Müstəqil Azərbaycanın dövlətçilik tarixinin yaradıcısı

Müstəqil Azərbaycanın dövlətçilik tarixinin yaradıcısıAzərbaycanda xalqın 1988-ci ildən başlayan azadlıq mübarizəsi 1991-ci ildə öz bəhrəsini verdi. Lakin ölkə bu zaman bir sıra siyasi problemlərlə də qarşılaşdı. Qarabağ münaqişəsinin alovları 1988-ci ildən közərməyə başlamışdır. 1990-cı il qanlı yanvar hadisəsi siyasi vəziyyəti daha da gərginləşdirdi. Bu mürəkkəb, çıxılmaz şərait getdikcə daha da dərinləşirdi.  Azərbaycan nəinki ərazi hətta müstəqilliyini itirmək təhlükəsilə üz-üzə idi. Belə vəziyyətdə hər zaman dövlətin yenidən möhkəmlənməsi, çiçəklənməsi üçün güclü siyasi liderə ehtiyac duyulurdu.
Ulu Öndər Heydər Əliyev dünya siyasətçiləri arasında uzun illər böyük təcrübəsi olan dahi şəxsiyyətdir. Azərbaycanın çətin vəziyyətdən xilas olmasında onun bu təcrübəsinin əvəzsiz rolu danılmazdır. Ulu Öndər Heydər Əliyevin doğma vətəninə, xalqına olan məhəbbəti, siyasi təcrübə, idarəçilik bacarığı, yüksək iqtisadi bilikləri və nadir insan keyfiyyətləri olmuşdur. Həmin dövrdə Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev Azərbaycanda getdikcə dərinləşən siyasi çətinliklərə biganə qalmayaraq 1990-cı il iyulun 20-də Bakıya qayıtdı, iki gün sonra isə Naxçıvana getdi. Qarışıq siyasi dövrdə onun təcrübəsinə böyük ehtiyac vardı.
1991-ci il sentyabr ayın 3-də dünya şöhrətli siyasətçi Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  Sədri seçildi. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açıldı.  
Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində Muxtar Respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyevi  gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.
Ulu Öndərin Azərbaycan Ali Sovetinin sədri seçildiyi 1993-cü ilin 15 iyun tarixi, daha sonra Prezident səlahiyyətlərinin Ulu Öndərə həvalə edildiyi 24 iyun tarixi və ən nəhayət Ulu Öndərin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçildiyi 3 oktyabr tarixi bizim üçün unudulmaz olan, dövlətimizin inkişafının və yüksəlişinin  təməlində dayanan şanlı səhifələrdir.
Azərbaycanın müstəqil dövlət kimi inkişafı və tərəqqisi onun həyatının əsas amalı idi. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından - 1993-cü ildən sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində rolu əvəzsiz olmuşdur. Dahi şəxsiyyətin səyləri ilə qısa müddət ərzində ölkədə stabillik yaradıldı, cəbhə xəttində atəşkəsə nail olundu, iqtisadi islahatlara start verildi, bərpa-quruculuq işlərinə başlanıldı.
Ulu Öndər Heydər Əliyev müxtəlif tədbir və görüşlərdəki çıxışlarında qeyd edib: "Azərbaycan dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacaqdır." Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi, onun ərazisinin qorunması, işğal altında olan ərazilərimizin tezliklə azad edilməsi onun fəaliyyətiin əsas istiqaməti olub. Ulu Öndər deyirdi: "Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir." Bu ali məqsədini həyata keçirilmək üçün var gücünü əsirgəmirdi.
Azərbaycanın Dövlət Müstəqilliyinin qorunması, möhkəmləndirilməsi və inkişafı Ulu Öndərin fəaliyyətində ən vacib istiqamətlərdən olub. 1993-cü il oktyabrın 18-də Respublikasının Prezidenti Heydər Əliyevin Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyilirdi: "Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir."
Hazırda Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən böyük inkişaf yolu keçmişdir. Müasir,  müstəqil Azərbaycanın çiçəklənməsi və ölkədəki stabillik məhz Ulu Öndər Heydər Əliyevin xidmətidir.  Azərbaycanın uğurla inkişaf edən ölkəyə çevrilməsi məhz Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında siyasi və iqtisadi sistemin möhkəmlənməsi nəticəsində əldə olunmuş nailiyyətdir. Məhz bu  milli ideya ətrafında birləşmə siyasətini,  prosesini Ölkə  Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir. Müasir dövrdə Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir.

Metin Hüseynov - politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 604   Tarix: 28 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 178
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 173
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

00:09 25
.

Azərbaycan 9 ayda 47 milyon dollarlıq alma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 58 min 3,2 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 47 milyon 351,1 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 13 min 374 ton (18,

07.11.2026 169
.

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs

07.11.2026 188
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 181
.

Fransa Polineziyasından tarixi qərar: Təbii sərvətlər üzərində suverenlik elan edildi

Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib. xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb. Məlumatda qeyd edili

07.11.2026 174
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

00:23 0
.

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:

07.11.2026 147
.