VII Qurultay YAP-ın inkişafında xüsusi rol oynayıb

VII Qurultay YAP-ın inkişafında xüsusi rol oynayıb2021-ci il martin 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisə oldu. 2 il öncə keçirilən VII Qurultay bir daha Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının milli çağırışlara və yeni reallıqlara daima adaptiv mexanizminin olduğunu isbat edir. Eyni zamanda bu qurultayın keçirilməsi ölkədə aparılan islahatların davamıdır.
Bu gün Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirilir, bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. Azərbaycanın uğurlu enerji və nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatları yaratdı.
İslahatlar həm də YAP strukturlarında həyata keçirilir və onlar genişlənməkdədir. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilib. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanıb. Həmçinin Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilib, Gənclər Birliyinin say tərkibi müəyyən edilib, üzvləri, sədri və sədr müavinləri seçilib. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilib.
2022-ci ilin yanvarın 28-də keçirilən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclasında YAP-ın 64 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilib. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunub. Sədrlərin orta yaş həddi 59-dan 50-yə enmişdir.
VII qurultaydan sonra Yeni Azərbaycan Partiyasına 17940 qadın, 15120 gənc olmaqla 29829 yeni üzv qəbul olunub. 773770 nəfər partiya üzvü respublika üzrə fəaliyyət göstərən 85 yerli təşkilatın 6628 ərazi partiya təşkilatında uçotdadır ki, onların da 376884 nəfərini (48,7%) qadınlar, 267470 nəfərini (34,6%) gənclər təşkil edir. 773 770 nəfər YAP üzvündən 343 607 nəfəri (44,4%) ali təhsillidir.
VII Qurultaydan ötən 2 il ərzində YAP-ın Mərkəzi Aparatı, Veteranlar Şurası, Gənclər Birliyi və yerli təşkilatları tərəfindən milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən sağlam ictimai rəyin formalaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi – milli şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər istiqamətlərdə mühüm işlər görülüb. YAP Mərkəzi Aparatının, o cümlədən Veteranlar Şurası və Gənclər Birliyinin təşkilatçılığı ilə 147 tədbir keçirilib. Bunlarla yanaşı, YAP yerli təşkilatları tərəfindən ümumilikdə 7 minə yaxın müxtəlif səpkili ictimai-siyasi aksiya və tədbir təşkil edilib. YAP Gənclər Birliyinin tərkibində hər biri 6 üzvdən ibarət olmaqla 5 komitə – Beynəlxalq əlaqələr, Dayanıqlı inkişaf, YAP yerli təşkilatları ilə əlaqələr və QHT-lərlə iş, Şəhid ailələri və qazilərlə iş, Milli dəyərlər komitələri yaradılaraq qeyd olunan istiqamətlər üzrə 5500-dən çox gəncin iştirakı ilə müxtəlif tədbirlər həyata keçirilib.
İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətində gənclərin də təmsil olunması partiya sədri, ölkə Prezidenti İlham Əliyevin gənclərinə göstərdiyi böyük etimadın bariz nümunəsidir. Yeni Azərbaycan Partiyası böyük bir siyasi məktəbdir. Bu siyasi məktəbdəki uğurun başlıca istiqamətlərindən biri məhz ənənə və varislikdir. Belə ki, gənclər özlərindən öncəki nəsillərin səmərəli fəaliyyətini daha da inkişaf etdirərək sonrakı nəsillərə ötürürlər. Bu isə öz növbəsində partiyamızın inkişafında böyük rol oynamaqdadır.
Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. 2022-ci il iyunun 15-də Şuşa şəhərində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda keçirilmiş beynəlxalq konfransda,o cümlədən ölkədə fəaliyyət göstərən 34 siyasi partiyanın rəhbərləri iştirak etmişdir.
YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında 5 fəsildən ibarət YAP-ın yeni Proqramı təsdiq edildi. Proqramda ölkəmizin infişafı üçün mühaüm əhəmiyyət kəsb edən bir sıra məqamlar öz əksini tapıb. Proqramda həmçinin Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub. Proqrama YAP-da partiyadaxili münasibətləri səciyyələndirən əsas meyarlar müəyyən edilib. Bunlar peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmilik, müasirlikdir. Partiya hər zaman cəmiyyətdə yeniliyin və müasirliyin tərəfdarı, təşəbbüskarı kimi çıxış edir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
YAP veteranı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 662   Tarix: 01 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakıda uşaq xəstəxanasında antisanitar vəziyyət - Fotolar

Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar şəraitin hökm sürdüyünü əks etdirən şəkillər yayılıb. Axşam.az xəbər verir ki, görüntüləri jurnalist Ramilə Qurbanlı sosial media hesabında paylaşıb. Onun sözlərinə görə, xəstəxananın sanitar qovşağında antisanitar vəziyyət hökm sürür. Jurnalis

14:36 178
.

