Türkiyədə inşaat materialları bahalaşarsa, Azərbaycan onları haradan alacaq? - Ekspert rəyi

Türkiyədə inşaat materialları bahalaşarsa, Azərbaycan onları haradan alacaq? - Ekspert rəyiTürkiyə növbəti 1 il ərzində zəlzələ baş verən ərazilərdə böyük həcmli tikinti işləri aparacaq. Bu işlər təbii olaraq ölkədə tikinti materiallarına olan tələbatı artıracaq. Bəs bizim tikinti materiallar və daşınmaz əmlak bazarları bundan təsirlənə bilərlərmi?

"Kaspi" qəzeti növbəti yazısında bu suala cavab axtarmağa çalışıb:

Fevralın 6-dan qardaş Türkiyədəki acı xəbərlər gündəmdədir. Güclü təkanlar nəticəsində ölkəyə çox böyük ziyan dəyib, xeyli sayda insan itkisi var. Dəymiş ziyanın aradan qaldırılması, şəhərlərin yenidən bərpası üçün maddi vəsait ayrılıb. 1 il müddətinə bərpa işləri aparılması planlaşdırılır. Bu isə növbəti 1 il ərzində Türkiyədə tikinti materiallarına tələbatın böyük həcmdə artacağı deməkdir. Nəzərə alsaq ki, Azərbaycana da Türkiyədən tikinti materialları idxal olunur, bu proseslər yəqin ki, bizə də təsirsiz ötüşməyəcək. Əgər Türkiyədə inşaat bazarında qiymət artımı olarsa, bu, bizim ölkəmizə də təsir göstərərmi?

Türkiyənin yetəri qədər resursu var

Əmlak və tikinti materialları üzrə ekspert Elnur Azadov dedi ki, Türkiyədə tikinti malları bazarında qiymət artımı müşahidə oluna bilər: "Türkiyədə inşaat istehsalı, satışı ilə məşğul olan şirkətlər proseslərdə aktiv iştirak etməkdə maraqlıdırlar. Çox güman ki, böyük tələbat nəticəsində qiymət artımı müşahidə olunacaq. Amma Türkiyə çox böyük və zəngin ölkədir, böyük resursları da var. Beton, sement, armatur kimi uzaq məsafədən daşınması sərf etməyən mallara ehtiyac olmayacaq. Yalnız bəzi bəzək materialları, mebel, elektrik avadanlıqları, kabellər, əşyalar Çin kimi ucuz mal istehsal edən ölkələrdən Türkiyə bazarına çıxarıla bilər".

Problem olsa, alternativ bazarlar axtaracağıq

E.Azadov bildirdi ki, Türkiyənin Azərbaycanın tikinti materiallarına ehtiyacı yoxdur: "Türkiyədə materialların qiymətinin qalxması bizə alternativ bazarlar axtarmaq üçün yol açacaq. Türkiyədə bəzi inşaat materialları bahalaşacaqsa, biz onları İran, Çin, Rusiya kimi ölkələrdən ixrac edəcəyik. Lakin qiymət artımının bizim tikinti malları bazarında da hiss ediləcəyini düşünmürəm. Azərbaycanda istehsal olunan inşaat materialları Türkiyədəkindən daha üstün deyil. Çünki bizim və Türkiyənin inşaat materialları bazarı müqayisə oluna bilməz. Onlarda həm say çoxdur, həm keyfiyyət yüksəkdir, həm qiymət daha əlverişlidir. Ona görə Azərbaycanın Türkiyəyə hər hansı inşaat, bəzək materialları ixrac edəcəyini düşünmürəm".

Yeni tikilən binalarda satış 20-30 faiz azalıb

Ekspertin sözlərinə görə, Türkiyədəki zəlzələdən sonra Azərbaycanın daşınmaz əmlak qiymətlərində artım gözlənilmir: "Türkiyədə baş verən zəlzələdən sonra tikinti şirkətlərimizdə satış aktivliyi az da olsa düşəcək. Artıq müəyyən qədər düşüb. Hazırda yeni tikilən binalarda satış 20-30 faiz azalıb. Belə məlumatlar yayılıb ki, binaların dayanıqlılığı yoxlanılacaq. Bu proses başlayarsa, həmin ərəfədə satış ciddi şəkildə düşəcək. İnşaat materiallarının qiyməti arta bilər. Amma daşınmaz əmlak qiymətlərinin artmasını heç gözləmirəm".

Əsas tikinti materiallarında Türkiyədən asılı deyilik

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin fikrincə, Azərbaycanın Türkiyədən gələn tikinti materiallarından elə də asılılığı yoxdur: "Bərpa işlərinin sürətlə aparılması həmin ərazidə tikinti materiallarına tələbatı artıracaq. Bu, qiymət artımına gətirib çıxara bilər. Lakin Azərbaycanın tikinti materialları daha çox Rusiyadan gətirilir. Tikintidə istifadə olunan dəmir, alüminium, armatur, mismar, dəmir dam örtükləri, şiferlər, digər taxta məhsullarının demək olar ki, hamısı Rusiyadan, bir hissəsi isə Ukraynadan gəlirdi. Azərbaycanın özü də tikinti materialları istehsal edir. Tikintidə ən çox istifadə olunan materiallar olan beton, sement öz zavodlarımızda istehsal olunur. Betonda istifadə olunan çınqıl daşları Azərbaycanın öz məhsuludur. Ölkəmizdə çay tipli yataqlar çox olduğuna görə çınqılla bağlı problemimiz yoxdur".

E.Fərzəliyev qeyd etdi ki, tələbat artarsa, çatdırılmada problemlər ola bilər: "Türkiyədən mətbəx mebelləri, avadanlıqlar, isitmə-soyutma cihazları və digər tikintidə istifadə olunan mallar idxal olunurdu. Yalnız onlarda qiymət artımı ola bilər. Əgər orada tələbat artarsa, Türkiyədə qiymət artımı, yaxud çatdırılmada problemlər ola bilər. Azad olunan torpaqlarımızda aparılan tikinti işləri, yeni yolların, infrastrukturların çəkilməsi bazarımıza elə də böyük təsir etməyibsə, Türkiyədəki hadisələr də qiymət artımına gətirib çıxara bilməyəcək".

Türkiyəyə daha çox Rusiyadan tikinti materialları gedəcək

Ekspert bildirdi ki, Azərbaycan da Türkiyəyə dəstək ola bilər, amma Rusiyanın rolu daha çox olacaq: "Ölkəmizdə istehsal olunan tikinti materiallarına tələb olarsa, Azərbaycandan da ixrac oluna bilər. Düzdür, bizdəki materiallardan artıqlaması ilə Türkiyədə də istehsal olunur. Amma dağıntı həddindən artıq böyükdür, qısa vaxt ərzində böyük ərazilər tikilməlidir, şəhərlər yenidən salınmalıdır deyə, oranın istehsalı kifayət etməyə bilər. Amma Rusiyadan Türkiyəyə daha çox tikinti materialları gedəcək. Çünki tikintilərdə istifadə olunan dəmir, armatur materiallar ən ucuz və bol Rusiyadadır".

Təmirli evlərin satış qiyməti bahalaşa bilər

E.Fərzəliyevin sözlərinə görə, bahalaşma olarsa, daha çox təmirli mənzillərdə ola bilər: "Bəzi tikinti materiallarının qiymətindəki artım daha çox təmirli evlərin satış qiymətinə təsir edə bilər. Çünki təmirsiz mənzillərdə istifadə olunan bütün tikinti materialları yerli və daha çox Rusiya istehsalı olan mallardır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1270   Tarix: 26 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.