"Giləzi" quşçuluq saxta məhsullarla insanları necə aldadır? - ARAŞDIRMA - FOTOLAR

"Giləzi" quşçuluq saxta məhsullarla insanları necə aldadır? - ARAŞDIRMA - FOTOLARBir çoxlarımız marketlərdə alış-veriş edərkən ağ və sarı yumurtaların satışına rast gəlirik. Təbii ki, orqanik olduğunu düşündüyümüz üçün daha çox qiyməti nisbətən baha olan sarı yumurtaları almağa üstünlük veririk. Amma heç də hamımız bütün sarı yumurtaların əsl kənd məhsulu olmadığını bilmirik. Bəzi işbazlar isə bundan məharətlə istifadə edir. Belə ki, marketlərdə "Giləzi" quşçuluq fabrikinə məxsus olan sarı yumurtalar "kənd məhsulu" adı ilə satışa çıxarılır. Nəticədə broyler məhsulu alan insanlar şirkətin marketinq fırıldağının qurbanına çevrilərək ciblərinə ziyan vurmuş olur. Ağ yumurtadan ən azı 3 qəpik baha satılan sarı rəngli "kənd yumurtası"nı alan vətəndaş 10 ədəd məhsulda 30 qəpik pul itirir. Bəs görəsən marketinq fırıldaqçılığı ilə məşğul olaraq insanları aldadan "Giləzi" Quşçuluq şirkəti bu məsələyə necə aydınlıq gətirir.

KONKRET.az sözügedən məsələ ilə bağlı "Giləzi" quşçuluq fabrikinin internetdə yerləşdirilən əlaqə nömrələrinə zəng vuraraq şirkətin mövqeyini öyrənməyə çalışıb. Özünü satış meneceri kimi təqdim edən Rövşən Ələsgərov bildirib ki, fabrikdə istehsal olunan sarı yumurtaları bazardakı alverçilər "kənd məhsulu" adı ilə təqdim edirlər:

"Həmin məhsulun istehsal prosesindən xəbərim olmasa da, deyə bilərəm ki, bu yumurtanın sarılığına və kənd məhsuluna oxşarlığına görə, onu bazar alverçiləri insanlara "kənd yumurtası" adı ilə satırlar. Mən sadəcə ağ yumurta satıram. Onun 360 ədədinin (bir qutu) qiyməti isə 54 manatdır".

"Giləzi" quşçuluq saxta məhsullarla insanları necə aldadır? - ARAŞDIRMA - FOTOLAR"Giləzi" Quşçuluq MMC-nin nümayəndəsinin məsələni bazar alverçilərinin, dolayısı ilə market rəhbərlərinin üzərinə atdığını, bir sözlə, problemdən boyun qaçırdığını nəzərə alaraq mövzunu "Rahat" marketlər şəbəkəsinin mətbuat katibi Kənan Şirinovla müzakirə etmək qərarına gəldik. O bildirdi ki, "Giləzi" Quşçuluq MMC ağ və sarı yumurtaları marketlərə eyni qiymətə satmır: "Sadəcə sarı yumurtanın ağa nisbətən keyfiyyətcə fərqli olduğunu deyirlər. Yəni qiymət fərqini bu formada izah edirlər. Biz istənilən məhsulun satışını təşkil edərkən mümkün qədər araşdırma aparırıq. Amma marketlərə broyler kimi verilir. Kimsə onun üzərinə "kənd yumurtası" yazırsa, bu, həmin şəxslərin günahıdır. Bu dəqiqə 16-20 qəpiyə satılan "kənd yumurtası"nın təbiiliyinə heç kim inanmır. Hazırda 30-35 qəpiyə kənd yumurtası tapanda sevinirik".

