Həkim səhlənkarlığının qurbanı olan tanınmış şəxs son mənzilə yola salındı.. - FOTO/VİDEO

Həkim səhlənkarlığının qurbanı olan tanınmış şəxs son mənzilə yola salındı.. - FOTO/VİDEOHəkim nefroloq Barat Yusubovun səhlənkarlığı ucbatından canından olan sevilən aparıcı, pedaqoq Rəna Bayramqızı dəfn olunub.

Hokm.az xəbər verir ki, o, Günəşli ərazisində yerləşən qəbristanlıqda torpağa tapşırılıb.

Mərhumla vida mərasiminə, onu sevən yaxınları, uzun illər birgə çalışdığı məktəb və televiziya kollektivi qatılıb.

Yaxınları bildirir ki, Rəna xanım heç bir əməliyyat keçirməyib, o tanınmış klinikalardan biri olan "Ege hospital"a fevral ayının 20-si ayağındakı şişmə ilə əlaqədar, öz ayağı ilə yeriyərək daxil olub. Nefroloq Barat Yusubovun qəbulunda olan zaman həkim ona deyib ki, "Dializə heç bir ehtiyyac yoxdur, ayağa yığılan suyun çəkilməsi üçün sidikqovucu məhlul vursaq, yetər." Eyni zamanda o, xəstənin kliniki şəraitdə 2-3 gün yatmalı olduğunu qeyd edib. Xəstə və xəstə yaxınları da həkimin sözünə etibar edərək, onunla razılaşıb.

Məlumata görə xəstə 2 gün sonra, yəni ikinci sidikqovucu iynədən sonra, ayın 22-si komaya düşüb. Xəstə yaxınları qeyd edir ki, xəstəxanaya yatış olduqdan sonrakı 2 gündə yaxınları Rəna xanımla daim əlaqədə olub və ilk sidikqovucu iynədən sonra xəstə, öz yaxınlarına bildirib ki, o özünü heç də yaxşı hiss etmir, buna rəğmən növbəti sidikqovucu məhlulun dozasını 2 qat artıraraq ona yeridiblər. Məhz bundan sonra xəstə yaxınları, öz xəstələri ilə kontakta girə bilməyərək narahat olublar və birbaşa xəstəxanaya yollanıblar. Xəstənin kritik vəziyyəti ayın 25-nə qədər davam edib və o, həmin gün süni nəfəs aparatından ayrılıb. Ailə üzvləri ehtimal edir ki, xəstə elə ikinci gündən həyatını itirib, sadəcə onu süni nəfəs aparatına qoşaraq vaxt qazanıblar.

Tanınmış həkim Barat Yusubov isə bu müddət ərzində tədbir, seminarlarda iştirak edib, xəstəsi ilə maraqlanmağa gərək belə duymayıb. Xəstə yaxınları dəfələrlə onunla əlaqə yaratmağa çalışsa da, bu cəhdləri uğursuz alınıb. Pasientə gündəlik baş çəkməli olan Barat həkim, xəstənin halı pisləşəndən etibarən onu müayinə etməyib, xəstə yaxınlarını məlumatsız, xəstəni isə loru dildə desək, sözün əsl mənasında "Allah ümidi"nə buraxıb. Xəstə həyatını itirdikdən sonra belə Barat həkim əlçatmaz olub, nə ailəyə bununla bağlı açıqlama verib, nə də ki, başsağlığı..

Maraqlıdır.. Bir insanın həyatı bu qədərmi ucuz və dəyərsizdir? Öz ayağı ilə gəlib, canını sənə etibar edən şəxsi canından etmək bu qədərmi asandır? Heçmi insanın vicdanı sızlamaz, quru dillə belə olsa başsağlığı vermək, yalandan da olsa dəstək olub, ailənin ürəyindəki yanğıya su sərpmək olmazdımı? Daha neçə insan bu "savadlı" həkimlərin qurbanı olacaq?

Məlumata görə, mərhumun yaxınları tezliklə günahkarların cəzasını almasını istəyir və onlar lazımi sənədləri toplayaraq, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək.

Qeyd edək ki, Rəna Bayramqızı Bakının Nərimanov rayon, 200 nömrəli Məktəb, Lisey Kompleksində Təsviri incəsənət elmini tədris edirdi. O eyni zamanda, uzun illər Lider Tv-də yayımlanan "Sağlam Nəsil" verilişinin aparıcısı olub.

O, tanınmış prodüser və telejurnalist Zaur Əliyevin anasıdır.

Həkim səhlənkarlığının qurbanı olan tanınmış şəxs son mənzilə yola salındı.. - FOTO/VİDEOHəkim səhlənkarlığının qurbanı olan tanınmış şəxs son mənzilə yola salındı.. - FOTO/VİDEOHəkim səhlənkarlığının qurbanı olan tanınmış şəxs son mənzilə yola salındı.. - FOTO/VİDEOHəkim səhlənkarlığının qurbanı olan tanınmış şəxs son mənzilə yola salındı.. - FOTO/VİDEOHəkim səhlənkarlığının qurbanı olan tanınmış şəxs son mənzilə yola salındı.. - FOTO/VİDEOHəkim səhlənkarlığının qurbanı olan tanınmış şəxs son mənzilə yola salındı.. - FOTO/VİDEOHəkim səhlənkarlığının qurbanı olan tanınmış şəxs son mənzilə yola salındı.. - FOTO/VİDEOHəkim səhlənkarlığının qurbanı olan tanınmış şəxs son mənzilə yola salındı.. - FOTO/VİDEOHəkim səhlənkarlığının qurbanı olan tanınmış şəxs son mənzilə yola salındı.. - FOTO/VİDEOHəkim səhlənkarlığının qurbanı olan tanınmış şəxs son mənzilə yola salındı.. - FOTO/VİDEOHəkim səhlənkarlığının qurbanı olan tanınmış şəxs son mənzilə yola salındı.. - FOTO/VİDEOHəkim səhlənkarlığının qurbanı olan tanınmış şəxs son mənzilə yola salındı.. - FOTO/VİDEOHəkim səhlənkarlığının qurbanı olan tanınmış şəxs son mənzilə yola salındı.. - FOTO/VİDEO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3471   Tarix: 02 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı

Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə

07.11.2026 204
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

00:31 0
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

00:09 25
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 166
.

Almaniya Ukraynaya "Patriot" göndərməyəcək

Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil

07.11.2026 101
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 118
.

Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir

Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məluma

07.11.2026 169
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 116
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

07.11.2026 204
.