"Ermənilər 22 yaşlı gəncin başını kəsib futbol oynayırdılar" - Xocalı şahidi ilə MÜSAHİBƏ

"Ermənilər 22 yaşlı gəncin başını kəsib futbol oynayırdılar" - Xocalı şahidi ilə MÜSAHİBƏ"Ermənilər Xocalıda meşədə bizə Azərbaycan dilində: "Ay xocalılar, biz ağdamlılarıq, sizi gözləyirik, gəlin bizə tərəf", - dedilər. Biz də onlara tərəf irəlilədik və 50 metr qalmış aldandığımızı görüb, geri qayıtmaq istədikdə bizi atəşə tutdular".

Bu sözləri Oxu.Az-a müsahibəsində Xocalı faciəsinin şahidi, əməkdar həkim Məmməd Nağıyev bildirib.

Onunla müsahibəni təqdim edirik.

Qısa arayış:

Nağıyev Məmməd Ağalar oğlu 1953-cü ildə Xocalıda anadan olub. 1971-1977-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb. O, 1978-ci ildə təyinatla Xankəndi şəhərinə göndərilib. 1989-cu ildən ermənilər yaşayan Ballıca, Xanəzək kəndlərinin əhatəsində olan Cəmilli kənd ambulatoriyasının baş həkimi vəzifəsində işləyib.

- Xocalı xatirələrinizdə necə qalıb? Oranı necə xatırlayırsınız?

- Xocalı gözəl təbiətə malik idi. Eyni zamanda, ora strateji əhəmiyyətə malik yerdir. O vaxt tək hava limanı Xocalıda idi. Həmin hava liman Xankəndi şəhərindən 10 kilometrlik məsafədə yerləşirdi. Eyni zamanda, Xankəndiyə gedən dəmiryol da oradan keçirdi. Bizim rayonumuzda inkişaf gedirdi. Fabriklər, iaşə müəssisələri yaranmış, əhalinin sayı artıb iki mindən yeddi minə çatmışdı.

Ona görə də Xocalı rayonu ermənilərə gözlərinin götürmədiyi bir dağ idi. 1988-ci ildən başlayaraq təxribatlar edildi. Xocalı soyqırımını etməkdə əhalini son nəfərinə kimi öldürmək niyyətləri var idi. Təəssüf ki, qismən buna nail oldular.

- Qanlı Xocalı günündən danışmağınızı istərdik.

- Fevralın 25-i gecə saatlarında hər tərəfdən Xocalı atəşə tutuldu. Onlar ilk olaraq axıska türklərinin yaşadıqları evləri yandırmağa başladılar. Bizim yerli özünümüdafiə taborunun döyüşçüləri, polis əməkdaşları və Aqil Quliyevin (Ölümündən sonra Milli Qəhrəman adı alıb – red.) dəstəsi həmişə Xocalını müdafiə etmişdi. Mən həkim olduğum üçün yaralanmış Aqili və Cabbarı xərəyə yerləşdirdim.

Boranlı, qarlı havada xilas olmağa çalışan zaman Qarqar çayından keçib Kətik meşəsinə doğru irəliləməyə başladıq. Biz 150 nəfər olardıq. Həmin havada o çayı keçmək də müsibət idi. Neçə adamın soyuqdan əlləri, ayaqları dondu. Hazırda həmin şəxslərin əksəriyyətinin sağlamlıq imkanları məhduddur. Biz iki gün meşədə qaldıq və ermənilər aldadıb, atəşə tutdular. Dərhal özümüzü yaxındakı dərəyə atdıq. Ermənilər insanların çığırtısına, bağırtısına əhəmiyyət vermirdilər.

Təxminən səkkiz-on dəqiqəlik atışma oldu. Bizdə yaralı çox idi. Sürünə-sürünə gedib, 10 yaşlı uşağın yarasını sarımaq istəyəndə ermənilər atəş açdılar və güllə papağıma dəydi. Mən uşağa çatıb yarasını sarıdım, anası ilə birlikdə onu götürüb dərəyə getdik.

