"Onların övladına qarşı da bu hallar baş verə bilər"
"Azərbaycan təhsilində ciddi problemlər son iki il ərzində artıb. Bu onu göstərir ki, təhsilin idarə olunması ilə bağlı ciddi böhran vəziyyəti var və təhsil sistemində sağlam mühit yoxdur, nəzarət yoxdur".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov məktəblərdə müəllimlərin şagirdlərə qarşı zorakılıq hallarına münasibət bildirərkən deyib".
O bildirib ki, fiziki zorakılıq şagirdin şəxsiyyət kimi formalaşmasına öz mənfi təsirini göstərir:
"Heç bir halda müəllimə ixtiyar verilməyib ki, şagirdə qarşı hər hansı fiziki zorakılıq tətbiq etsin. Çox maraqlıdır ki, nə qədər Elm və Təhsil Nazirliyi məktəb direktorları ilə görüşlər keçirir və təhsilin inkişafı adı altında tədbirlər keçirirlsə də, qısa müddətdən sonra təhsil sistemində çox ciddi böhran halları baş verməyə başlayır. Biz müəllimlərimizdən təbii ki, daha yaxşı təhsilin keyfiyyətini gözləyirik. Amma müəyyən hallarda bəzi müəllimlər şagirdlərə qarşı fiziki zorakılıq tətbiq edirlər. Müəllimlər başa düşməlidirlər ki, hər bir şagird onların övladıdır və onların övladına qarşı da bu hallar baş verə bilər. Nə qədər ki, müəllimlərdə empatiya hissi və təhsil sistemində nəzarət mexanizmi yoxdur belə hallar olacaq. Birmənalı şəkildə şagirdlərə qarşı hər hansı fiziki zorakılığa yol verilməməlidir. Bu onu göstərir ki, müəllim hazırlığı yetərincə keyfiyyətli deyil, müəllim hazırlığında ciddi böhranlı vəziyyət var. Bizim hazırda bu istiqamətdə problemlərimiz mövcuddur. Yenə də birmənalı şəkildə bunu bəyənmək olmaz. Fiziki zorakılıq həmin şəxsin şəxsiyyət kimi formalaşmasına öz mənfi təsirini göstərir, həmin məktəbdə təhsil mühitinin olmadığını göstərir. Direktorun, direktor müavinin, sinif rəhbərin öz vəzifə funksiyasını yerinə yetirmədiyini bilavasitə göstərir.
Ekspert qeyd edib ki, müəllimlərin şagirdi tərbiyyələndirmək üçün fiziki zorakılıq yanaşması yanlışdır:
"Tərbiyyənin heç bir növündə və heç bir istiqamətində zorakılıqla tərbiyyələndirmə nəzərdə tutulmur. Hesab edirəm ki, bunu biz müəllimlərimizə başa salmalıyıq. Şagird şəxsiyyətdir. O, anlama, dinləmə tətbiqetmə qabiliyyətinə malikdir və onu dinləmək, ona anlatmaq və izah etmək lazımdır. Heç bir pozuntu, dərs pozulması, daxili nizam-intizam qaydasının pozulması fiziki zorakılıqla formalaşdırıla bilməz, uyğunlaşdırıla bilməz. Bu onu göstərir ki, artıq Elm və Təhsil Nazirliyi təhsil sisteminə nəzarət edə bilmir".
Nuranə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 782 Tarix: 28 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır
07.11.2026 178 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 173 Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir
00:09 25 Azərbaycan 9 ayda 47 milyon dollarlıq alma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 58 min 3,2 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 47 milyon 351,1 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 13 min 374 ton (18,
07.11.2026 169 Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"
"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs
07.11.2026 188 Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
07.11.2026 181 Fransa Polineziyasından tarixi qərar: Təbii sərvətlər üzərində suverenlik elan edildi
Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib. xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb. Məlumatda qeyd edili
07.11.2026 174 Əməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
00:23 0 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:
07.11.2026 147