Bakıda xanım müğənni mikrofonla söyüş söydü və... - QƏRİBƏ HADİSƏ

Bakıda xanım müğənni mikrofonla söyüş söydü və... - QƏRİBƏ HADİSƏBakıda məşhur restoranda işləyən qəlyançı qadın müğənnini döyüb.

BiG.AZ qaynarinfo-ya istinadən bildirir ki, hadisə Bakı şəhəri, Nizami rayonunda yerləşən "Sultan Pub" restoranında baş verib.

Belə ki, qəlyançı qadınla Kəmalə adlı müğənni arasında dava Dəyanət adlı oğlana görə düşüb.

Kəmalə "Sultan Pub"da olan zaman "WhatsApp" vasitəsi ilə adını sonradan bildiyi Dəyanət adlı şəxsdən mesaj gəlib. Mesajı göndərən şəxs ondan xoşu gəldiyini və tanış olmaq istəyini bildirib. Adını Tünzalə kimi bildiyi, əsl adı Ağca olan restoranda qəlyançı işləyən qadın Dəyanətin şəklini görüb onu tanıdığını və anasının sevgilisi oduğunu bildirib. Ağca müğənniyə Dəyanətlə əlaqə saxlamamağı məsləhət görərək, onun qadınları aldatdığını deyib.

Bir neçə gün sonra Dəyanət Ağcaya zəng edərək "səndən heç gözləməzdim, mənim haqqımda Kəmaləyə yaxşı sözlər deməmisən" deyə irad tutub. 28 noyabr 2022-ci il tarixdə Ağca işlədiyi restorana gedib, orada restoranı işlədən Vüsal və Fərasim adlı şəxslərlə nahar edib. Daha sonra Ağca Kəmaləyə onun sözlərini Dəyanətə çatdırması barədə irad tutub. Müğənni isə əvəzində həmin gün tanımadığı şəxsin doğum gününündə mikrofonla onun və anasının ünvanına nalayiq sözlər deyərək, təhqir etməyə başlayıb.

Tərəflər arasında dava bundan sonra başlayıb. Səhər saat 05.00 radələrində Kəmalə restoranın sanitar qovşağına gedən zaman Ağca ona yaxınlaşaraq, anidən başı ilə üz nahiyəsinə vuraraq qaçıb. Müğənnin zərbədən başı gicəllənsə də, restorandan çölə çıxaraq, onun arxasınca gedib. Ağcanı küçədə görüb ona yaxınlaşmaq istəyərkən sonuncunun onu itələməsi nəticəsində müvazinətini itirərək, yerə yıxılıb. Nəticədə müğənniyə burun sümüyünün xətti yerdəyişməyən sınığı, burunun şişkinlik halında əzilməsi, burun belinin qançırı, sağ süd vəzisinin, sağ saidinin qançırları diaqnozu qoyulub.

Məhkəminin qərarı ilə "Sultan Pub" restoranın 1990-cı il təvəllüdlü Ağca adlı qəlyançısı hər ay qazancından dövlət nəfinə 15 faizi məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1592   Tarix: 12 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.