatlarının öyrənilməsində çətinliklər yaradırdı. Artıq bu çətinliklərə son qoyulur. Ölkənin istənilən rayonunun ərazisində yaşayan vətəndaş istənilən poliklinikaya müraciət etdiyi halda yalnız şəxsiyyət vəsiqəsinin məlumatları əsasında onun ambulator tibbi kitabçasında olan məlumatları elektron qaydada əldə etmək və onu müvafiq həkimə yönləndirmək mümkün olacaq".
Qeyd edək ki, bu məqsədlə E-Tebib proqramında müvafiq həkim səhifəsinin yaradılması ilə bağlı texniki tapşırıqlar hazırlanıb və tətbiqi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya texnologiyaları şöbəsinə təqdim olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1245 Tarix: 20 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:
07.11.2026 152 Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs
00:11 128 ASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
07.11.2026 207 Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl
07.11.2026 159 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video
44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri
07.11.2026 195 Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"
"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit
07.11.2026 163 Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar
07.11.2026 172 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 175 Deputatın həyat yoldaşı vəfat etdi
Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır
07.11.2026 122