Azərbaycan nümayəndə heyəti Vyanada keçirilən ATƏT-in insan ölçüsü üzrə birinci əlavə görüşündə iştirak edir
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 13-14 mart 2023-cü il tarixlərində Vyana şəhərində ATƏT-in Şimali Makedoniya Sədrliyi və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən "Media plüralizmi hərtərəfli təhlükəsizliyin əsas təməllərindən biri kimi" mövzusunda keçirilən ATƏT-in insan ölçüsü üzrə birinci əlavə görüşündə iştirak edir.
Görüşün gündəliyinə uyğun olaraq, "Media azadlığı olmadan hərtərəfli təhlükəsizlik niyə ola bilməz?", "Media azadlığının ATƏT-in üç ölçüsünə təsiri" və "Media plüralizmi demokratiyanın əsas təməllərindən biri kimi" mövzuları üzrə müzakirələr aparılır.
"Media azadlığı olmadan hərtərəfli təhlükəsizlik niyə ola bilməz?" mövzusunda keçirilən sessiyada nümayəndə heyəti tərəfindən media azadlığının insan hüquq və azadlıqları, həmçinin qlobal təhlükəsizliyin qorunmasında, ədalətli və sülhsevər cəmiyyətlərin təşviqində mühüm rol oynadığı qeyd edilib, müasir dövrün təhlükəsizlik çağırışlarının müxtəlif aspektlərinə toxunulub, münaqişə zamanı gərginliyin azaldılması və sülhün təşviqində medianın mühüm rol oynamaq imkanının olduğu, lakin etibarlılığın təmin edilməsi üçün medianın dəqiqlik, şəffaflıq və qərəzsizlik prinsiplərinə riayət etməsinin vacibliyi vurğulanıb.
Ölkəmizdə jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, jurnalistlərin doğru informasiya əldə etmək hüququnun təmin edilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətlərində görülən işlər qeyd olunub.
Tədbirdə Ermənistanın jurnalistlərin təhlükəsizliyi mövzusu çərçivəsində ölkəmizə qarşı yönəlmiş əsassız iddiaları Azərbaycan nümayəndə heyəti tərəfindən cavablandırılıb, ittihamların reallığa uyğun olmadığı bildirilərək, Ermənistan tərəfinin jurnalistlərin təhlükəsizliyi ilə bağlı beynəlxalq hüquq sahəsində yol verdiyi pozuntular, o cümlədən Vətən müharibəsi dövründə beynəlxalq jurnalistlərə qarşı apardığı qarayaxma kampaniyaları barədə iştirakçılara məlumat verilib, azad edilmiş ərazilərimizdə yerləşdirilmiş minaların partlaması nəticəsində jurnalistlərin həyatını itirməsi ilə bağlı həqiqətlər diqqətə çatdırılıb.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 809 Tarix: 13 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəmin gün satıcı kimi rəfiqəsini əvəzləmişdi - Ronaldo Rodriqeslə tanışlığından danışdı
Kriştiano Ronaldo həyat yoldaşı Corcina Rodriqeslə ilk tanışlığından və münasibətlərinin necə başladığından danışıb. xəbər verir ki, onların tanışlığı 2016-cı ilin avqustunda Madriddəki "Gucci" mağazasında başlayıb. Həmin vaxt Corcina Rodriqes mağazada satıcı işləyirmiş. Maraqlıdır ki, həmi
19.08.2026 262 Kişi biskvit yeyən arvadını döyüb öldürdü
Qazaxıstanda kişi biskvit yeyən arvadını öldürüb. yerli mediaya istinadən xəbər verir ki, hadisə Cambıl vilayətinin Merken rayonunda qeydə alınıb. Kişi biskvit yeyən arvadını döyərək öldürüb. Hadisədən sonra qadının rəfiqəsi bildirib ki, əri ona mütəmadi olaraq fiziki zorakılıq tətbiq edib. Bundan başqa
19.08.2026 211 Bağçada dəhşətə gətirən hadisə: "İki aydır həkimlərdəyik"
Zaqatalanın Bəhmətli kənd sakini Ramella Nuriyeva Baku TV-nin qaynar xəttinə müraciət edərək 4 yaşlı qızının bağçada başından ağır xəsarət aldığını iddia edib. Onun sözlərinə görə, hadisə təxminən iki ay əvvəl baş verib. Günorta saatlarında bağça müəlliməsi anaya zəng edərək uşağın oynayarkən yıxıldığın
19.08.2026 286 Leysan, dolu... - Xəbərdarlıq
Azərbaycanın rayonlarında avqustun 20-si gündüzdən şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı
19.08.2026 281 Abituriyentlərə "100 faiz qəbul" vədi: Bu, nə dərəcədə realdır?
"Abituriyentlərin qarşısında duran ən mühüm mərhələlərdən biri də düzgün ixtisas seçimidir. Bu prosesin mürəkkəbliyi və yüksək rəqabət səbəbindən bəzi ailələr ixtisas seçimi üzrə peşəkar məsləhət xidmətlərindən yararlanmağa üstünlük verirlər. Lakin bu sahədə təqdim olunan xidmət və vədlərin də diqqətl
19.08.2026 284 "ABŞ, Türkiyə və xüsusilə Böyük Britaniyanın Ukraynaya hərbi-siyasi dəstəyi Moskvanın ciddi narahatlığına səbəb olur" - BƏHRUZ QULİYEV
"Rusiya-Qərb qarşıdurmasında yeni təhlükə xətti. ABŞ, Türkiyə və xüsusilə Böyük Britaniyanın Ukraynaya hərbi-siyasi dəstəyi Moskvanın ciddi narahatlığına səbəb olur. Son günlər Rusiya-Britaniya xəttində ritorikanın sərtləşməsi də təsadüfi deyil. Moskva Britaniyanın Ukraynaya verdiyi dəstəyi artı
19.08.2026 238 Naomi Kempbell yenidən Bakıya gələcək
Məşhur model Naomi Kempbell yenidən Azərbaycana səfər edəcək. Axşam.az xəbər verir ki, modelin sentyabrın sonları Bakıda olacağı bildirilib. Qeyd edək ki, Naomi iki il əvvəl də "Formula 1" oyunlarını izləmək üçün şəhərimizə səfər etmişdi. Hazırda model Bodrumda dincəlir
19.08.2026 217 Rus ordusu Vodyanskoyeni işğal etdi
Rusiya ordusu Donetsk vilayətinin Vodyanskoye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
19.08.2026 173 Qızıl və gümüş ucuzlaşdı
Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.38% azalaraq 4.404 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.71% ucuzlaşaraq 62.94 ABŞ dolları təşkil edib
19.08.2026 158