Ət bu səbəbdən bahalaşır - AÇIQLAMA
Bildiyimiz kimi, ötən ay ətin qiyməti yenidən dəyişərək artıb. Bakıda dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu isə 19-20 manata satılır. Əvvəllər isə 1 kiloqram mal əti alıcılara 10-15 manata təklif olunub. Qeyd edək ki, son günlər ölkədə ət və ət məhsullarının qiymətinin yenidən artırılacağı barədə məlumatlar yayılır.
Ətin bahalaşmasının səbəbi nədir?
İqtisadçı Eldəniz Əmirov bunun səbəbini müxtəlif faktorlarla əlaqələndirib. O, BiG.AZ-a açıqlamasında bildirib ki, yemin bahalaşması ətin qiymətinə təsir edən əsas səbəblərdəndir:
"Qiymət artımları adətən daha çox özünü ərzaq məhsullarında göstərir. Bitki yağları və ət isə qiyməti daha çox qalxan, ümumiyyətlə qiymət artımı daha həssas olan ərzaq məhsulları kateqoriyasına aidir. Digər bir tərəfdən nəzərə alsaq ki, son dövrlər yemin qiyməti qalxıb. Yem isə ət və ət məhsullarının maya dəyərinin formalaşmasında əsas rol oynayan faktordur. Buna görə də yemin qiymətinin qalxması ciddi şəkildə ətin qiymətinə öz təsirini göstərir".
Ekspertin sözlərinə görə, örüş sahələrinin yetərli sayda olmaması və ət məhsullarına tələbatın artması bahalaşmaya şərait yaradan ikinci amildir. O, ətin bahalaşmasının bu məhsula tələbin artması, təklifin isə aşağı səviyyədə olması ilə əlaqələndirib:
"Digər bir məsələ isə biçənək və örüş sahələrinin yetəri qədər olmamasıdır. Məsələn, illər öncə də yəni, 30-50 il əvvəl də Azərbaycanda eyni həcmdə torpaq sahəsi, örüş-biçənək sahəsi var idi. Amma indi mal qara sayı, ətə olan tələbat həcmi artıb. Buna görə də tələbin kəskin artması təklifin isə lazımi səviyyədə formalaşdırılmasının çətin olması, nəticədə qiymət artımlarına şərait yaradan ikinci bir faktordur".
E.Əmirov bildirib ki, yem məhsullarının bahalaşması isə örüş sahələrinin az olması ilə bağlıdır:
"Təxminən dörd tam onda yeddi milyon hektarlıq kənd təsərrüfatı üçün yararlı torpaq sahəsi var. Bunun da iki milyon hektardan bir qədər artığı məhz əkin sahələrinin payına düşür. 20-25 il öncə iki tam onda altı milyon hektarlıq örüş sahələri var idi. Bu gün onun həcmi iki tam onda dörd milyon hektara düşüb. Yəni 200 min hektardan çox azalma baş verib. Göründüyü kimi, kənd təsərrüfatı sahələrində, əkin sahələrində daha çox azalma məhz örüş sahələrində baş verib. Örüş sahələrinin, biçənəyin azalması təbii olaraq, yem məhsullarının qiymətinin artması ilə nəticələnir. Yemin qiymətinin artması isə ətin bahalaşmasına gətirib çıxarır. Aydın məsələdir ki, biz torpaqların həcmini artıra bilmərik, amma hazırkı vəziyyətdə yeganə çıxış yolumuz məhsuldarlığın artırılmasıdır. Yəni torpağın hər kvadrat metrinə düşən effektivlik əmsalının yüksəldilməsidir".
Nurana
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2419 Tarix: 03 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı
Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə
07.11.2026 204 PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
00:31 0 Bu şəxslər ictimai nəqliyyatla 1 QƏPİYƏ GEDƏCƏKLƏR
TəhsilPlus kartı olan təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər. Elm və Təhsil Nazirliyindən -a bildirilib ki, noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçir
00:09 25 Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub
ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın
07.11.2026 166 Almaniya Ukraynaya "Patriot" göndərməyəcək
Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil. xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius "Funke" media qrupuna müsahibəsində bildirib. "Xüsusil
07.11.2026 101 "Haber Global": 44 gündə yazılan dastan - Video
"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ
07.11.2026 118 Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir
Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məluma
07.11.2026 169 Özbəkistanın axtarışa verdiyi "narkobaron" Türkiyədə tutulub
Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırmızı bülletenlə axtarışa verilmiş "narkobaron" Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub. "Report" xəbər verir ki, məlumatı Türkiyənin NTV kanalı yayıb. Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrind
07.11.2026 116 ASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
07.11.2026 204