Daşınmaz əmlakın icbari sığorta xəbərdarlığı: Olmayan cərimələnəcək? - ARAŞDIRMA

Daşınmaz əmlakın icbari sığorta xəbərdarlığı: Olmayan cərimələnəcək? - ARAŞDIRMAFevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.

İki zəlzələ nəticəsində ölənlərin sayı 45 mini keçib.

Türkiyədə baş vermiş dəhşətli zəlzələ Azərbaycanın sığorta bazarında canlanma yaradıb. Daşınmaz əmlakın həm icbari, həm də könüllü sığortasında hərəkətlənmə müşahidə edilir.

Eyni zamanda, artıq paytaxtda sakinlərə daşınmaz əmlakın icbari sığortası ilə bağlı xəbərdarlıq məktubları da göndərilir.

Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yaşayan Vəsilə Əliyeva deyir ki, yaşadığı evi heç vaxt sığortalamayıb:

"Mən 50 ildən çoxdur ki, bu ərazidə yaşayıram. Heç vaxt evimi sığortalamamışam. Heç bir qurumdan da indiyədək xəbərdarlıq olmayıb. Amma Türkiyədə baş verən zəlzələdən sonra evimizə daşınmaz əmlakın sığortalanmasının illik qiyməti və cəriməsi barədə məlumat təqdim edildi. Bildirildi ki, hər bir vətəndaş daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsini əldə etməlidir. Əmlakı sığorta etdirməyən vətəndaşlar cərimələnəcəklər.

Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Göstərilən məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir.

Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur:

- yanğın, ildırım düşməsi;

- məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı;

- elektrik naqillərində baş verən qısaqapanma;

- buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı;

- su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma;

- hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;

- yerüstü nəqliyyat vasitəsinin dəyməsi;

- təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;

- üçüncü şəxslərin hərəkətləri.

Sığorta üzrə ekspert İlkin İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, ölkəmizdə daşınmaz əmlakın icbari sığortası məcburi xarakter daşıyır:

"Əgər sığorta olunmazsa, İnzibati Xətalar Məcəlləsi ilə inzibati tənbeh olunmalıdır.

Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına nəzarəti iki qurum edir. Sahibkarların - yəni hüquqi şəxslərin sığortalanmasına nəzarəti Fövqəladə Hallar Nazirliyi, fiziki şəxslərin, yəni vətəndaşların sığortalanmasına isə yerli icra hakimiyyəti və nümayəndəlikləri edir. Amma cərimələrlə bağlı ölkəmizdə inzibati protokol nümunəsi yoxdur. Qanunvericilikdə bu cərimə olsa da, protokol yoxdur və şəxslər cəzalandırılmırlar. Yalnız evləri alqı-satqı edən, ipoteka krediti zamanı məcburi sığorta edilir".

O qeyd edib ki, hazırda vətəndaşlara tövsiyə olunur ki, daşınmaz əmlak sığortalansın:

"Əslində, daşınmaz əmlakın sığorta edilməsi tək cəriməyə görə olmamalıdır. Vətəndaş bilməlidir ki, hadisə olan zaman geniş sığorta təminatı verilir. Sel, daşqın, zəlzələ, sürüşmə, güclü dolu, yağış baş verən zaman sığorta təminatına daxil edilir və vətəndaş 15-25 min manat kompensasiya alır".

Ekspert qeyd edib ki, sığorta ilə bağlı illik ödəmə - Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt, Naxçıvan şəhərlərində 40 manat, rayonlarda isə 30 manat təşkil edir".

Hüquqşünas Cavid Babayev isə saytımıza açıqlamasında bildirib ki, "İcbari sığortalar haqqında" Qanunun 35.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir:

"Həmin qanunun 35.2-ci bəndinə əsasən, bu fəslin məqsədləri üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.

İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə əsasən, bu məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla (İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində - "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən və 469.3-cü maddəsi isə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə sanksiyalar nəzərdə tutulub - red.), icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilirlər".

Aşağıdakı hallarda isə əmlakın zədələnməsi, məhv olması və yaxud hər hansı formada itkisi sığorta hadisəsi hesab olunmur:

- sığortalanan şəxsin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;

- sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan hərəkətlər nəticəsində əmlaka zərərin dəyməsi;

- hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması, dəyişdirilməsi və s.;

- qrunt sularının səviyyəsinin dəyişməsi nəticəsində əmlaka zərər vurulması;

- suyun borulardan və ya rezervuardan şaxtavurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması zamanı əmlaka zərər vurulması.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1169   Tarix: 11 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira

16:34 167
.

Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib

Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar

18:50 142
.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

18:40 140
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

18:10 155
.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi

18:51 150
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". BİG.A

18:51 147
.

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:

20:20 97
.

ABŞ-nin BƏƏ-dəki səfirliyi Yaxın Şərqdəki amerikalıları yüksək sayıqlığa çağırıb

ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi artan silahlı hücum təhlükəsi səbəbindən Yaxın Şərqdəki ABŞ vətəndaşlarını yüksək sayıqlıq nümayiş etdirməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi bəyanatında bildiirlib. Səfirlik təhlükəni Yəmən husilərini

17:40 156
.

Fransa Polineziyasından tarixi qərar: Təbii sərvətlər üzərində suverenlik elan edildi

Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib. xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb. Məlumatda qeyd edili

18:30 148
.