Gördük ki, artıq müqavimət göstərmək mümkün deyil və ağ bayraq qaldırıb mənfur düşmənə təslim olduq. O dəhşətli anları son gün kimi yaşayırdıq. Bu faciə bir an olsa belə, ağlımdan çıxmır.

- Ermənilər sizi hara apardılar?

- Onlar bizi Dəryaz kəndində ermənilərin mərasim evinin keçirdikləri yerə gətirdilər. Hamının üstünü yoxlayıb nə varsa, götürdülər. Qadınların üstündən qızıl-zinət əşyalarını soydular. Kimin ağzında neçə qızıl dişi vardısa, kəlbətinlə çıxarırdılar. Neçə nəfər ağrıdan şoka düşmüşdü. Bizimlə birlikdə hamilə qadın var idi.

Onun qarnını bıçaqla yardılar və körpəsi ilə birlikdə qətlə yetirdilər. Digər unutmadığım bir vəhşilik isə Özbəkistandan gəlmiş axıska türkü olan, 22 yaşlı Əhməd adlı oğlanın başını kəsib futbol topu kimi oynadaraq, zövq almaları oldu. Bir neçə saat sonra xəbər gəldi ki, ermənilərdən bir nəfər bizimkilər tərəfindən meşədə vurulub.

- Sizinlə birlikdə hərbçilər də əsrlikdə idilər?

- Var idi. Biz pərişan və çarəsiz halda doldurduqları yerdə gözləyirdik. Bir neçə saat sonra xəbər gəldi ki, bizim hərbçilərimizdən biri meşədə erməni öldürüb. Onlar içəri daxil olub 13 nəfər hərbi paltarda olan adamı çölə çıxardılar və avtomat səsləri gəlməyə başladı. Daha sonra əraziyə "KamAz" markalı yük maşını gəldi, bir müddət sonra getdi. Biz bilmədik ki, həmin 13 nəfəri öldürdülər, yoxsa diri apardılar…

- Neçə gün orada əsirlikdə qaldınız?

- Üç gün. Ermənilər mənim həkim olduğumu bildilər və çölə çıxardılar. Onlar çöldə mənimlə də vəhşicəsinə davranırdılar, kimdəsə silah varsa, öyrənib onlara deməyimi bildirdilər. Bunun üçün 20 dəqiqə vaxt verdilər. Əgər deməsən, başımı kəsəcəkdilər. Vaxt tamam oldu və mən silahın kimdə olduğun bilmədiyimi söylədim.

Halbuki kimdə silah olduğunu bilirdim. Onlar avtomatın qundağı ilə sinəmdən vurub məni yıxdılar, bıçağı çıxarıb boğazıma söykədilər və elə bu zaman yaxınlıqda maşın dayandı. İki mülki şəxs düşən kimi ermənilər məni buraxdılar. Sonradan bildim ki, onlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) işçiləri imiş.

- Necə xilas oldunuz?

- Çətin, dəhşətli günlərdən sonra, fevral ayının 29-da erməni əsirlər ilə bizi dəyişib xilas etdilər. Əsirlikdən azad olunduqdan sonra Naftalan rayonunda məskunlaşdıq. Daha sonra Xocalı taboru yenidən bərpa edildi. Mən 1992-95-ci ilin dekabr ayına kimi ön cəbhədə hərbi həkim kimi xidmət göstərmişəm.

Qeyd edək ki, həkim bu fəaliyyətinə görə Əməkdar həkim fəxri adına layiq görülüb. Ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan bayrağı ordeni ilə təltif edilib. 2018-ci ilə kimi Xocalı rayonunun Mərkəzi Xəstəxanasının baş həkimi işləyib və hazırda təqaüddədir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1140   Tarix: 26 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

00:19 92
.

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey

07.11.2026 183
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet

00:29 81
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

07.11.2026 195
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"

"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit

07.11.2026 163
.

Almaniya Ukraynaya "Patriot" göndərməyəcək

Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil

07.11.2026 124
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.