Özündən 20 yaş böyük kişiyə ərə getdi, gənc oğlanla şəkli yayıldı - Almaz Ələsgərli haqqında faktlar...

Özündən 20 yaş böyük kişiyə ərə getdi, gənc oğlanla şəkli yayıldı - Almaz Ələsgərli haqqında faktlar...Kulis.az müğənni, Əməkdar artist Almaz Ələsgərli haqqında maraqlı faktları təqdim edib.

Almaz Ramiz qızı Ələsgərova 6 oktyabr 1966-cı ildə Bakı şəhərinin Bakıxanov qəsəbəsində anadan olub. Almaz xanım ailənin beşinci uşağı, sonbeşiyi olub.

Erkən yaşda musiqiyə həvəs göstərən Almaz xanım 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyoru" fakültəsinə qəbul olub və orada təhsil alıb. Bir müddət Azərbaycan Dövlət Musiqili Teatrda aktrisa kimi fəaliyyət göstərib.

1988-ci ildə Almaz Ələsgərli 4-cü kursda oxuyanda, bəstəkar Vaqif Gərayzadənin bəstələdiyi "Səni axtara-axtara" mahnısını Alim Qasımovla duet şəklində ifa edib. Bu mahnı hər iki müğənniyə böyük uğur gətirib.

Ancaq sonralar, öz sözlərinə görə, yorulduğundan Rəşid Behbudov adına Mahnı Teatrında işləməyə başlayıb. Rəşid Behbudov onun səsini dinlədikdən sonra - "get, ərizə yaz, mən səni teatrda işə götürürəm", - deyib. Üç il teatrda işləyəndən sonra Rəşid Behbudov dünyasını dəyişib, müğənni də teatrdan uzaqlaşıb.

Elə həmin il müğənni özündən 20 yaş böyük kişi ilə ailə qurub. Bu evlilikdən onların Mədinə və Əminə adlı iki qızı doğulub. Ancaq bir müddət sonra bu evlilik uğursuzluqla nəticələnib. Onlar ayrılıblar. Müğənninin həyat yoldaşı başqa qadınla ailə qurub. Bu barədə Almaz xanım müsahibələrinin birində deyib:

"Anam, bacılarım heç bir halda istəmirdilər mən onunla ailə qurum. Onlar bizə elçi gələndə, anam dedi, mən elçilərin qarşısına çıxmayacağam. O, həm də istəyirdi ki, mən sənətimi davam etdirim. Amma mən onu sevirdim. Heç kimə qulaq asmadım, ona getdim, amma sonra alınmadı. Qızlarım sevgidən doğuldu. Ancaq dörd il sonra biz ayrıldıq. O, sonra qızları ilə maraqlanmadı. Qızlarım bir-iki dəfə onun evinə getdilər, sonra getmək istəmədilər. Dedilər, biz getmirik. Bəlkə də, onun yoldaşı razı olmayıb. Amma mən həmişə qızlarıma demişəm ki, atanızı axtarın, zəng vurun. İndi o, yoxdur, qızlarım atalarını unutmurlar. Mədinə xaricdən gələn kimi gedib qəbrini ziyarət edir. Əminə isə hər dəfə yada salır. Atasız uşaq böyütmək çox çətindir. Mənim uşaqlarım var, yox nədir bilirlər. Bizim sənətdə həm müğənni olmaq, həm də qadın, ev olmaq çox çətindir".

Bir neçə il sonra müğənni ikinci dəfə ailə qurub. Hətta həyat yoldaşına görə sənəti tərk edib, evinə çəkilib. Ancaq iş elə gətirib ki, onun ikinci evliliyi də uğursuz alınıb. Almaz xanım ikinci həyat yoldaşından da boşanıb.

2014-cü ildə Əməkdar artist Almaz Ələsgərova ilə gənc müğənni Ramalın birgə fotosu yayılıb. Sosial şəbəkədə paylaşılan bu foto istifadəçilərin böyük marağına səbəb olub. Almaz Ələsgərova məsələyə münasibət bildirərkən Ramalla sevgili olduğunu nə təsdiq, nə də təkzib edib:

"Şəxsi həyatımla heç vaxt gündəmə gəlməyə çalışmamışam. Ona görə də bu mövzuda çox dərinə getmək istəmirəm. Sadəcə onu deyə bilərəm ki, Ramal Əsədzadə dərs dediyim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində mənim tələbəmdir və mənə çox əzizdir. Hazırda da çox xoşbəxtəm".

Bir neçə il əvvəl müğənninin səs tellərində problem yaranıb. Müxtəlif ölkələrdə həkimlərin qəbuluna gedən müğənniyə həkimlər səs tellərində yorğunluq olduğunu, dincəlmək lazım gəldiyini deyiblər. Bu səbəbdən də, Almaz xanım efirlərdən uzaqlaşmalı, sənətdən ayrılmalı olub. Bu barədə o deyib:

"Toylara gedə bilmirdim, bir az vaxt keçəndən sonra əziyyət çəkirdim, boğulurdum, səs tellərim tez yorulurdu. Əvvəl həvəs var idi. Görürdün biri klip çəkib, gedirdin sən də çəkdirirdin. Cavanlıq başqa bir şeydir. İndi yolu verdik cavanlara, sənətdən ayrıldım. Pandemiyada heç yerə çıxmadım. 2 ilə yaxın səhhətimdə problemlər oldu. Həkim demişdi, susmaq lazımdır, danışmaq olmaz. Boğazımda problemlər var idi. Şükür, çətinlikdən çıxdım, hər şey yaxşıdır".

Müğənninin iki qızı ailə qursa da, sonradan onların ailəsində yaranan problemlərə görə hər iki qızı boşanıb.

Müğənninin qardaşı 45 yaşında xərçəng xəstəliyinə tutulub. Səs tellərindən əməliyyat olunub. Dənizdə işlədiyi üçün sağalandan sonra dənizə yollanıb. Ancaq üç-dörd gün ondan heç bir xəbər çıxmayıb. Ailə tərəfindən polisə məlumat verilib. Səkkiz gün davam edən axtarışlardan sonra onun meyiti dənizdən tapılıb və dəfn olunub.

Almaz Ələsgərli 1988-ci ildə "Bakı payızı-88" estrada artistləri müsabiqəsinin laureatı olub. 2000-ci ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Yaxşıların yaxşısı-2000" müstəqil musiqi mükafatı olan "İlin ən yaxşı qadın müğənnisi" adına layiq görülüb.

2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti adını alıb. 2016-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Teatrına qayıdıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3068   Tarix: 27 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 175
.

Azərbaycan 9 ayda 47 milyon dollarlıq alma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 58 min 3,2 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 47 milyon 351,1 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 13 min 374 ton (18,

07.11.2026 171
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 136
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

07.11.2026 172
.

Bu ailələrə hər ay 650 manatadək pul veriləcək - Nazirlik məlumat yaydı

Azərbaycanda indiyədək 91 uşaq (51-i qız, 40-ı isə oğlan) himayədar ailələrə verilib. "Yeni Sabah" xəbər verir ki, uşaqların himayədar ailələrə verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar şəxslər arasında müvafiq müqavilələr imzalanıb. Bu qayğı modeli valideynlərin

00:17 98
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 183
.

"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir

"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv

07.11.2026 174
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

07.11.2026 194
.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 186
.