Qayınatası ona görə işdən çıxarılmışdı - Özünə 7 il həbs verildi
Ötən il Prezident Administrasiyasındakı vəzifəsindən azad edilən və bundan bir neçə ay sonra vəfat edən Arif Novruzovun kürəkəni məhkəmə qarşısına çıxarılıb.
BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə rayonun kuratoru kimi çalışan A.Novruzovun işdən çıxarılmasına səbəb olan kürəkəni, 1988-ci il təvəllüdlü Azər Cavanşir oğlu Əsgərov Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.
Məlum olub ki, A.Novruzovun kürəkəni tekstil ticarəti ilə məşğul olub və türkiyəli iş adamları ilə alış-veriş edib.
Onun ümumilikdə 5 nəfərdən yarım milyon manata yaxın pul alıb ələ keçirdiyi qeyd edilib:
- Təqsirləndirilən şəxs tanışının Rusiya Federasiyasının "İvanovski Dövlət Universiteti"ni bitirməsinə dair bakalavr diplomunu Təhsil Nazirliyi tərəfindən təsdiq olunmasına köməklik edəcəyinə dair söz verərək ondan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 109 №-li binada yerləşən həmin ərəfədə direktoru olduğu "İnwool" dükanının yaxınlığında 4.200 manat məbləğində pul alaraq dələduzluq edib.
- Bundan başqa A.Əsgərov digər şəxsdən Türkiyədə tekstil fabriki qurulması adı ilə 119.000 manat təşkil edən 70.000 ABŞ dolları məbləğində pulu hissə-hissə alaraq ələ keçirib.
- Digər epizod üzrə təqsirləndirilən şəxs daha bir tanışının avtomobil alması məsələsinə köməklik edəcəyi adı ilə onun 25 min manatını alıb.
- Bundan başqa, Azər Əsgərov türkiyəli həmtəsisçiləri ilə birgə ölkədə yetişdirilən pambıq məhsullarının emalı üçün fabrik quracağına, sərmayə qismində pul yatıracağı halda fabrikin fəaliyyəti ilə əlaqədar əldə olunan gəlirdən ona da mənfəət verəcəyinə dair yalan vəd verib, daha bir tanışından 224 min manat alaraq geri qaytarmayıb.
- Başqa bir tanışına isə A.Əsgərov yalan vədlər verərək ona topdansatış qiymətinə "İPhone" markalı mobil telefon alıb səyyar qaydada satışını həyata keçirməklə ona gəlir verəcəyini bildirərək 58 min manatını ələ keçirib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər bir neçə ildir Azərə verdikləri pulu ala bilmədiklərini deyiblər. Onlar Azərlə dostluq münasibətlərinin olduğunu, onun lüks həyat yaşadığını, "Maseratti" və digər bahalı avtomobillərdən istifadə etdiyini, qayınatasının PA-da işlədiyini düşünərək ona etibar etdiklərini və vədlərə inanaraq pul verdiklərini deyiblər.
Bakı Ağr Cinayətlər Məhkəməsinin hökmü ilə 35 yaşlı Azər Əsgərov 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Azərin qayınatası Arif Novruzov onu həbsdən azad eləməyə cəhd göstərərkən özü dələduzluğun qurbanı olub və adı cinayətdə hallandığı üçün vəzifəsini itirib. Belə ki, A.Novruzov həbsdə olan kürəkəninin azadlığa buraxılması üçün özlərini səlahiyyətli şəxs kimi təqdim edən şəxslərə 100 min manat verib. Lakin pulu alan şəxslərin yalanı sonradan üzə çıxıb və onlar tutularaq məsuliyyətə cəlb edilib.
A.Novruzov bu hadisələrdən sonra xəstəlik səbəbindən vəfat edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1082 Tarix: 10 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir
"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv
17:20 169 Prezident Ağdama getdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verib. Bildirilib ki, ümumi sahəsi 6 hektarda
13:40 201 "Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Hər il qış mövsümü yaxınlaşdıqca Azərbaycanda havaların necə keçəcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Qarşıdan gələn qışın son 70 ilin ən sərti olacağı iddia edilir. Lakin bu cür proqnozların tez-tez təkrarlanması ictimaiyyətdə birmənalı qarşılanmır. Vətəndaşlar hər il eyni xəbərdarlıqları
14:56 237 Prezident bu şəxslərə ali hərbi rütbələr verdi - Adlar
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:. "general-leytenant" hərbi rütbəsi
13:41 223 Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib
Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki
22:30 103 Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış
Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard
14:34 199 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı
Biləsuvar rayonunda kişi meyiti aşkar olunub. xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. 35 yaşlı kənd sakini Mövlud Mirzəyevin cansız bədəni kənd qəbiristanlığında anasının məzarı üstündə tapılıb. Faktla bağlı araşdırma aparılır
18:20 213 İndoneziyada Prezident Subiantonun tərəfdarları və əleyhdarlarının aksiyaları keçirilib
Yüzlərlə işçi İndoneziya Prezidenti Prabovo Subiantonun danışıqlarının polis əməkdaşları tərəfindən ehtimal olunan qanunsuz dinlənilməsi ilə bağlı istintaq fonunda ona dəstək mitinqinə çıxıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Aksiyaya rəhbərlik edən Əmə
16:30 164 "Haber Global": 44 gündə yazılan dastan - Video
"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ
23:11 0