"Meyxanaya kriminal element, pis vərdiş, söyüş gətirdilər"
"Mənim fikrimcə, meyxana çox geriyə gedib. Baxır hansı tərəfdən yanaşırsan. Sırf meyxanadan söhbət gedirsə, yaxşıdır: trenddədir, istedadlı meyxanaçılar çıxıb, camaat həddindən artıq sevir. Əsasən də kişilər. Amma mən onun gerilədiyini düşünürəm. Hətta mənim çəkdiyim əziyyət də hədər olub. Çünki mənim dövrümdə deyirdim ki, məndən zəhləsi gedənə də meyxananı sevdirim".
Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Səhərin səsi" proqramında deyib. Meyxananın hazırki vəziyyətindən şikayət edən Namiq xanımların bu sahədən uzaqlaşdırılmasından bəhs edib:
"Konsertlərimə xanımlar gəlirdi. Bir neçə dəfə mübahisəli məqamlara baxmışam. Meyxananı tənqid edən adamlarla ifaçılar üzbəüz otururlar. Fakt kimi onların qabağına qoyublar ki, meyxana məclislərinə niyə qadınları buraxmırlar? Bunu meyxanaçılar da o qədər unudub ki, qəbul ediblər. Onların heç yadına düşmür, elə bir dövr olub ki, meyxana konsertlərində qadınlar daha çox olublar. Bunu yutubda da axtarıb tapa bilərsiniz. Mənim konsertimə xanımlar gəlirdi. Ona təəssüflənirəm ki, o publika getdi".
Qaraçuxurlu bildirib ki, buna səbəb gənc meyxanaçıların ifa zamanı qeyri-etik ifadələrdən istifadə etməsidir:
"Çünki meyxanada müəyyən həddlər aşıldı. Cavan uşaqlar kriminal elementlər, pis vərdişlərdən meyxana dedilər, bir az söyüş oldu. Belə-belə aləm dəyişdi. Bir neçə cavan gəldi ki, onlar həm yaxşı meyxana deyirdilər, həm də yaxşı populyarlıq qazanmışdılar. Amma onların düşüncəsində problem oldu. Dedilər ki, populyar olmuşam, indi nəsə etməliyəm. Həmişə gördüyü yox, yeni bir şey. Onlar düşündülər ki, populyar olmuşam, toylar çoxalıb, qiymətimi qaldırım, pulumu qazanım. Mən meyxana deyirdim, toylara gedirdim, eyni zamanda albom işləyirdim. Aydın, Mehman və mən üçlük idik, bir toya gedirdik. Məclisdən sonra hamı çayxanaya gedirdi, mən evə gedib yazırdım, pozurdum. Bilirdim ki, nəsə etməliyəm, mənim indi etdiyimi məndən öncə hamı edib. Albom, sonra klip, rəvayətim çıxdı, qazancım çoxaldı, konsert etdim: "Şəfa" stadionu, Kreml. Mən düşünsəydim ki, nəyimə lazım, pulumu qazanım. Onda heç nə olmayacaqdı. Bizim bəzi gənclərimizdə bu baş verdi".
Meyxanaçı yeni yaranan musiqi janrından danışarkən "Məndən öncə də musiqili meyxana var idi, amma mən bir az aranjiman, kliplə etdim. Təzə bir janr yaranıb, ondan qorxmaq lazım deyil. Bayağılardan danışmıram. Ona ad qoyulmalıdır. Savadlı insanlar yeni çıxanları baltalayırlar, amma bu, reallıqdır. Düşünüb buna ad qoymalıdırlar. Düşünürəm, amma ad tapa bilmirəm, bir neçə dostuma demişəm ki, fikirləşsinlər. Yeni janr yaranıb, düş qabağa, buna ad qoy. 100-200 il sonra desinlər ki, filankəs belə bir janra ad qoyub" sözlərini əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 984 Tarix: 17 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
Yuğ Dövlət Teatrının aktyorları 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçilər bayram münasibətilə video paylaşaraq həmvətənlərinə xoş arzularını çatdırıb. Onlar çıxışında Zəfər Gününün Azərbaycan xalqı üçün qürur və qəhrəmanlıq rəmzi olduğunu vurğulayıb
12:27 266 HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video
Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i
16:47 176 ASAN Xidmət bu tarixlərdə işləməyəcək
ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində noyabrın 8 və 9-u qeyri-iş günü olacaq. Bu barədə -a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qeyri-iş günləri Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədardır. Noyabrı
19:10 156 Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Türkiyə Meteorologiya Baş İdarəsi həftəsonu ölkə ərazisində təsirli olacaq soyuq və yağıntılı hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Türkiyə mətbuatına istinadla bildirir ki, proqnoza əsasən, havanın temperaturu nəzərəçarpacaq dərəcədə aşağı düşəcək. Qara dəniz sahillərində intensiv yağış, ölkəni
16:37 202 İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı
21:00 63 DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. BİG.AZ xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur
15:29 164 Ron Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir
Florida ştatının qubernatoru Ron Desantis 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olmaq uğrunda mübarizəyə hazırlaşır. "Report" xəbər verir ki, bu barədə onun planlarından xəbərdar olan üç mənbəyə istinadən "The Washington Post" məluma
19:50 130 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. BİG.AZ -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizi
18:51 150 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto
Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu
21:35 0