Bu binalarda suyun verilməsi dayandırıldı - VİDEO
Yeni tikilmiş çoxmənzilli yaşayış binalarında içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə uçotun qurulması, debitor borc probleminin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
"Qafqazinfo" xəbər verir ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Yasamal rayonunda keçirilən nəzarət tədbirləri zamanı uzun müddətdir debitor borclarını ödəməyən binaların su təchizatı dayandırılıb.
Yasamal rayonunda yeni tikilmiş çoxmənzilli yaşayış binalarında içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə borcların ödənilməsində, həmçinin mənzillərin kodlaşdırılmasında nöqsanlar aşkarlanıb. Qurban Xəlilov küçəsində yerləşən "Kainat" MTK-ya məxsus 16 mərtəbəli yaşayış binasında mənzillər kodlaşdırılmayıb. Buna görə də içməli və tullantı su təchizatı xidmətləri üzrə hesabat binanın girişindəki balans sayğacına görə aparılır. Hazırda 120 mənzildən ibarət bina sakinlərinin ümumilikdə 7095 manat debitor borcu mövcudddur. Sakinlər bildirir ki, onlar əvvəlki dövrlərdə içməli su təchizatı və tullantı suları üzrə xidmət haqlarını mənzil tikinti kooperativinə ödəyiblər.
Qurban Xəlilov küçəsində yerləşən "Bakı" MTK-ya məxsus 16 mərtəbəli yaşayış binasının 10183 manat borcu mövcuddur. 1999-cu ildə tikilmiş yaşayış binasının rəhbərliyi uzun illər kodlaşdırma üçün müraciət etməyib. Yalnız 2020-ci ildə binadakı 110 mənzil kodlaşdırılsa da əvvəlki dövrün borcları ödənilməyib. Bina kodlaşdırıldıqdan sonra da abonentlərin bir qismi ödəniş etmədiyindən 3000 manatadək yeni borc yaranıb.
Məmməd Rahim küçəsində yerləşən "Rahat məkan" MTK-ya məxsus 16 mərtəbəli 166 mənzildən ibarət yaşayış binasının isə yığılmış borcu nə az, nə çox, düz 30575 manatdır. Borcun ödənilməsi üçün binanın içməli su təchizatının dayandırılmasına qərar verilib.
Yasamal rayonu Ümid Əkbərov küçəsindəki apartman tipli beşmərtəbəli yaşayış binasında isə sudan uçotsuz istifadə halı aşkarlanıb. Obyektin vaxtilə giriş sayğacı olsa da, sonradan nasaz vəziyyətə düşüb, sahibkar isə yeni sayğacın quraşdırlması ilə bağlı tədbir görməyib.
Debitor borcu olan və sudan uçotsuz istifadə edən binaların içməli su təchizatı dayandırılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 975 Tarix: 28 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır
07.11.2026 178 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A
07.11.2026 173 Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir
00:09 25 Azərbaycan 9 ayda 47 milyon dollarlıq alma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 58 min 3,2 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 47 milyon 351,1 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 13 min 374 ton (18,
07.11.2026 169 Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"
"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs
07.11.2026 188 Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
07.11.2026 181 Fransa Polineziyasından tarixi qərar: Təbii sərvətlər üzərində suverenlik elan edildi
Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib. xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb. Məlumatda qeyd edili
07.11.2026 174 Əməkhaqlarında kəskin artım gözlənilir?
Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d
00:23 0 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:
07.11.2026 147