Bakıda bizim tanımadığımız, turistlərin heyran qaldığı heykəl - FOTOLAR

Bakıda bizim tanımadığımız, turistlərin heyran qaldığı heykəl - FOTOLARBakıda gözdən iraqda, görənləri heyran edən maraqlı bir heykəl varmış. Sorağını alıb, onu görmək üçün üz tutduq Buzovnaya. Dedilər bu heykəl Buzovnada 1 nömrəli psixonevroloji xidmət müəssisəsinin qonşuluğunda bir həyətdə quraşdırılıb. Biz də eləmədik tənbəllik, axtara- axtara, soraqlaşa - soraqlaşa gedib çıxdıq həmin ünvana.

Yola çıxanda hava dumanlı idi. Buzovnaya çatana qədər çiskini güclü yağış əvəz elədi, bizim axtarışında olduğumuz kompozisiya Buzovnanın ucqar bir köşəsində, gözdən - könüldən uzaq bir yerdə quraşdırılıb. Bilmirəm çiskinli, yağışlı havanın gətirdiyi kədər idi bu, yoxsa psixonevroloji xəstəxananın aurasından idi, insanı kədər, hüzn bürüyürdü. Ətrafda heç kim gözə dəymirdi. Haqqında eşitdiyimiz o kompozisiya da yalqız dayanıb, üzünü göylərə tutaraq, Tanrıyla söhbət edirdi sanki.

Dəmir konstruksiya və kəndirlərdən hörülərək toxunmuş bu abidə üzü göylərə baxan, saçlarını geriyə atmış qadın başı şəklində hazırlanıb. Əgər nəzərdə tutulduğu qaydada işlək vəziyyətdə olsaydı göylərə baxan bu qadının gözlərindən yaş axmalı, saçları isə şəlaləyə çevrilməliydi.

Bakıda bizim tanımadığımız, turistlərin heyran qaldığı heykəl - FOTOLARHazırlanarkən məramı başqa olsa da, insanların ona qoyduğu ad bu abidənin taleyinə çevrilib. Unudulub. Bizə dedilər adı "Unudulan qadın"dır. Elə ona görə gözlərindən yaş sel olub axır.

"Unudulan qadın" heykəlinin hündürlüyü 12 metr, eni 5 metr, çəkisi 8 tondur. Heykəli hazırlayan şəxs peşəkar heykəltəraş deyil, həvəskardı. Adı da Davud. Özünü çox axtarsaq da tapa bilmədik. Yaxınlıqda yaşayan sakinlərdən biri dedi ki, Davud bu heykəli 2017-ci ildə hazırlayıb. Dediyinə görə internetdə baxıb, görüb. Belə bir kompozisiya Tayvanda da varmış, hər gün onu görməyə yüzlərlə turist gəlirmiş. Davud gördüyü o heykəldən ilhamlanaraq, heç kimin köməyi olmadan tək işləyib.

Kompozisiya xüsusi təklif əsasında hazırlansa da, sifarişçi sona yaxın maliyyəni dayandırıb, işlər yarımçıq qalıb.
İlkin layihəyə əsasən, heykəlin boğaz hissəsində yerləşən motorlar yerləşdiyi hovuzdan suyu alıb yuxarı ötürməli, unudulan qadının gözlərindən göz yaşları süzülməli, saçları isə şəlaləyə çevrilməliydi.

Kompozisiyanın öncə şəhərin mənzərəli bir yerində quraşdırılması nəzərdə tutulsa da, sonradan heç kimə lazım olmayıb. Davud usta əl işini yaxınlıqdakı psixonevroloji mərkəzin həyətində bir kənarda quraşdırmalı olub. Əməyinə çox heyfi gəlir. Deyir hər gün bir neçə adam gəlib, baxıb gedir. Maraqlı bir yerdə bulvarda, dəniz sahilində quraşdırılsaydı, tamamlansaydı, daha çox diqqət çəkərdi. Heykəli görmək üçün hətta Gürcüstandan da turistlər gəlib, baxıb şəkillərini çəkib gediblər.

Psixonevroloji mərkəzin həyətində çoxlu maraqlı kompozisiyalar quraşdırılıb, "Unudulan qadın" da dönüb olub onlardan birisi. Amma indi "Unudulan qadın" dönüb olub saçları yolunmuş qadın. Xəstələr "saçlarını" didib dağıdıblar, özü də qərib, yetim bir görkəm alıb. Kompozisiyanı fərqli bir formaya salıblar. Yanında buz dağlarını andıran dəmir "aysberqlər" və pinqivinlər kədərli bir mənzərə yaradır. Qadın dəyərini bilənlərin yanında gözəlləşir, bilməyənlərin yanında isə, indi olduğu kimi saçları yolunur. Susuz qalmış çiçəyə dönür, solur quruyur. Eynən "Unudulan qadın " kimi.

Davud ustanın bu əl işi abadlaşdırılsa, şəhərin içində, dəniz kənarında və ya abad bir parkda quraşdırılsa, yəqin ki, maraqla qarşılanardı. Hər il minlərlə turist Gürcüstana "Əli və Nino" kompozisiyasını görmək üçün gedir. Biz də belə bir addım ata, gözəllikdən həm zövq ala, həm də qazanc götürə bilərdik, amma eləmirik. (Lent.az)

Bakıda bizim tanımadığımız, turistlərin heyran qaldığı heykəl - FOTOLARBakıda bizim tanımadığımız, turistlərin heyran qaldığı heykəl - FOTOLARBakıda bizim tanımadığımız, turistlərin heyran qaldığı heykəl - FOTOLARBakıda bizim tanımadığımız, turistlərin heyran qaldığı heykəl - FOTOLARBakıda bizim tanımadığımız, turistlərin heyran qaldığı heykəl - FOTOLARBakıda bizim tanımadığımız, turistlərin heyran qaldığı heykəl - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 8541   Tarix: 10 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1574
.

Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər

Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır

01.11.2026 677
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

20:30 331
.

Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir

Qış aylarında tez-tez geyinilən yun, trikotaj və kaşmir geyimlərdə sürtünmə nəticəsində yaranan tüklənmə (tiftiklənmə) geyimlərin köhnə görünməsinə səbəb olur. Xüsusi tiftik təmizləyən aparatlar olmadan, adi ülgüclə geyimləri zədələmədən ilk günkü görünüşünə qaytarmaq mümkündür. xəbər verir ki, yunu

31.10.2026 445
.

Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?

Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri

01.11.2026 611
.

14-cü mərtəbədən yıxılan kişi sağ qaldı

Rusiyanın paytaxtı Moskvada yaşayış binasının 14-cü mərtəbəsindən yıxılan kişi möcüzə nəticəsində sağ qalıb. yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Marşal Rokossovski bulvarında baş verib. Məlumata görə, kişi binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin damın

01.11.2026 465
.

Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin

Soyuq havalarda pəncərələrin kifayət qədər izolyasiya olunmaması evin sürətlə soyumasına və istilik xərclərinin artmasına səbəb ola bilər. Lakin pəncərələri dəyişdirmədən də evdə istiliyi qorumağın bir neçə sadə və effektiv üsulu var. xarici mediaya istinadla xəbər verir ki, pəncərələr evdəki istili

01.11.2026 457
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

01.11.2026 558
.

Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb

Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər

01.11.2026 474
.