Ailəsindən Ayşə üçün ayrılmışdı, onun da qatili oldu...
Ötən ilin 3 sentyabr tarixində paytaxtın Nizami rayonunda ikinci həyat yoldaşı, 27 yaşlı Ayşə Bayramovanı qətlə yetirən Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun məhkəməsi başa çatıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, V.Bayramov Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) və 228.4 (Qanunsuz silah saxlama) maddələri ilə ittiham edilib.
Məhkəmədə məlum olub ki, "Kirvə Vüsal" adı ilə tanınan Vüsal 2010-cu ildə Masallıda ailə həyatı qurub və iki övladı dünyaya gəlib. O, 2017-ci ildə Bakıda təsadüfən Ayşəyə məxsus paltar mağazasında olarkən onunla tanış olub və aralarında münasibət yaranıb. Vüsalın həyat yoldaşı ərinin Bakıda başqa qadınla qeyri-rəsmi ər-arvad münasibətində olmasını biləndən sonra ondan Ayşə ilə münasibətə son qoymasını tələb edib. Lakin Vüsal Bayramov Ayşədən ayrılmayacağını deyib və xanımı ondan boşanmaq qərarına gəlib və onların izdivacı 2019-cu ildə rəsmən bitib.
Bundan sonra Vüsal Bakıda sevgilisinə yeni tikilmiş çoxmərtəbəli binalardan birində ev alıb və təmir etdirib. Həmçinin Vüsal 2021-ci ildə Ayşə ilə rəsmi nikaha daxil olub və onların oğlu dünyaya gəlib. Bununla yanaşı ərinin maddi vəziyyəti yaxşı olduğundan Ayşə mağazasını bağlayıb.
Lakin bundan sonra Vüsalın maddi vəziyyəti pisləşməyə başlayıb. O, qısa vaxtda yeni aldığı evi satmalı olub, özü ata-anası ilə, valideynlərini erkən yaşda itirən Ayşə isə nənəsinin yanında yaşamağa başlayıb. Bundan sonra isə cütlüyün arasında ciddi problemlər yaranıb. Ayşənin nənəsi də tez-tez ondan Vüsala şikayətlər edib. Bu, onların münasibətlərini daha da kəskinləşdirib. Nəhayət, sentyabrın 3-də Vüsal soyuq silah hesab edilən bıçaqla Ayşənin nənəsinin evinə gedərək onu gözləyib. Gecə saat 23 radələrində o, Nizami rayonu, Şərifli küçəsində həyat yoldaşına hücum edərək onu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Bayramova 9 il 3 ay müddətinə həbs cəzası verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1889 Tarix: 03 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı
Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə
07.11.2026 204 PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
00:31 0 Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir
00:09 25 Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın
07.11.2026 166 Almaniya Ukraynaya "Patriot" göndərməyəcək
Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil
07.11.2026 101 "Haber Global": 44 gündə yazılan dastan - Video
"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ
07.11.2026 118 Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir
Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məluma
07.11.2026 169 Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub
Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind
07.11.2026 116 ASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
07.11.2026 204