Xocalı faciəsindən üç gün sonra çəkilmiş - Nadir fotoşəkillər

Xocalı faciəsindən üç gün sonra çəkilmiş - Nadir fotoşəkillərHaqqında məlumat verəcəyimiz şəkillər 31 il bundan əvvəl Xocalı faciəsindən cəmi üç gün sonra elə Xocalıda fotolentin yaddaşına köçürülüb. Onda artıq ermənilər öz havadarlarının köməkliyi ilə azərbaycanlılara qarşı əsrin faciəsini törətmişdilər, lakin bu, son deyildi. Axı, kimin ağılına gələrdi ki, bu insan qanına susamış cəlladlar, həm də Xocalını yer üzündən birdəfəlik silmək niyyətində idilər. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Deməli, erməni cəlladları Xocalıda təkcə günahsız insanları öldürmədilər, həm də bu yurdun daşını-daş üstə qoymadılar. Bunu Xocalı soyqırımından 72 saat sonra çəkilmiş fotolar da təsdiq edir.

Xocalı faciəsindən üç gün sonra çəkilmiş - Nadir fotoşəkillərXocalı faciəsindən üç gün sonra çəkilmiş - Nadir fotoşəkillərBu nadir fotoşəkilləri AZƏRTAC-a texnika elmləri doktoru, professor, Əməkdar mühəndis, AMEA Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi Fuad Hacızadə təqdim edib və bununla bağlı geniş məlumat verib.

1991-2007-ci illərdə Ekologiya İnstitutunun direktoru olmuş həmsöhbətimiz o günləri belə xatırlayır: "Xocalıdakı çəkilişlər Müdafiə Nazirliyinin tapşırığı əsasında aparıldı. O vaxt Ekologiya İnstitutu Milli Aerokosmik Agentliyinin (MAKA) nəzdində fəaliyyət göstərirdi. Demək olar ki, respublikada bütün aerofotoçəkiliş işləri bizə həvalə olunmuşdu. Biz bu təklifi araşdırdıq və bildirdik ki, helikopterlə adi fotoaparatla bu şəkilləri çəkmək daha faydalı, tez və operativ olar. Ona görə də Müdafiə Nazirliyindən bizə helikopter verildi. Həmin gün hərbi helikopterdə üç nəfər idik. O dəhşəti helikopterin pəncərəsindən görəndə nitqimiz tutuldu. O vəhşiliyə ad vermək qeyri-mümkün idi...".

Xocalı faciəsindən üç gün sonra çəkilmiş - Nadir fotoşəkillərXocalı faciəsindən üç gün sonra çəkilmiş - Nadir fotoşəkillərF.Hacızadə deyib ki, həmin vaxtı şəhərin bir neçə rakursdan şəkillərini çəkiblər: "Çəkiliş aparmaq təhlükəli olduğundan biz əsasən vacib məqamları lentə ala bildik, çünki düşmən hər an helikopteri vura bilərdi. Saat yarım ərzində müəyyən çəkilişlər apardıq və qayıdandan sonra mövcud laboratoriyamızda həmin şəkilləri çap etdik. O şəkillərin bir hissəsi Müdafiə Nazirliyinə verildi, qalan şəkilləri özümüzdə saxladıq və bu şəkillər o vaxtdan bəri heç bir yerdə göstərilməyib".

Alim bildirib ki, bu fotoşəkillərin çəkilməsinin əsas məqsədi ermənilərin Xocalıda törətdikləri vəhşilikləri, eləcə də dağıntıları aşkar etmək və gələcəkdə sübut kimi göstərmək idi.

Xocalı faciəsindən üç gün sonra çəkilmiş - Nadir fotoşəkillərXocalı faciəsindən üç gün sonra çəkilmiş - Nadir fotoşəkillərO zaman keçirdiyi hissləri sözlə ifadə etməyin çətin olduğunu söyləyən həmsöhbətimiz deyib ki, çəkilişlər zamanı Xocalıda ermənilər tərəfindən böyük dağıntıların şahidi olublar. "Mənfur düşmən bir tərəfdən bizim vətəndaşlarımızı soyqırımına məruz qoymuşdu, digər tərəfdən isə binaları, evləri, məktəbləri dağıtmışdı. Bütün bunlar eyni vaxtda qəddarlıqla, amansızlıqla aparılmışdı. Bəzi yerlərdə artıq binalar tamamilə dağıdılmışdı. Dağıntıların miqyası olduqca böyük idi. Açığını deyim ki, hər dəfə o günlərə qaydanda əzab çəkirdim. Lakin 2020-ci ilə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi Qələbəsindən sonra toxtaqlıq tapmışam. Tarixi Qələbəmizdən sonra bu fotoşəkillərin yayılmasını düşünürdüm. Bu düşüncə məni AZƏRTAC-a gətirib çıxartdı", - deyə o vurğulayıb.

Xocalı faciəsindən üç gün sonra çəkilmiş - Nadir fotoşəkillərXocalı faciəsindən üç gün sonra çəkilmiş - Nadir fotoşəkillərFuad Hacızadənin sözlərinə görə, azərbaycanlıların Xocalıda çəkiliş aparacağı erməni hərbi birləşmələri üçün də gözlənilməz olub. Yoxsa buna imkan verməzdilər: "Biz əraziyə qəfil daxil oduq, şəkilləri çəkib tez də geri qayıtdıq. Xocalıdan geriyə qalan 10 şəkil şəhərin planlı şəkildə yer üzündən silinməsinə bu gün şahidlik edir".

Xocalı faciəsindən üç gün sonra çəkilmiş - Nadir fotoşəkillərXocalı faciəsindən üç gün sonra çəkilmiş - Nadir fotoşəkillər


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 909   Tarix: 26 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

00:19 92
.

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - Foto

"Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzində tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey

07.11.2026 183
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. BİG.AZ -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internet

00:29 81
.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

07.11.2026 195
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"

"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit

07.11.2026 163
.

Almaniya Ukraynaya "Patriot" göndərməyəcək

Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil

07.11.2026 124
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.