Azərbaycanın növbəti qlobal humanitar çağırışı

Azərbaycanın növbəti qlobal humanitar çağırışıMart ayının 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi.
Bu mötəbər toplantıda 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, 5 ölkənin prezidentləri, üç ölkənin vitse-prezidentləri, 2 ölkənin Baş nazirləri, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin bir sıra beynəlxalq təşkilatların rəhbərləri eyni zamanda, nazirlər, nazir müavinləri, səfirlər və s. iştirak ediblər.
Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə yüksək səviyyəli nümayəndələrin iştirakı bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.
İlk növbədə qeyd etmək istəyirəm ki, 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı. Azərbaycanın və onun Prezidenti İlham Əliyevin bu təşkilatınişində göstərdiyi uğurli fəaliyyətin nəticəsi kimi ölkəmizin bu Hərəkata sədrlik müddəti yekdil qərarla daha bir il uzadıldı.
Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi.
Pandemiya dövründə Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərdi. Ölkəmiz Hərəkatın institusional inkişafına güclü dəstək verir. Azərbaycan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib və Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı. Təşkilatın daimi katibliyi Bakıda yerləşməsi qərara alındı.
Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdəki çıxışı beynəlxalq aləmdə böyük əks-səda doğurdu. Burada Fransanın müstəmləkə siyasəti xüsusi qeyd edildi. Belə ki, hərəkarın adından Fransa hökuməti Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırıldı. Həmçinin Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəklədi.
Bildirildi ki, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Hərəkat üzvləri adından həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırış edildi.
Dünyada uzun illərdir müzakirə olunan mühüm məsələ BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Toplantıda bununla bağlı təklif edildi ki, daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması məqsədi ilə Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir.
Həmçinin BMT Təhlükəsizlik Şurasındabir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikri dəstəklənməlidir.
Ölkə başçısı toplantıdakı çıxışında Azərbaycanın humanitar missiyasına da toxundu. Qeyd edildi ki, COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcəkdir. Toplantıda Prezident İlham Əliyev ölkəmiz adından iki mühüm əhəmiyyət kəsb edən qlobal çağırış etdi – "Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək". Ölkəmiz ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırırmışdır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Qızıl qələm" mükafatı laureatı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 770   Tarix: 03 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı

Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə

07.11.2026 204
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

00:31 0
.

Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR

TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir

00:09 25
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

07.11.2026 166
.

Almaniya Ukraynaya "Patriot" göndərməyəcək

Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil

07.11.2026 101
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

07.11.2026 118
.

Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir

Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məluma

07.11.2026 169
.

Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind

07.11.2026 116
.

ASAN Xidmət bu tarixlərdə işləməyəcək

ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı

07.11.2026 204
.