Mərhum Xalq artistinin oğlu: "Hamı atamın yerinə danışır" - FOTO
"Allah atama elə rahat ölüm verdi ki, vəsiyyət belə edə bilmədi. Çox rahat şəkildə, özünün xəbəri olmadan həyatdan köçdü. Atam reanimasiyada, demək olar ki, yuxulu vəziyyətdə rəhmətə getdi. Bəlkə də, ürəyində deyəcək sözləri var idi".
Bu sözləri Oxu.Az-a açıqlamasında mərhum Xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruzov atası barədə danışarkən deyib.
O bildirib ki, atası həyatda heç kimə əziyyət verməyib. Ona görə vəfatı belə rahat olub:
"İnsanların ondan ötrü narahat olmalarını istəmirdi. Qəribə burasındadır ki, atamın cənazəsini yudurtmağa aparanda, yas məclisini təşkil edəndə, torpağa tapşırılanda da hər şey elə bil qabaqcadan hazırlanmışdı. Çox rahatlıqla oldu.
Vəsiyyətini deyə bilməsə də, təxmini bilirik ki, nələri deyəcəkdi. Biz artıq buna əməl etməyə çalışırıq ki, onun ruhu şad olsun. Əsas istəyi bu idi ki, övladları bir-biri ilə mehriban olsunlar. Həmişə mənə məsləhət görürdü ki, sənətimlə bağlı fitnəyə getməyim, intriqadan uzaq olum. Mənə deyirdi ki, başımı salıb işimi görsəm, hər şey bir o qədər də yaxşı olacaq. Özü də elə adam idi".
Aktyor atasının ölümündən sonra bir daha səhnəyə çıxmayacağı barədə yayılan şayiələrə aydınlıq gətirərək, haqqında deyilənləri təkzib edib:
"Mən, ümumiyyətlə, elə söz deməmişəm. O məlumatı kim götürüb elə yayıb, özüm də başa düşə bilmirəm. Belə vəziyyətdə elə bir açıqlama verməmişəm, boş məlumatdır. Onu demişəm ki, atamın 40 mərasiminə qədər nə səhnəyə çıxacağam, nə də sosial şəbəkədə görünəcəyəm. Belə demişəm. Bütün işlərimi, çəkilişlərimi və s. dayandırmışam. Nəyə görə səhnəyə çıxmayım?! Atamın sənətini yaşadıram. Elə şey olar?!"
Cavidan Novruz, həmçinin sağlığında və həyatdan köçəndən sonra atasına göstərilən diqqətə görə dövlətdən, Mədəniyyət Nazirliyindən razı qaldığını bildirib:
"Bir aktyora nə vermək lazım idisə, atama hamısını veriblər. Heç vaxt demədi ki, yaşım keçir, məni diqqətdən kənar qoyurlar. Vaxtında Xalq artisti adını aldı. Prezident təqaüdünə layıq görüldü, ev verdilər. Son mənzilə belə yola salınanda layiqincə oldu. Hamı atamın yerinə danışır, nə istəyir deyir. Amma ailəsi qalıb kənarda. Bizim ailəmiz şəxsən dövlətdən narazı deyil. Bizə lazım deyildi atamı son mənzilə teatrdan yola salsınlar, ya da başqa yerdən götürsünlər. Onsuz da teatrlardan belə şeyləri yığışdırırlar. Xalqın onu sevərək yola salmağı ailəmizə bəs edir. Sənətkarla vidalaşmaq istəyənlər qapımızadək gəldilər. Yasda millət dolu idi".
Qeyd edək ki, Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra ötən günlərdə dünyasını dəyişib. Sənətkar xərçəng xəstəliyindən əziyyət çəkib.

BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzTV-nin Ceyranı ad günü etdi - Fotolar
AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy
18.09.2021 9970 İkinci əl geyimlər aldığını etiraf etdi
Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad
18.09.2021 6939 Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO
Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər
18.09.2021 4536 Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO
Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas
16.09.2021 7167 Pandemiyada ikinci restoranını açdı
Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını
17.09.2021 3697 Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"
"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy
16.09.2021 2063 Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video
Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ
17.09.2021 1059 Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"
Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml
18.09.2021 4164 Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR
Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:
16.09.2021 4042