NASA-dan sevgililərə maraqlı trend

Sosial şəbəkələrdə sevgililər arasında yeni trend yayılıb. Axşam.az xəbər verir ki, cütlüklərə tanış olduqları gün NASA-nın hansı kosmik görüntünü yayımladığını öyrənmək təklif olunur. Trendə əsasən, sevgililər ilk dəfə görüşdükləri tarixi NASA-nın "Astronomy Picture of the Day" (APOD) arxivind

19.08.2026 306
.

Torpaq alarkən bunu mütləq bilin: Kateqoriya və təyinat eyni deyil

"Torpaqların kateqoriyaları ilə bağlı əsas hüquqi tənzimləmə Azərbaycan Respublikasının Torpaq Məcəlləsində öz əksini tapıb". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, Torpaq Məcəlləsinin müddəalarına əsasən, torpaqlar məqsədli təyinatın

11:31 180
.

100-cü mağazaya özəl: 100 məhsulda 2-cisi PULSUZ!

Ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən olan "Tamstore", xalqımızın inamı və dəstəyi ilə böyüməyə devam edir. Marketlər şəbəkəsi 25 avqust tarixində yubiley 100-cü mağazasının təntənəli açılışını reallaşdıracaq. Tamstore bu xüsusi günü müştərilərə daha yaddaqalan etmək üçün şəbəkəni

10:54 196
.

Daha 34 ölkəyə vizasız gedə biləcəyik

Azərbaycanla vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayı artırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu, "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planında öz əksini tapıb. Belə ki, Proqramın aralıq nəticəs

17:17 98
.

"Həyatda tutunacağım yeganə ümidim" - Gövhər Həsənzadədən qızına

Əməkdar artist Gövhər Həsənzadə qızı Nilgünlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, bəstəkar övladı ilə arxiv fotolarını yayımlayaraq onu ad günü münasibəti ilə təbrik edib:. "Tanrının mənə verdiyi ən böyük dəyər və mükafat sənsən! Həyatda tutunacağım yeganə ümidim, mənə sonsuzadək güvəni

11:34 256
.

Dünyada şəkər tozunun qiyməti artdı

Avqustun 18-də dünyada şəkər tozunun qiymətləri kəskin şəkildə yüksəlib. "Qafqazinfo" xəbər verir ki, bunu ICE məlumatları sübut edir. Bildirilir, Bakı vaxtı ilə saat 16:17-yə olan məlumata görə, məhsulun qiyməti bir funt (400-450 qram) üçün 17,58 sent (təxminən 0,30 manat) həddini keçib ki

19.08.2026 311
.

"Suriyada Türkiyənin hərbi mövcudluğunun genişlənməsi İsrail tərəfindən qəbul edilməyəcək" - BƏHRUZ QULİYEV

"İsrail ilə Türkiyə arasında Suriyaya görə yaranan son gərginlik artıq adi diplomatik narazılıq çərçivəsindən çıxaraq, regional təhlükəsizlik məsələsinə çevrilməkdədir. İsrailin Suriyanın Əbu əl-Duhur aviabazasına zərbəsi və ardınca müdafiə naziri İsrael Katzın Prezident Rəcəb Tayyib Ərdoğana sər

10:58 202
.

İranla müharibə Somali quldurlarını yenidən fəallaşdırdı

İranla müharibə Afrika sahillərində ticarət gəmilərinə hücumları artıran Somali quldurlarının yenidən fəallaşmasına səbəb olub. xəbər verir ki, bu barədə "Politico" ekspertlərə və rəsmilərə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, quldurlar son vaxtlar neft və gübrə daşıyan ən azı ü

10:23 152
.