Bu klinikanın direktoru istefa verdi - Gəray Gəraybəylinin rektoru olduğu ATU-da nə baş verir?

Bu klinikanın direktoru istefa verdi - Gəray Gəraybəylinin rektoru olduğu ATU-da nə baş verir?Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının direktoru professor Surxay Novruz oğlu Musayev vəzifəsindən istefa verib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, universitetin rektoru Gəray Gəraybəyli artıq Surxay Musayevin istefasını qəbul edib.

Əldə etdiyimiz digər məlumata görə, 2020-ci ilin 26 martında bu vəzifəyə təyin olunan Surxay Musayevin istefa verməsinin səbəbi aylardır tibb işçilərinə əmək haqlarının verilməməsidir. Hazırda həkim kimi klinikada fəaliyyətini davam etdirən professor və ATU rəhbərliyi tibb işçilərinin əmək haqlarının ödənilməsi üçün çıxış yolu axtarırlar.

Bu klinikanın direktoru istefa verdi - Gəray Gəraybəylinin rektoru olduğu ATU-da nə baş verir?Səhiyyə sistemində aparılan islahatlar görünür Azərbaycan Tibb Universitetinə və onun nəzdindəki təşkilatlara hələ də çatmayıb. Dövlət vəsaiti hesabına tikilərək 2010-cu ildə istifadəyə verilən, ümumi sahəsi 25 min kvadratmetr olan 14 mərtəbəli, 400 çarpayılıq stasionar və məsləhət-diaqnostika şöbələrinə malik klinikada hər gün 400 xəstənin stasionar, 300-350 nəfərin isə ambulator qaydada müalicəsi nəzərdə tutulub. Buna baxmayaraq, hələ də dövlətin vəsaiti hesabına qorunub-saxlanılan kilinika müəmmalı səbəblərdən xəstə tapa bilmir. Nəticədə aylardır tibb işçilərinin əmək haqlarının verilməsində problemlər yaşanır.

Qeyd edək ki, Tədris Terapevtik Klinikasının işçiləri maaşlarının verilməməsindən şikayət edib. ATU-nun bir qrup əməkdaşı hüquqlarının pozulduğunu iddia edir. İşçilər uzun zamandır maaşlarını ala bilmədiklərini və təhdid edilərək öz hesablarına məzuniyyətə göndərildiklərini qeyd ediblər. "Maaş almağımız üçün xəstəyə ehtiyacımız var", deyə tibb işçisi bildirib.

Bu klinikanın direktoru istefa verdi - Gəray Gəraybəylinin rektoru olduğu ATU-da nə baş verir?Məsələ barədə ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova oxu.az-a açıqlamasında bildirib ki, ötən gün universitetin rektoru, professor Gəray Gəraybəyli və prorektorların iştirakı ilə şikayətçilərlə görüş olub: "Görüşün nəticəsində Elmi Şura keçirildi və xüsusi bir vəziyyət olaraq, qərar qəbul olundu ki, işçilərin ikiaylıq maaşı universitetin büdcəsindən ödənilsin. Bu gün onlar maaşlarını alacaqlar".

O bildirib ki, Tədris Terapevtik Klinikasının kommunal xərcləri də ödəniləcək: "Şikayətçilərin digər şikayət etdikləri məsələlərlə bağlı araşdırma aparılır".

Onu da qeyd edək ki, ATU-da edilən təyinatlar da bir neçə aydır söz-söhbətlərə səbəb olur. Belə ki, cəmi 4 ay əvvəl Türkiyənin Adnan Menderes Universitetinin dosenti Mücahit Avcil ATU-nun Tədris Cərrahiyyə Klinikasına direktor təyin olunub. Türkiyə mətbuatında yeni direktorun keçmiş fəaliyyətindən narazılığı əks etdirən xeyli məqaləyə rast gəlinir. "Sözcü" qəzetində isə Mücahit Avcilin baş həkim olduğu bir ildə əhalinin xəstəxanadan şikayətlərinin həddən artıq çoxaldığı qeyd olunur. Xüsusən poliklinika şöbəsində həkimlərin tapılmadığı vurğulanıb.

Bu klinikanın direktoru istefa verdi - Gəray Gəraybəylinin rektoru olduğu ATU-da nə baş verir?Adı müxtəlif qalmaqallarda hallanan Mücahit Avcilin Tədris Cərrahiyyə Klinikasına direktor təyin edilməsi də müəyyən şübhələr doğurur.

Xatırladaq ki, 25 fevral 2023-cü ildə "ATU-nun prorektorunun iki oğlu da yanında işləyir - Qanun buna icazə verirmi?" başlığı ilə yazı da dərc etmişdik. Belə ki, ATU tədris və müalicə işləri üzrə prorektoru Əliyev Sabir Cahan oğlunun çox sayda qohum-əqrabası, ona yaxınlığı ilə seçilən şəxslər də bu ali təhsil ocağında çalışır. Bu azmış kimi, Sabiq Əliyevin iki oğlu da - Samir Əliyev və Orxan Əliyev də ATU-da fəaliyyət göstərir.

Əldə etdiyimiz digər məlumata görə, universitetin rektoru Gəray Gəraybəyli başda olmaqla ATU rəhbərliyində təmsil olunan digər şəxslərin də yaxınları müxtəlif vəzifələrdə çalışırlar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1434   Tarix: 01 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır

07.11.2026 178
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

07.11.2026 173
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

00:09 25
.

Azərbaycan 9 ayda 47 milyon dollarlıq alma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 58 min 3,2 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 47 milyon 351,1 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 13 min 374 ton (18,

07.11.2026 169
.

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs

07.11.2026 188
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

07.11.2026 181
.

Fransa Polineziyasından tarixi qərar: Təbii sərvətlər üzərində suverenlik elan edildi

Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib. xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb. Məlumatda qeyd edili

07.11.2026 174
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

00:23 0
.

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:

07.11.2026 147
.