Azərbaycan TÜRK düşmənlərinin sevinməyinə İMKAN VERMƏDİ - Bakıdan ANLAMLI MESAJ

Azərbaycan TÜRK düşmənlərinin sevinməyinə İMKAN VERMƏDİ - Bakıdan ANLAMLI MESAJTarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub və bu günə kimi bu münasibətlər artan xətt üzrə inkişaf edib. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb.

Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda nümayiş etdirməyi bacarıblar, tarixin sınaqlarından üzü ağ çıxmağa müəssər olublar. İndi tam əminliklə deyə bilərik ki, Bakı-Ankara münasibətləri tarixinin zirvəsindədir.

Türkiyə 44 günlük Vətən müharibəsi zamanı prezident, müdafiə naziri, XİN başçısı səviyyəsində verdikləri davamlı bəyanatlarla Azərbaycana dəstəklərini ifadə etdilər, qardaşlarının yanında olduqlarını, kənar təhdidlər olacağı təqdirdə qarşılarında Türkiyəni görəcəklərini elan etmələri Azərbaycan üçün olduqca önəmli addım idi.

Amma müharibədən sonra iki qardaş ölkənin əlaqələri daha da inkişaf etdi, bir-birinə ibütün sahələrdə inteqrasiya sarıdan çox yüksək əlaqələrin qurulduğunu, diplomatik münasibətlərin pik həddə çatdırılması istiqamətində vacib qərarların verildiyini, sənədlərin imzalandığını gördük.

Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz. Lakin 2021-ci il iyunun 15-də Şuşada imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlıq bağlarının növbəti təzahürü oldu. Böyük əhəmiyyətli mühüm tarixi sənəd bir daha təsdiq etdi ki, Bakı və Ankaranın bir-birinə olan etimadı, güvəni sonsuzdur və münasibətləri heç bir düşmən məkiri, planı sarsıtmaq iqtidarında deyil.

Türkiyədə fevralın 6-da baş verən dəhşətli zəlzələ də ən çox məhz Azərbaycanı sarsıtdı. Bunu istər xalqımızın qardaş Türkiyənin acısını hər saniyə öz acısı kimi yaşaması, istərsə də, dövlət başçısımızın ölkəmizdəki Türkiyə səfirliyinə gedərək başsağlığı verib, dost-qardaş ğlkənin acısına şərik olduğumuzu növbəti dəfə nümayiş etdirməsindən də gördük: "Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır".

Bu ifadələri ancaq bir-birinə inanan, güvənən, dərdini öz dərdi bilən, ağrı-acısını ğzününkü hiss edən bir dövlət xadimi qeyd edə bilərdi.
Ətraflı

Azərbaycan zəlzələdən 19 gün gedirə qalmasına baxmayaraq bu gün də istənilən formada Türkiyəyə dəstək olmaq, yaranan çətin vəziyyətdən çıxış yolları tapmaq üçün Ankaraya öz qardaş əlini uzatmaqda davam edir.

Və nəhayət, bu gün - Fevralın 25-də Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfər edərək İstanbulda Rəcəb Tayyib Ərdoğanla görüşdü.

Görüşdə İlham Əliyev Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, həmkarı Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına yenidən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verdi, xəsarət alanların tezliklə şəfa tapmasını arzuladı. Dövlətimizin başçısı bu faciədən çox kədərləndiyini və onun Azərbaycan xalqını dərindən məyus etdiyini bu sözlərlə ifadə etdi: "Türkiyədəki faciə Azərbaycan xalqını dərindən sarsıtdı".

Görüş əsnasında Azərbaycanın və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduqlarını bildirən dövlət başçımız ölkəmizin bu faciənin ilk günündən qardaş Türkiyənin yanında olduğunu qeyd etdi, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Azərbaycanın humanitar yardımları bundan sonra da davam etdirəcəyini diqqətə çatdırdı və qardaş Türkiyənin bu dəhşətli zəlzələnin nəticələrini də tezliklə aradan qaldıracağına əminliyini qeyd edib.

Azərbaycan zəlzələ baş verdikdən sonra Türkiyəyə bütün istiqamətlərdə dəstək verdi, İlham Əliyev zəlzələnin dağıtdığı şəhərlərin bərpasında da iştirak edəcəyimizi səfirlik binasında olarkən də açıqlamışdı. Azərbaycan Prezidenti bu gün Türkiyəyə səfər etməklə bir daha Azərbaycan və Türkiyə dövlətləri arasında münasibətlərin qardaşlıq səviyyəsində olduğunu növbəti dəfə göstərmiş oldu.