Maraqlıdır, görəsən, əsl kənd yumurtasının orqanikliyini necə müəyyən etmək olar? Ümumiyyətlə, istehlakçılara "kənd yumurtası" adı ilə satılan məhsulların təbiiliyinə bu şirkət necə zəmanət verə bilər? Bu və digər suallarla bağlı saytımıza danışan qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib ki, kənd yumurtasını kənd toyuğu yumurtlamalıdır: "Kənd toyuğu torpaqda eşələnib soxulcan qurdları yeyən, zülallarla qidalanan, torpaqdakı digər elementləri qəbul edən toyuqdur. Bu toyuqların həm ətində, həm də yumurtasında qida keyfiyyəti yüksək olur. Amma broyler toyuqlarını bir yerə yığıb saxlayırlar. Nə otlamağa buraxırlar, nə yaşıllıq görürlər, nə də soxulcan yeyirlər. Nəzərə almaq lazımdır ki. otlara yaşıllıq verən xlorofil piqmentidir və bu maddə ilə qidalanan toyuqlar həm ət, həm də yumurta baxımından çox keyfiyyətli olur. Ona görə də qiymətləri fərqlidir. Kənd yumurtası 19 qəpiyə satılırsa, demək bu orqanik deyil. Bəzən toyuğun nəcisini yumurtanın üstünə batıraraq "kənd məhsulu" görüntüsü yaratmağa çalışırlar ki, bu da yolverilməzdir və marketinq hiyləsidir".

Ağa Salamov əlavə edib ki, kənd toyuqları məhdud sayda yumurtlayır və marketləri dolduracaq gücə malik deyil: "Kənd toyuğu günəş enerjisini qəbul etdiyindən onun yumurtası "D" vitamini ilə zəngindir. Amma broyler toyuqları bütün günü qapalı məkanlarda saxlanılır, yemlərinə isə müxtəlif maddələr qatılır. Bu toyuğun məhsulunu "kənd yumurtası" adı ilə satmaq istehlakçıları aldatmaq deməkdir".

Apardığımız araşdırmalardan da aydın oldu ki, istehlakçılar aldadılır və bu məsələdə tək qazanan tərəf "sahibkar"lar olur. Ümid edirik ki, aidiyyəti qurumlar bu məsələyə biganə qalmayacaqlar və saxta məhsulu satışa çıxaranlar lazımi cəza alacaqlar.

"Giləzi" quşçuluq saxta məhsullarla insanları necə aldadır? - ARAŞDIRMA - FOTOLAR"Giləzi" quşçuluq saxta məhsullarla insanları necə aldadır? - ARAŞDIRMA - FOTOLAR"Giləzi" quşçuluq saxta məhsullarla insanları necə aldadır? - ARAŞDIRMA - FOTOLAR"Giləzi" quşçuluq saxta məhsullarla insanları necə aldadır? - ARAŞDIRMA - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1987   Tarix: 10 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir

"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv

17:20 169
.

Prezident Ağdama getdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verib. Bildirilib ki, ümumi sahəsi 6 hektarda

13:40 201
.

"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX

Hər il qış mövsümü yaxınlaşdıqca Azərbaycanda havaların necə keçəcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Qarşıdan gələn qışın son 70 ilin ən sərti olacağı iddia edilir. Lakin bu cür proqnozların tez-tez təkrarlanması ictimaiyyətdə birmənalı qarşılanmır. Vətəndaşlar hər il eyni xəbərdarlıqları

14:56 237
.

Prezident bu şəxslərə ali hərbi rütbələr verdi - Adlar

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:. "general-leytenant" hərbi rütbəsi

13:41 223
.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

22:30 103
.

Zaur Baxşəliyevdən Zəfər Günü ilə bağlı çağırış

Tanınmış teleaparıcı Zaur Baxşəliyev 8 Noyabr - Zəfər Günü münasibətilə sosial şəbəkə istifadəçilərinə çağırış edib. xəbər verir ki, aparıcı Şanlı Zəfərimizin altıncı ildönümü ilə əlaqədar edilən paylaşımlarda Azərbaycanın tarixi Qələbəsini əks etdirən həştəqlərdən istifadə etməyi tövsiyə edib. O, paylaşımlard

14:34 199
.

Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı

Biləsuvar rayonunda kişi meyiti aşkar olunub. xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. 35 yaşlı kənd sakini Mövlud Mirzəyevin cansız bədəni kənd qəbiristanlığında anasının məzarı üstündə tapılıb. Faktla bağlı araşdırma aparılır

18:20 213
.

İndoneziyada Prezident Subiantonun tərəfdarları və əleyhdarlarının aksiyaları keçirilib

Yüzlərlə işçi İndoneziya Prezidenti Prabovo Subiantonun danışıqlarının polis əməkdaşları tərəfindən ehtimal olunan qanunsuz dinlənilməsi ilə bağlı istintaq fonunda ona dəstək mitinqinə çıxıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Aksiyaya rəhbərlik edən Əmə

16:30 164
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

23:11 0
.