Nurlana Əliyeva məhkəmədən yayınmaq üçün ölkədən QAÇDI
Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
BiG.AZ APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə barəsində məcburi məhkəməyə gətirilmə qərarı qəbul olunmuş Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyevanın ölkədə olmadığı elan olunub.
Məlum olub ki, Nurlana Əliyeva məcburi gətirilmə ilə bağlı vəsatət müzakirə olunan vaxt ölkədən gedib.
Hakim Əli Məmmədov deyib ki, aidiyyatı orqanlar vasitəsilə Nurlana Əliyevanın ölkə sərhədlərinə daxil olmadığı barədə məlumat alıb. Onun hazırda Türkiyənin Ankara şəhərində olduğu bildirilir.
Məhkəmə Nurlana Əliyeva barəsində yanvarın 18-də keçirilən iclasda qəbul olunan qərarı qüvvədə saxlayıb. O, ölkəyə daxil olan kimi polis vasitəsilə məhkəməyə gətiriləcək.
Bundan başqa, cinayət işində adı keçən, əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) işləmiş Fərahilə Babayeva-Şükürovanın da məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul olunub.
Proses martın 6-da davam etdiriləcək.
Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
Dürdanə Əliyeva məhkəmədəki ifadələrində ittihamda qeyd olunan əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyib.
Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1222 Tarix: 20 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş46 dərəcə istiyə qarşı qeyri-adi üsul - Küçələrə kondisioner quraşdırılır
Yay aylarında havanın temperaturunun 46 dərəcəyə çatdığı Qətərdə dözülməz istilərlə mübarizə üçün qeyri-adi texnologiyalardan istifadə olunur. Ölkədə sərinləşdirilən səkilər, açıq havada işləyən kondisionerlər və günəş şüalarını əks etdirən xüsusi asfalt örtükləri tətbiq edilir. xarici mediaya istinadə
20.08.2026 197 Onlarla ilanbalığı vaqonu ələ keçirdi - İnanılmaz GÖRÜNTÜLƏR
Çində metroda sərnişinlərdən birinin əlindəki vedrə aşıb və canlı ilanbalıqları vaqona tökülüb. xarici mediaya istinadən xəbər verir ki, ilanbalıqları qısa müddətdə vaqonun müxtəlif hissələrinə yayılmağa başlayıb. Baş verənləri ilk anda anlamayan sərnişinlər bir neçə saniyəlik çaşqınlıq yaşayıblar. Laki
20.08.2026 197 Paşinyanın partiyası Ermənistanın 5 illik xarici siyasət planını açıqladı
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası Türkiyə, Avropa İttifaqı (Aİ) və ABŞ da daxil olmaqla, ölkənin növbəti beş il üçün xarici siyasət prioritetlərini müəyyənləşdirib. xəbər verir ki, layihə ölkənin vahid elektron hökumət portalında dərc olunub. Sənəddə qey
20.08.2026 170 İrandan ABŞ-a yeni xəbərdarlıq: Avropadakı bazalar hədəfə çevrilə bilər
İran hakimiyyəti ABŞ Prezidenti Donald Trampın münaqişəni daha da qızışdırmaq qərarına gələcəyi təqdirdə, Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirmək ehtimalını nəzərdən keçirir. xəbər verir ki, bu barədə "The Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb. Qəzetin məlumatın
20.08.2026 163 "Suriyada Türkiyənin hərbi mövcudluğunun genişlənməsi İsrail tərəfindən qəbul edilməyəcək" - BƏHRUZ QULİYEV
"İsrail ilə Türkiyə arasında Suriyaya görə yaranan son gərginlik artıq adi diplomatik narazılıq çərçivəsindən çıxaraq, regional təhlükəsizlik məsələsinə çevrilməkdədir. İsrailin Suriyanın Əbu əl-Duhur aviabazasına zərbəsi və ardınca müdafiə naziri İsrael Katzın Prezident Rəcəb Tayyib Ərdoğana sər
20.08.2026 229 Laçına köç davam edir
2023-cü il avqustun 26-da Laçında Şəhər Günü böyük coşqu ilə qeyd olunub. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bayram tədbirində iştirak etməsi xüsusilə əlamətdardır. Bayram tədbirində dövlətimizin başçısı çıxış edərək "Laçın Şəhəri Günü" münasibətil
20.08.2026 261 Rayonda 50 qəpik olan meyvə Bakıda niyə 6 manata satılır?
"Rayonda 50 qəpiyə satılan mövsümi meyvənin Bakıda 5-6 manata qədər bahalaşmasını yalnız nəqliyyat xərcləri ilə izah etmək düzgün deyil. Əlbəttə, kənddən Bakıya daşınma, yanacaq, saxlama, qablaşdırma və məhsul itkisi qiymətə təsir göstərir. Lakin 50 qəpiklə 6 manat arasında bu qədər böyük fərq varsa
20.08.2026 249 The Economist-dən manatla bağlı diqqətçəkən hesablamа: Milli valyutamız əslində ucuzdur? - İQTİSADÇIDAN AÇIQLAMA
The Economist jurnalının hazırladığı Big Mac indeksində Azərbaycan manatının ABŞ dollarına nisbətdə 31,4% aşağı qiymətləndirildiyi göstərilir. Hesablamaya əsasən, Azərbaycanda Big Mac 7,25 manata, ABŞ-da isə 6,22 dollara satılır və alıcılıq qabiliyyəti paritetinə əsasən manatın nəzəri məzənnəsi indik
20.08.2026 267 Rəşidə Behbudova həyat yoldaşı və oğlu ilə - Fotolar
Əməkdar artist Rəşidə Behbudova ailəsi ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, həyat yoldaşı Kamil Şahverdiyev və oğlu Rəşidlə fotolarını sosial media hesabında yayımlayıb. Qeyd edək ki, R.Behbudova əfsanəvi müğənni Rəşid Behbudovun qızıdır
20.08.2026 162