Bu il 3 dəfə əlavə maaş kimlərə veriləcək? - Detallı izah

Bu il 3 dəfə əlavə maaş kimlərə veriləcək? - Detallı izah"Son günlər sosial şəbəkə vasitəsi ilə hər gün çoxsaylı sualların ünvanlandığını nəzərə alaraq qeyd etmək istərdik ki, bu il 3 dəfə əlavə maaşın ödənilməsi Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli 17 saylı qərarına əsasən tənzimlənir. Həmin qərarla dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları müəyyənləşib. Belə ki, ali kateqoriya dövlət orqanlarında aylıq əmək haqqı 400, 1-ci kateqoriya dövlət orqanlarında 385, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında isə 345 manat nəzərdə tutulub".

BiG.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov 3 dəfə əlavə maaşın ödənilməsi ilə bağlı qərarı izah edərkən deyib.

O bildirib ki, bu qərar ali, 1,2,3,4 və 5-ci kateqoriya dövlət orqanlarında çalışan və dövlət qulluqçusu olmayan, eləcə də qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə işləyən şəxslərə şamil olunur:

"Eyni zamanda, həmin qərarda qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur. Gözlənilir ki, il ərzində əlavə maaşlar 3 dəfə mükafat formasında, bayram günlərində ödəniləcək.

Bu isə o deməkdir ki, əlavə maaşlar həmin kateqoriyalar üzrə dövlət orqanlarında çalışan və dövlət qulluqçusu olmayan işçilər üçün nəzərdə tutulub. Bu qurumlara isə ali, 1,2,3,4 və 5-ci kateqoriya dövlət orqanları aiddir.

O baxımdan əgər sizin çalışdığınız qurum həmin kateqoriyalardan birinə (ali, 1,2,3,4 və 5-ci kateqoriyalar) uyğundursa və dövlət qulluqçusu deyilsinizsə və eləcə də qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. işlərdə çalışırsınızsa o halda sizə ödəniş nəzərdə tutulacaq. Bütövlükdə, hər bir işçi çalışdığı qurumun mühasibatlığına müraciət edərək ödənişinin nəzərdə tutulub-tutulmamasını dəqiqləşdirə bilər".

Nuranə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1847   Tarix: 01 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 178
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 173
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

00:09 25
.

Azərbaycan 9 ayda 47 milyon dollarlıq alma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 58 min 3,2 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 47 milyon 351,1 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 13 min 374 ton (18,

07.11.2026 169
.

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs

07.11.2026 188
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 181
.

Fransa Polineziyasından tarixi qərar: Təbii sərvətlər üzərində suverenlik elan edildi

Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib. xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb. Məlumatda qeyd edili

07.11.2026 174
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

00:23 0
.

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:

07.11.2026 147
.