Toydan qaçırmaq istədilər, yeznəsini və nəvəsini öldürdülər, oğurluqla şərlədilər

Toydan qaçırmaq istədilər, yeznəsini və nəvəsini öldürdülər, oğurluqla şərlədilərBiG.AZ Kulis.az-a istinadən tanınan qarmon ifaçısı, Əməkdar artist Gövhər Rzayeva haqqında maraqlı faktları təqdim edir.

Gövhər Mirhəmid qızı Rzayeva 1953-cü ildə Bakı şəhərində keçmiş Sovetski məhəlləsində anadan olub. Ailədə iki bacı, bir qardaş olublar. Gövhər xanım evin ilk övladı olub. Onun adını nənəsi qoyub. Atası həmişə Gövhər xanımı anam deyə çağırıb.

***

Gövhər Rzayevanın xalalarından biri Sara Mahmudova Bakının məşhur nağara ifaçısı, Validə Mahmudova isə müğənni olub. Gövhər xanım özü həkim olmaq istəsə də, iş elə gətirib ki, on iki yaşından qarmon ifa etməyə, qadın toylarına getməyə başlayıb. Musiqi təhsili alan zaman atası həmişə özü onu məktəbə aparıb gətirib.

173 saylı məktəbdə oxuyan Gövhəri istəyən, elçi gələn çox olub. Hətta onu qonşuluqdan bir oğlan istəyir. Elçi göndərir, yaşı az olduğundan atası razı olmur. Belə olan halda onlar Gövhəri qaçırmaq istəyirlər. Buna görə də Gövhər qadın məclislərinə də gedəndə, atası onu nəzarətsiz buraxmayıb. Məclislərdə boyu balaca olduğundan onun altına bir neçə qalın döşəkcə qoyurmuşlar ki, boyu qarmona çatsın. Bir dəfə də toy vaxtı onu yuxu tutur, başını qarmonun üstünə qoyub yatır. Anası onu oyadıb deyir, Gövhər toydasan, yatma.

***

Gövhər xanım ilk dəfə toylara mərhum qarmonçalan Qızxanım Dadaşova ilə gedib. İlk dəfə isə Rübabə Muradovanı müşayiət edib. Rübabə xanım onu ilk dəfə görəndə, yanındakı köməkçisinə deyir: Bundan balaca qarmonçalan tapa bilmirdiniz? Köməkçisi isə cavab verir ki, siz onun boyuna baxmayın, yaxşı ifa edir. Toydan sonra Rübabə xanım Gövhərə yaxınlaşıb deyir:

"Afərin qızım. Sən yaxşı ifaçısan, sənin gələcəyin olacaq"

İfaçının qızı Ülkər Rzayeva ailə qursa da, bəxti gətirmir. Sonralar vaxtilə müğənnilik fəaliyyəti ilə məşğul olur. Mahnılar ifa edir, kliplər çəkdirir. Ancaq müəyyən müddətdən sonra anası müğənnilik sənətini ona qadağan edir. Müsahibələrinin birində Gövhər xanım deyir:

"O, mənim nəfəsimdir, sonbeşiyimdir. Allah ona gözəl sürət bəxş edib. Arzu edirəm ki, siması kimi də tanrı ona bəxt versin. Qızım ailə qurdu. Amma bəxti gətirmədi. Həyat yoldaşını öldürdülər. Bir az keçdi, oğlunu da öldürdülər ki, vərəsəsi qalmasın. Bir ildən sonra qızımı qaytarıb gətirdim evimə. Mənim başıma nələr gəlməyib ki? Bəlkə də, mənim yerimə başqası olsaydı, havalanardı. O biri qızımla, oğlumdan rahatam. Amma Ülkərdən nigaranam. Çünki onun qəlbi sınıqdı".

Gövhər xanım bir vaxtlar öz qohumlarından olan bir bəy tərəfindən pul oğurluğunda günahlandırılır. Şərə düşdüyünü bilən ifaçı altı ay bu məsələnin stressini yaşayır. Müsahibələrinin birində o, bu haqda deyir:

"Kiminsə evinə gedəndə hər zaman mətbəxdə oturmağı sevirəm. Qohumumuzun evində idim. Söz-söhbət oldu. Gəlib mənə dedi ki, 10 min pul götürmüsən. Dedim, zarafat edirsən, axı mən mətbəxdən o tərəfə keçməmişəm? Dedi, yox. Dedim ki, tutaq ki, çemodanla pul qoymusan qarşıma, şeytan azdırdı məni, mən də gəlib oradan 100 manat götürdüm, amma sənin dediyin məbləğ çoxdur axı. Məndə o qədər pul yoxdur. Evdə 400 manatım var. Gəl onu sənə verim. Razı olmadı. Ondan sonra dəfələrlə mənə zəng edib pul istədi. Sonuncu dəfə zəng edəndə mən də dedim ki, səni görüm qəfil gülləyə tuş gələsən. Dəstəyi asdı. Üzərindən 5-6 ay keçdi. Xəbər gəldi ki, onu güllələyiblər. Sonra demişdi ki, Gövhərə şər atdım. Allah keçsin günahımdan. Dünyasını dəyişdi. Amma mən demişəm, o dünyada da iki əlim onun yaxasında olacaq. Allah şəri, böhtanı heç kimə bağışlamır".