Sirr deyil ki, bu gün Türkiyə gündən-günə güclənməklə dünyada çox fəal və önəmli aktora çevrilir. Bölgədə gedən proseslərdə də Türkiyənin təsir imkanları artır. Bu da təbii olaraq ən çox Bakını sevindirir. Çünki Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclü olacaq. Türkiyə ilə Azərbaycan arasında əlaqələr çoxşaxəli və genişdir. Əlbəttə ki, bu əlaqələr çox möhkəm tarixi və mədəni köklər əsasında qurulub. Xalqlarımız arasındakı doğmalıq, dostluq, qardaşlıq duyğuları dövlətlərarası bu əlaqələri günü-gündən daha da möhkəmləndirir. İlham Əliyevin Türkiyə səfəri bu qardaşlığın-dostluğun əbədi və sarsılmaz olduğuna növbəti mesajdır.(milli.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 938   Tarix: 26 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident Roma Papasını təbrik etdi

Prezident İlham Əliyev Roma Papası XIV Leoya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-müqəddəsləri,. Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm

08.05.2026 190
.

B12, dəmir və zülal: Ətsiz qidalanmanın görünməyən tərəfləri

"Ət yüksək keyfiyyətli zülal mənbələrindən biri hesab olunur. Zülallar amin turşularından ibarətdir və insan orqanizmi onların 20 növündən istifadə edir. Bu amin turşularından 9-u əvəzolunmaz sayılır. Yəni orqanizm onları özü sintez edə bilmir və mütləq qida vasitəsilə qəbul etməlidir". Bun

08.05.2026 242
.

Mənəvi sarsıntı və iztirab: qanun nə deyir?

"Mənəvi zərər fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi mənəvi sarsıntı və ya iztirab hesab olunur. Mənəvi zərərə görə kompensasiya isə hüquqazidd hərəkət və ya hərəkətsizliyə məruz qalan şəxsin yaşadığı psixoloji sarsıntının təsirini azaltmaq, onun mənəvi tarazlığın

08.05.2026 255
.

BƏƏ İranın yeni hücumları fonunda hava hücumundan müdafiə sistemini işə salıb

Körfəz dövlətinin Müdafiə Nazirliyi X/Twitter-də bildirib ki, İranın Əmirliklərə raket və dronlar atmasından sonra BƏƏ-nin hava hücumundan müdafiə sistemləri cümə günü səhər yenidən aktivləşib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, nazirlik bildirib ki, hava hücumundan müdafiə sistemlər

08.05.2026 210
.

Ruslar müharibədən yorulub və Kremlin siyasətini tənqid edirlər

Müharibənin beşinci ilində, Ukraynanın pilotsuz uçuş aparatları (BPUA) Rusiyanın dərinliklərinə daha tez-tez zərbələr endirərkən və Kremlin məhdudiyyətləri sərtləşdirərkən, ruslar hakimiyyətə daha çox suallar verməyə başlayıblar. xəbər verir ki, "Bloomberg"in yazdığına görə, Putin 9 May paradın

08.05.2026 240
.

Çin bu həftənin əvvəlində Hörmüz boğazında neft tankerinə hücumu təsdiqləyib

Çinin Xarici İşlər Nazirliyi cümə günü Hörmüz boğazında Çin heyətini daşıyan neft məhsulları tankerinə hücum edildiyini təsdiqləyib və Yaxın Şərqdə davam edən münaqişədən təsirlənən gəmilərlə bağlı dərin narahatlığını bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüs

08.05.2026 222
.

Hörmüz boğazında toqquşma - İrandan yeni açıqlama

Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü, polkovnik İbrahim Zülfəqari bildirib ki, İran qüvvələri ABŞ-ın İran gəmilərinə hücumundan sonra Hörmüz boğazında Amerika hərbi gəmilərinə qarşı əməliyyat həyata keçirib. xəbər verir ki, bu barədə Press TV məlumat yayıb. Bəyanatda qeyd olunub ki, İran İsla

08.05.2026 203
.

Ərinin meyitini görüb öldü

Meksika sakini həyat yoldaşı ilə vida mərasimi zamanı ölüb. xarici mediaya istinadla bildirir ki, qadın tabuta yaxınlaşıb ərinin cəsədini gördükdən sonra halı pisləşib. Bildirilir ki, kişi dəfn xidmətləri sahəsində çalışıb və dəfn maşınının iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində həlak olub

08.05.2026 363
.

Ramalın evinə gedib bəstələrini oğurlayan müğənni kimdir?

"Bəstəkar dostlarımız bizə gəlib səsyazanı açırdılar, məni oxutdururdular və səsimi yazırdılar. Üstündən bir həftə keçəndə görürdüm radioda mahnım gedir. Zəng vururdum ki, mənim mahnım deyil? Hamısı tanınmış ifaçıdır, adlarını çəkməyim ayıb olar. İndi edə bilmirlər, çünki görüşmürük. İndi ayılmışam"

08.05.2026 370
.

TOP MP3