Tərtərdəki qadın məmurun qətlinin ŞOK TƏFƏRRÜATI: Səbəb namus məsələsi imiş?
Fevralın 19-u saat 09:40 radələrində Tərtər rayonunda baş verən dəhşətli qətllə bağlı yeni təfərrüat ortaya çıxıb.
BiG.AZ xəbər verir ki, bu barədə Moderator.az-a saytı yazıb.
Qeyd edək ki, qatil 1969-cu il təvəllüdlü Asəf Məmmədov (qatilin doğum tarixi bundan öncəki rəsmi və qeyri-rəsmi məlumatlarda yanlış göstərilib) 1981-ci il təvəllüdlü həyat yoldaşı Gülnar Məmmədovanı və həyətlərində usta işləyən 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevi qətlə yetirib.
Əri tərəfindən qətlə yetirilən mərhum Gülnar Məmmədovanın qohumları baş vermiş dəhşətli hadisənin bəzi təfərrüarını açıqlayıblar. Bəlli olub ki, cinayətkar izi azdırmaq və törətdiyi ağır cinayəti yüngülləşdirmək üçün öz aləmində hiyləgər bir yola əl atıb:
"Gülnar Məmmədova öz namusu, ləyaqəti, bacarığı və işində peşəkarlığı ilə seçilən bir şəxs olub. Həyat yoldaşı illərdi "Topaz"da qumar oynayıb və heç cür onu bu bəladan çəkindirmək mümkün olmayıb. Nəticədə külli miqdarda pullar uduzub və hər dəfə mərhum həyat yoldaşını gah dilə tutmaqla, bu alınmadıqda hədə-qorxu gəlməklə pul alaraq, bəzən hətta qızı-zinət əşyalarını satdıraraq, qumardakı borcunu ödəyirmiş. Üstəlik, mərhum həyat yoldaşının qardaşları da kürəkənin hərəkətlərindən boğaza yığılıblarmış və bəzən onlar da qatilin borcunu ödəmək üçün ona pul verirmişlər. Qətli gecə saat 4 radələrində törədib və yatdığı yerdə Gülnar Məmmədovanın boğazını kəsib.
Sonuncu dəfə qətldən bir həftə qabaq qatil Asəf Məmmədov Gülnar Məmmədovadan pul istəyəndə vermədiyinə görə onu ölümlə hədələyib. Asəf Məmmədov öz cinayətini ört-basdır edərək, bunu namus üstündə törətdiyini quraşdırmaq üçün heç bir günahı olmayan 1991-ci il təvəllüdlü usta Namiq Allahverdiyevi də qətlə yetirib. Halbuki həmin usta hədsiz dərəcədə kasıb bir adam olub və öldürüləndə üstündə 20 manatlıq köhnə telefon olub.
Təsəvvür edin ki, qətli törədəndən sonra Asəf uşaqlarını götürüb aparıb atasıgildə qoyub. İçki aludəçisi olan Asəf sonra gedib rayon mərkəzindəki kafelərdən birində xaş yeyib qayıdıb və həyətdə işləyən ustanı tüfənglə 2 güllə vurmaqla qətlə yetirib. Usta həyətdə tək deyilmiş. Atası ilə birlikdə imiş, onu öz atasının gözü qarşısında qətlə yetirib. Atası qaçıb camaatı köməyə çağırsa da, gec olub. İki qətl arasında təxminən 6 saat vaxt fərqi olub".
Qeyd edək ki, Tərtər İcra Hakimiyyətində baş məsləhətçi işləyən və iki ali təhsili olan Gülnar Məmmədovanın iki azyaşlı övladı - bir qızı, bi oğlu qalıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1355 Tarix: 20 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:
07.11.2026 152 Dekabrda 9 gün iş olmayacaq - TARİXLƏR
2026-cı il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlə əlaqədar 1 gün qeyri-iş günü olacaq. -ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Həmin tarix həftənin cümə axşamına təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməs
00:11 128 ASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
07.11.2026 207 Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
Konqo Demokratik Respublikasının şərqindəki yaşayış məntəqəsinə silahlı qruplaşmanın etdiyi hücum nəticəsində azı 37 dinc sakin həlak olub. "Report" xəbər verir ki, bu barədə Konqo ordusuna istinadən RFI məlumat yayıb. Hərbçilər hücuma görə məsuliyyəti "İslam Dövləti" ilə əlaqəl
07.11.2026 159 Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video
44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri
07.11.2026 195 Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"
"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit
07.11.2026 163 Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar
07.11.2026 172 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 175 Deputatın həyat yoldaşı vəfat etdi
Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib. xəbər verir ki, deputatın həyat yoldaşı Hacı İsaq Həsənzadə vəfat edib. Qeyd edək ki, Hacı İsaq Həsənzadə Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənovun qardaşıdır
07.11.2026 122