Deyilənlərə görə gənclik illərində qarmon ifaçısı bir nəfərlə sevgili olub. Bir-birlərini çox sevsələr də tası Gövhərin həmin adamla ailə qurmasına qəti şəkildə etiraz edib. Bu səbəbdən də bu sevgi davam etməyib.

***

Gövhər xanım cəmi bir dəfə ailəli olub. Bu evlilikdən onun iki qızı, bir oğlu doğulub. 28 ildən sonra o, həyat yoldaşından boşanıb. Müsahibələrinin birində deyir:

"Sağ çıxmayaydı qabağıma. Onun xalasının məndən xoşu gəlmişdi. Bir dəfə məni efirdə görəndə yoldaşıma deyib ki, adamın belə gəlini ola. Yoldaşımı xalası saxlamışdı, çox yaxşı qadın idi. O, da Şüvəlan toylarının birində mənimlə rastlaşır, gedir xalasına deyir ki, sənin xoşuna gələn qız burda toydadır. Atamgil məni ona vermirdilər. İki ildən sonra saqqızımı oğurladılar. O, məni sevmirdi, mən də onu. Amma evləndik. Üç övladımız doğuldu. Mən yaxşı pul qazanırdım. O, mənimlə evlənəndən sonra heç bir işin ardınca getmədi. Gecə ikidə evə gəlirdi, məni pul üstündə döyürdü, söyürdü. 28 il onunla yaşadım, dözdüm. Amma elə bir mərhələ yetişdi ki, dedim, yox, daha bizimki tutmaz. Ayrıldıq. Məndən sonra bir neçə dəfə evləndi, boşandı. Mənim də balalarım böyük idi. Mən də ikinci dəfə ailə qurmadım, onların yanına başqa kişi gətirə bilməzdim. Qadın kimi yarımadım, xoşbəxt olmadım. Gecələr yerimə girəndə sümüklərim sızıldayır. Özümün özümə heyfim gəlir. Məclislərə gedəndə, ozümü uşaq kimi qarşıma qoyub ağlayıram".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1671   Tarix: 11 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zaur və Günaydan Zəfər Günü ilə bağlı təbrik - VİDEO

Tanınmış teleaparıcılar Zaur və Günay Baxşəliyevlər 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım ediblər. BİG.AZ xəbər verir ki, cütlük sosial şəbəkə hesablarında video paylaşaraq Azərbaycanın şanlı Zəfər Gününü təbrik edib. Azərbaycanın tarixi Qələbəsinə həsr olunan görüntülərdə aparıcılar Zəfər Gününü

21:16 160
.

"Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm"

"Elə taksi sürücüləri var ki, onlarla evli kimiyəm. Hətta birinin evinə qonaq da getmişəm. Xaçmazda olanda zəng vurdum ki, gəlirəm. Getdim, gördüm ki, bizə gözəl süfrə açıblar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Kəşfet" proqramında danışıb. Avtomobilini

15:20 196
.

Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər

Müğənni Mənzurə Musayeva yarım saatlıq toy çıxışının qiyməti ilə bağlı müzakirələrə səbəb olub. Qaynarinfo xəbər verir ki, müğənni bu günlərdə qatıldığı televiziya proqramlarından birində müzakirə mövzusuna çevrilib. Veriliş zamanı orta məktəbdə müəllim işləyən tamaşaçı canlı yayıma qoşularaq övladlarını

29.10.2026 740
.

"Sevgi təkbaşına kifayət etmir"

Türkiyəli aktrisa Deniz Baysal boşandıqdan sonra sevgiyə olan münasibətini bölüşüb. Axşam.az xəbər verir ki, aktrisa bu hisslərin zamanla dəyişdiyini bildirib:. "Sevgi dediyimiz anlayışın mənası mənim üçün çox dəyişib. Həyatın və inancın özü sevgidir. Bizim sevgi kimi gördüyümüz şey kimyəvi bi

28.10.2026 825
.

Bacısı qızının ölümündən danışdı - "Övladları bilmir"

Xalq artisti Məleykə Əsədova bir müddət əvvəl İranda dünyasını dəyişən bacısı qızı Minanın faciəli həyat hekayəsindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Qonaqcanlı" verilişində söz açıb. M.Əsədova bildirib ki, bacısı 1992-ci ildə ailə qurub və həyat yoldaşı ilə Təbrizdə yaşayıb:

16:50 213
.

Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB

Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən

31.10.2026 745
.

Murad Adıgözəlzadə və Ayselin qızı - VİDEO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə qızı Leyla ilə bağlı paylaşım edib. Bizim.Media xəbər verir ki, müğənni övladının rəqs festivalındakı çıxışını sosial şəbəkə hesabında yayımlayıb. İfaçı qızının görüntüsünə "Mənim sevgim, Leyla" şərhini yazıb. Qeyd edək ki, Ayse

15:40 321
.

Almaxanım yeni GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanım instaqramda yeni görüntülərini paylaşıb. Onun xeyli çək

01.11.2026 597
.

Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia

Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub. BİG.AZ -a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. Samirə Bağırov

02.11.2026 808
.