"Bunları eşidəndə bədənim əsirdi" - Afaq Bəşirqızı

"Bunları eşidəndə bədənim əsirdi" - Afaq Bəşirqızı"Xocalı hadisəsi hər birimizin beyninə və ürəyinə saplanan bir zərbədir, sağalmaz yaradır. Xocalı faciəsindən neçə il keçməsinin əhəmiyyəti yoxdur, bu yara hələ də qanayır. Biz bunun unudulmasına heç vaxt icazə verməyəcəyik. Çünki əsrlər boyu ermənilərin Azərbaycan xalqına qarşı tutduğu bu mövqe, bu qətliamlar bir Xocalı ilə bitmir. Amma o vaxt beynəlmiləl, beynəlxalq sakit, dost, bir-birini sevən xalq sözləri ilə bizim xalqımızın yarısını sildikləri kimi bu yaraları da beynimizdən silməyə çalışıblar".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı Xocalı soyqırımı ilə bağlı fikirlərində qeyd edib. Aktrisa faciə ilə bağlı fikirlərinə belə davam edib:

"Nənəmin o vaxtı ermənilər haqqında danışdığı o hadisələri xatırlayıram: gəlinlərin bellərində samovar qaynadırdılar, uşaqları analarının qarnından bıçaqla yarıb çıxarırdılar və süngünün başına keçirirdilər. Onda mənim bədənim əsirdi, lakin təsəvvür edə bilmirdim ki, niyə belə deyir. Amma Xocalı faciəsinin canlı şahidi olandan sonra çox gözəl başa düşürəm ki, bu nədir. Mən bu faciəni bütün nəslimə, övladlarıma ətrafıma, tamaşaçılarıma hər dəfə təkrar edirəm ki, biz bu faciəni unutmayaq, unutdurmayaq. Düşmənə düşmən deməyi bacaraq. Bu ifadəni beynimizə və ürəyimizə həkk etməliyik.

Allah müharibədə canını verən qocalarımız, cavanlarımız, gəlinlərimiz, qardaşlarımız, körpələrimizə qəni-qəni rəhmət eləsin. Hər dəfə Xocalı hadisəsi gələndə mən heç vaxt yaddan çıxarmıram, Xocalı hava limanının rəisi bir tək yalın əllə, bir tapança ilə vuruşdu və qəhrəmancasına həlak oldu. Orada canını qoyan bütün oğullarımıza söz verməliyik ki, hələ bu 44 günlük müharibədə sizin tam qanınızı ala bilməmişik, hələ sizin qanınızı yerdə qoymamaq bizim boynumuzun borcudu. Allah o günləri bizə nəsib etsin.

Bizim indi bir-birimizi deyil, düşmənləri mühakimə etmək vaxtımızdır. İndi bizim bir mühakiməmiz və bir mübarizəmiz olmalıdı, o da düşmənə qarşı".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1241   Tarix: 26 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Dekabrda evlənəcəklər

Şəxsi həyatı və səmimi açıqlamaları ilə hər zaman gündəmdə olan məşhur türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə toy planları haqqında yeni təfərrüatı bölüşüb. "Qafqazinfo" xəbər verir ki, daha əvvəl evliliklə bağlı zarafatcıl tələbləri ilə diqqət çəkən sənətçi nikah tarix

05.11.2026 403
.

Anasının evində əşyalara əl vurulmasını qoymur

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl vəfat edən anasının evindən görüntülər paylaşıb. Axşam.az xəbər verir ki, aparıcı anasının yoxluğundan sonra evdəki əşyaların yerini dəyişmədiyini bildirib. O, anasının sağlığında hər şeyi necə qoyubsa, elə də saxladığını qeyd edib. K.Babayeva anasının eyvanda

07.11.2026 245
.

79 yaşlı müğənni gənc qalma sirrini açıqladı

Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn

01.11.2026 482
.

"Sevgi təkbaşına kifayət etmir"

Türkiyəli aktrisa Deniz Baysal boşandıqdan sonra sevgiyə olan münasibətini bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa bu hisslərin zamanla dəyişdiyini bildirib:. "Sevgi dediyimiz anlayışın mənası mənim üçün çox dəyişib. Həyatın və inancın özü sevgidir. Bizim sevgi kimi gördüyümüz şey kimyəvi bi

28.10.2026 827
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31.10.2026 768
.

Polad Bülbüloğlu bu səbəbdən Tünzalə Ağayevaya təşəkkür etdi

Xalq artisti Tünzalə Ağayeva Azərbaycan musiqisinin əvəzolunmaz sənətkarı, Xalq artisti Polad Bülbüloğlunun "Gəl ey səhər" əsərini ifa edərək ona yeni nəfəs verib. xəbər verir ki, MTV maqazin sözügedən ifa haqqında Polad Bülbüloğlundan özəl açıqlama alıb. Xalq artisti pop ulduza təşəkkürün

06.11.2026 425
.

Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı

Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri

07.11.2026 175
.

Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB

Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən

31.10.2026 750
.

Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"

Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılova ilə bağlı səmimi və diqqətçəkən açıqlamalar verib. Müğənni qatıldığı televiziya proqramında həbsxanada keçirdiyi günlərdən danışıb. Sənətçi həmin dövrdə qızı Aysunun onun üçün çəkdiyi əziyyətlərə görə hələ də utandığını etiraf edib. Rəqsanə İsmayılov

00:04 173
.