"Qızını restoranda işə götürəcəm, sabah gəlsin yanıma" - Aşıq Zülfiyyədən xanım aşığa təklif
Bir gün əvvəl Baku tv-nin qarajda, zibil içində yaşayan aşıq Məhbubə Musayevanın yaşayışını işıqlandırmağı mətbuatda böyük səs-küy doğurub. Aşıq bildirib ki, maşın vurduqdan sonra iş qabiliyyətini itirib, çarəsizlikdən sazını da satıb. O həmçinin tanınmış aşıq Zülfiyyə İbadovanın adını çəkərək, kömək üçün ona müraciət etmək istədiyini bildirsə də, utandığından etmədiyini deyib.
BiG.AZ xəbər verir ki, moderator.az-a açıqlama verən aşıq Zülfiyyə İbadova bildirib ki, o xanımın qızına restoranında iş vermək istəyir.
"Sözün düzü, mən bu xanımı tanımadım. Məhbubə adında aşıq tanımıram. Amma onun qızını öz restoranımda, yanıma işə götürmək istəyirəm. Ailəvi məkandır, yeri gəlmişkən o da restoranda işlədiyini bildirib. Qoy elə öz yanımda olsun. Hər cür şərait yaradaram onun üçün. 450 azn maaş verərəm. Yaxın dostlarımız da ona hörmət edər. Ən azından gündə 30-40 manat evinə pul apara bilər. İstəsə aylıq 1000 azn-ə qədər pul qazana bilər. Çünki bizdə ofisiantlar pis qazanmır. İşimiz axşamdan-axşama olur. Çətin işimiz də yoxdur ki, deyim ki, onun üçün ağır olar. Qızı sabah gəlib mənimlə görüşsün. İnanın ki, o qədər kömək edəcəyimiz yerlər var ki. İnsan etdiyini deməz. Qazandığımızın yarısı elə yardımlara gedir. Amma əlimdən gəldiyi qədər köməklik, himayədarlıq etməyə hazıram. Onların ev əşyaları da yoxdur. Mən restoranımdan da bəzi əşyaları onlar üçün göndərə bilərəm" deyə aşıq Zülfiyyə bildirib.
Xanım aşıq bildirib ki, toylar azalıb. Bu da onların maddiyatına mənfi təsir göstərir.
"Toylar ümumiyyətlə azalıb, deyərdim ki, yox dərəcəsindədir. Kiminlə danışıramsa, hamıda vəziyyət belədir. Bir ayda iki toy olur, ya olmur. İmkan vermirlər ki, restoranı işlədəsən. Günü-gündən ərzaqın qiymətini qaldırırlar. Bu gün restoran üçün quzu ətini 16 manata alırsan, sabah 18 manat olur. Bunu bu qiymətə alıb, kimə nə yedirdəsən?! AQTA-da icazə vermir ki, bazar turşusundan, pendirindən alıb, istifadə edəsən. Gərək ağzı bağlı turşular, ərzaqlar olsun. Bu dəqiqə vəziyyət çətindir. Ümumilikdə hamıda vəziyyət çətindir. Adamın əli hər şeydən soyuyub. Türkiyədəki zəlzələ də bizə çox pis təsir etdi. Xalqın vəziyyəti yaxşı olanda sənətkar da yaşayır. Sənətkarı yaşadan da xalqdır" deyə aşıq bildirib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRöya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!"
Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi övladının hazırda Londonda Ali təhsil aldığını və orada yaşadığını bildirib. "Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, "Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan? Mə
29.10.2026 816 Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB
Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən
31.10.2026 750 Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı
Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri
07.11.2026 175 Bu foto Flora Kərimovanı təsirləndirdi
Xalq artisti Flora Kərimova ailəsi ilə bağlı maraqlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi qızı Zümrüd və oğlu Oktay ilə süni intellekt vasitəsilə hazırlanan fotosunu izləyiciləri ilə bölüşərk bunları yazıb:. "Oğlum, qızım və mən. Süni zəka ilə hazırlanan heç bir şeyi sevməsəm də, bu rəsmd
31.10.2026 484 Zaur və Günaydan Zəfər Günü ilə bağlı təbrik - VİDEO
Tanınmış teleaparıcılar Zaur və Günay Baxşəliyevlər 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım ediblər. BİG.AZ xəbər verir ki, cütlük sosial şəbəkə hesablarında video paylaşaraq Azərbaycanın şanlı Zəfər Gününü təbrik edib. Azərbaycanın tarixi Qələbəsinə həsr olunan görüntülərdə aparıcılar Zəfər Gününü
07.11.2026 183 Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib
Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina ömrünün 89-cu ilində vəfat edib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə onun qızı Mariya Şukşina məlumat verib. Oktyabrda mediada aktrisanın ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məluma
07.11.2026 173 Murad Adıgözəlzadə və Ayselin qızı - VİDEO
"Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə qızı Leyla ilə bağlı paylaşım edib. Bizim.Media xəbər verir ki, müğənni övladının rəqs festivalındakı çıxışını sosial şəbəkə hesabında yayımlayıb. İfaçı qızının görüntüsünə "Mənim sevgim, Leyla" şərhini yazıb. Qeyd edək ki, Ayse
07.11.2026 348 Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"
Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılova ilə bağlı səmimi və diqqətçəkən açıqlamalar verib. Müğənni qatıldığı televiziya proqramında həbsxanada keçirdiyi günlərdən danışıb. Sənətçi həmin dövrdə qızı Aysunun onun üçün çəkdiyi əziyyətlərə görə hələ də utandığını etiraf edib. Rəqsanə İsmayılov
00:04 173 "Başkalarının hayatı" da yayımlanmayacaq
"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını
31.10.2026 527