"Ailə dağılırsa, günah başqa qadının iblisliyindədir"

"Ailə dağılırsa, günah başqa qadının iblisliyindədir""Mən evlənəndə 32 yaşım var idi. Evim, stabil maaşım da var idi. Ayaq üstə dayanmağı bilirdim. İnsan müstəqil olanda evlənməlidir".

OLAY yazır ki, bu sözləri Xalq şairi Vahid Əziz "Düzünə qalsa…" verilişində deyib. Onun dediyinə görə, gənclər evlənəndə valideynlərdən nə qədər uzaq yaşasalar, bir o qədər səmimi olarlar:

"Çünki bir də görürsən aranı qarışdırırlar. Qayınana gəlini alınca, onun qapısına gedincə bəh-bəh olur, sonra başlayırlar bir-biri boğmağa. Nə lub axı? Hər iki tərəfin valideyni düşünür ki, mənim övladım bundan yaxşısı ilə evlənə bilərdi. Qadınlar bir-birinə hörmət etməlidirlər. Ailə dağılırsa, onu dağıdan o biri qadın olur. Əgər kişi xanımını atıb başqa qadın yanına gedirsə, bu, sevgi deyil. O biri qadının bu birisinə qarşı etdiyi iblislikdir. Qadın qadının ləyaqətini qorumalıdır. Qadın o birisini yiyəsiz, evsiz, ərsiz qoymamalıdır".

V. Əziz boşanmaların artdığını bildirib: "Ailədə subardinasiya pozulduğuna görə dağılır. İllərlə bir evdə yaşayırlar, zaman gəlir, qadın kişiyə qarşı kobudluğa başlayır, artıq bu onu yorur. Kişi də eynisini edir, hörmət itir. Ailədə qadın-kişi münasibətlərində qadın bilməlidir ki, bu, kişidir. Bizim qanunlarda bəzi şeylər dəyişməlidir. Deyək ki, ailə dağıldı, 2 uşaq qadınla qaldı. Əmlak də hər iki tərəfə bölünür, bəs bu iki uşaq nə etsin? Sən evin, maşının yarısı ilə getdin sevgilinlə yaşamağa, bəs bu iki uşağın gələcəyi?!"

Xalq şairi bildirib ki, kişinin vəzifəsi qadını qorumaqdır: "Qadın kimdənsə özünə yaxşı münasibət gözləməkdənsə, özünə dəyər verməlidir. Özü özünü alçatmamalıdır, satmamalıdır. Kişinin də vəzifəsi o qadını qorumaqdır. Amma qadın özü özünü alçaldırsa, sən ona nə cür dəyər verə bilərsən?!"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1202   Tarix: 27 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Azərbaycan 9 ayda 47 milyon dollarlıq alma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 58 min 3,2 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 47 milyon 351,1 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 13 min 374 ton (18,

07.11.2026 171
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 98
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 183
.

"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir

"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv

07.11.2026 174
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

07.11.2026 194
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.