Türkiyəli nazir: "Hatayda xilasetmə işləri daha uzun çəkə bilər"

Türkiyəli nazir: "Hatayda xilasetmə işləri daha uzun çəkə bilər""Zəlzələlərdən sonra Hatayda vəziyyət daha ciddidir və buna görə də orada axtarış-xilasetmə işlərinin hələ bir müddət davam edəcəyi gözlənilir".

"Report" xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastuktur naziri Adil Karaismailoğlu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Kahramanaraş və Adıyamanda isə axtarış-xilasetmə işləri bitmək üzrədir: "Müvafiq qurumlar öz öhdəliklərini yerinə yetirirlər. Yenidənqurma-bərpa işlərini sürətlə həyata keçirmək lazımdır".

Nazir problemlərin həlli üçün zamana ehtiyacın olduğunu söyləyib: "Nəyə ehtiyacımızın olduğunu bilirik. Zəlzələdən sonrakı ilk günlərdə olan xaos indi yoxdur. Əlbəttə, bu fəlakət unudulmayacaq. Amma həyat davam edir".

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində 44 218 nəfər ölüb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 568   Tarix: 25 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Onlarla ilanbalığı vaqonu ələ keçirdi - İnanılmaz GÖRÜNTÜLƏR

Çində metroda sərnişinlərdən birinin əlindəki vedrə aşıb və canlı ilanbalıqları vaqona tökülüb. xarici mediaya istinadən xəbər verir ki, ilanbalıqları qısa müddətdə vaqonun müxtəlif hissələrinə yayılmağa başlayıb. Baş verənləri ilk anda anlamayan sərnişinlər bir neçə saniyəlik çaşqınlıq yaşayıblar. Laki

20:00 1
.

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi təsdiqlənib

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi" və strukturu təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb

16:28 114
.

Laçın aparılan quruculuq işləri sayəsində gözəl məkana çevrilir

2020-ci il sentyabrın 27-də mənfur düşmənə qarşı Vətən müharibəsinə başlayan Azərbaycanın Müzəffər Ordusu, qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin əmrini rəşadətlə yerinə yetirərək 44 gün sonra hər bir azərbaycanlıya canı qədər doğma olan Qarabağımızı işğaldan azad etdilər. Həmin il dekabrı

11:00 194
.

İrandan ABŞ-a yeni xəbərdarlıq: Avropadakı bazalar hədəfə çevrilə bilər

İran hakimiyyəti ABŞ Prezidenti Donald Trampın münaqişəni daha da qızışdırmaq qərarına gələcəyi təqdirdə, Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirmək ehtimalını nəzərdən keçirir. xəbər verir ki, bu barədə "The Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb. Qəzetin məlumatın

10:42 147
.

Rus ordusu daha iki kəndi işğal etdi

Rusiya ordusu Donetsk vilayətinin Matyaşevo və Nikolaypolye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

20:45 2
.

Uşaqları İKT-dən uzaqlaşdırmaq çıxış yoludurmu? - Ekspert yanaşması

Yeniyetmələrin İKT vasitələrindən həddindən artıq istifadə etməsinin onları tənbəl və cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkən fərdlərə çevirdiyi ilə bağlı fikirlər səsləndirilir. Sizcə, bu yanaşma nə dərəcədə doğrudur? Müasir dövrdə uşaqları İKT vasitələrindən uzaqlaşdırmaq, yoxsa onlardan düzgün və balansl

13:55 253
.

Azərbaycan qida məhsullarının keyfiyyətində niyə geri qalır? - MARKETOLOQDAN AÇIQLAMA

Azərbaycanın qida bazarında məhsulların keyfiyyəti ilə bağlı müzakirələr son dövrlərdə daha da aktuallaşıb. Ölkədə qida təhlükəsizliyi və istehsal standartlarının təkmilləşdirilməsi istiqamətində addımlar atılsa da, Azərbaycan qida məhsullarının keyfiyyət baxımından digər keçmiş SSRİ ölkələri ilə müqayisəd

15:22 157
.

"Suriyada Türkiyənin hərbi mövcudluğunun genişlənməsi İsrail tərəfindən qəbul edilməyəcək" - BƏHRUZ QULİYEV

"İsrail ilə Türkiyə arasında Suriyaya görə yaranan son gərginlik artıq adi diplomatik narazılıq çərçivəsindən çıxaraq, regional təhlükəsizlik məsələsinə çevrilməkdədir. İsrailin Suriyanın Əbu əl-Duhur aviabazasına zərbəsi və ardınca müdafiə naziri İsrael Katzın Prezident Rəcəb Tayyib Ərdoğana sər

10:58 202
.

Torpaq alarkən bunu mütləq bilin: Kateqoriya və təyinat eyni deyil

"Torpaqların kateqoriyaları ilə bağlı əsas hüquqi tənzimləmə Azərbaycan Respublikasının Torpaq Məcəlləsində öz əksini tapıb". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, Torpaq Məcəlləsinin müddəalarına əsasən, torpaqlar məqsədli təyinatın

11:31 180
.