İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FotoNoyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmuş aksiya çərçivəsində Vətən müharibəsində əldə edilən şanlı Zəfərin altıncı ildönümü münasibətilə şəhərin məşhur İspaniya meydanında ("Plaza de España") yerləşən tarixi "Visente Traver" fəvvarəsi ("Fuente de Vicente Traver") dövlət bayrağımızın mavi, qırmızı və yaşıl rəngləri ilə işıqlandırılıb.

Axşam saatlarından etibarən İspaniyanın zəngin memarlıq və mədəni irsinin görkəmli nümunələrindən sayılan fəvvarənin üzərinə proyeksiya edilən Azərbaycan bayrağının rəngləri şəhər sakinləri və qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Aksiyanı canlı izləyən həmvətənlərimiz və Sevilyada təhsil alan azərbaycanlı tələbələr Vətəndən uzaqda üçrəngli bayrağımızı belə əzəmətli məkanda görməyin onlara xüsusi qürur və sevinc hissi yaşatdığını bildiriblər.

İlk dəfə Sevilya şəhərində keçirilən bu möhtəşəm aksiya Azərbaycan ilə İspaniya arasında mövcud olan möhkəm dostluq və əməkdaşlıq münasibətlərinin bariz nümunəsidir. Zəfər Günü kimi mühüm bir tarixdə həyata keçirilən bu təşəbbüs, eyni zamanda, İspaniya ictimaiyyətinin Azərbaycana göstərdiyi dərin hörmət və rəğbətin təzahürü kimi dəyərləndirilir.

Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov ölkələrimiz arasında dostluq münasibətlərini təcəssüm etdirən bu təşəbbüsə göstərilən dəstəyə görə Sevilya meriyasına minnətdarlığını bildirib. Səfir vurğulayıb ki, bu cür simvolik tədbirlər xalqlar arasında qarşılıqlı anlaşmanın və yaxın münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verir. O, həmçinin son illərdə Azərbaycan-İspaniya münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın uğurla davam etdiyini diqqətə çatdırıb.

"Visente Traver" fəvvarəsi ("Fuente de Vicente Traver") təkcə Sevilya şəhərinin deyil, bütövlükdə İspaniyanın məşhur tarixi və memarlıq simvollarından biridir. 1929-cu ildə keçirilən İbero-Amerika sərgisi ilə əlaqədar memar Visente Traver i Tomas tərəfindən layihələndirilən bu monumental ansambl zərif mərmər quruluşu və dekorativ elementləri ilə diqqəti cəlb edir. Şəhərin mərkəzində, İspaniya meydanında ("Plaza de España") yerləşən bu tarixi məkan həm yerli sakinlərin, həm də turistlərin ən çox üz tutduğu görüş və istirahət yerlərindən biridir.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Fotoİspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Fotoİspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Fotoİspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Fotoİspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Fotoİspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Fotoİspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Fotoİspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 75   Tarix: 07 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

18:40 140
.

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:

20:20 97
.

Fransa Polineziyasından tarixi qərar: Təbii sərvətlər üzərində suverenlik elan edildi

Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib. xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb. Məlumatda qeyd edili

18:30 148
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. BİG.AZ xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

15:29 164
.

"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX

Hər il qış mövsümü yaxınlaşdıqca Azərbaycanda havaların necə keçəcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Qarşıdan gələn qışın son 70 ilin ən sərti olacağı iddia edilir. Lakin bu cür proqnozların tez-tez təkrarlanması ictimaiyyətdə birmənalı qarşılanmır. Vətəndaşlar hər il eyni xəbərdarlıqları

14:56 227
.

Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, təbrikdə deyilir:. "Azərbaycan Respublikasının Prezidenti Zati-alilari cənab İlham Əliyevə. Cənab Prezident, əziz Qardaşım. Otuz il işğal altınd

14:47 198
.

Veteran: "Bizə döyüşən əllərdən daha çox düşünən beyinlər lazımdır"

"Mənim kimi döyüşəcək kifayət qədər insan tapmaq olar. Amma savadlı, düşünən və idarəetmə bacarığı olan beyinlərə daha çox ehtiyacımız var". Bunu BİG.AZ-a Vətən Müharibəsi veteranı Araz Rəhimov bildirib. O, qeyd edib ki, bir əsgər şəhid olduqda onun yerini tutacaq başqa bir döyüşçü tapıla bilər

12:40 227
.

"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir

"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv

17:20 157
.

Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı

Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə

17:30 183
.