Piyadanı vurub qaçan bloqerə hökm oxundu
Nərimanov Rayon Məhkəməsində piyadanı vurub qaçmaqda təqsirləndirilən bloqer Sabina Katanovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) maddəsi üzrə cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və Sabina Katanovaya 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verilib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılır.
Növbəti proses aprelin 5-nə təyin edilib.
İttihama görə, 1991-ci il təvəllüdlü Sabina Katanova 5 sentyabr 2021-ci il tarixdə, saat 18:10 dəqiqədə idarə etdiyi "Toyota Prado" markalı minik avtomobillə Nərimanov rayonu ərazisində saatda 5-10 km sürətlə hərəkətdə olarkən yolu sağdan sola doğru keçən piyada Röyal Çələbizadəni ehtiyatsızlıqdan maşının qabaq sol hissəsi ilə sağ ayağından, sol yan güzgüsü ilə isə zərərçəkmişin sol qolundan vurub. Nəticədə Sabina Röyal Çələbizadəyə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib.
S.Katanovanın barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət ittiham irəli sürülüb.
Xatırladaq ki, bir müddət öncə Sabina Katanova özü də başqa bir cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdı. Belə ki, vəkil Vüqar Səfərli onu aldadaraq 130 min manatını ələ keçirmişdi.
Qeyd edək ki, Sabina Katanova "Instagram"da bloqer kimi tanınır. Onun 305 mindən çox izləyicisi var.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1028 Tarix: 18 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"ABŞ, Türkiyə və xüsusilə Böyük Britaniyanın Ukraynaya hərbi-siyasi dəstəyi Moskvanın ciddi narahatlığına səbəb olur" - BƏHRUZ QULİYEV
"Rusiya-Qərb qarşıdurmasında yeni təhlükə xətti. ABŞ, Türkiyə və xüsusilə Böyük Britaniyanın Ukraynaya hərbi-siyasi dəstəyi Moskvanın ciddi narahatlığına səbəb olur. Son günlər Rusiya-Britaniya xəttində ritorikanın sərtləşməsi də təsadüfi deyil. Moskva Britaniyanın Ukraynaya verdiyi dəstəyi artı
19.08.2026 238 Həmin gün satıcı kimi rəfiqəsini əvəzləmişdi - Ronaldo Rodriqeslə tanışlığından danışdı
Kriştiano Ronaldo həyat yoldaşı Corcina Rodriqeslə ilk tanışlığından və münasibətlərinin necə başladığından danışıb. xəbər verir ki, onların tanışlığı 2016-cı ilin avqustunda Madriddəki "Gucci" mağazasında başlayıb. Həmin vaxt Corcina Rodriqes mağazada satıcı işləyirmiş. Maraqlıdır ki, həmi
19.08.2026 262 Leysan, dolu... - Xəbərdarlıq
Azərbaycanın rayonlarında avqustun 20-si gündüzdən şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı
19.08.2026 281 NASA-dan sevgililərə maraqlı trend
Sosial şəbəkələrdə sevgililər arasında yeni trend yayılıb. Axşam.az xəbər verir ki, cütlüklərə tanış olduqları gün NASA-nın hansı kosmik görüntünü yayımladığını öyrənmək təklif olunur. Trendə əsasən, sevgililər ilk dəfə görüşdükləri tarixi NASA-nın "Astronomy Picture of the Day" (APOD) arxivind
19.08.2026 125 Rusiya Ukraynaya raket və PUA-larla zərbələr endirdi: ölən və yaralananlar var
Rusiya ordusu gecə saatlarında Ukraynanın müxtəlif bölgələrinə raket və pilotsuz uçuş aparatları ilə hücum edib. Son məlumatlara görə, Zaporojye şəhərində Rusiya PUA və idarəolunan bomba ilə zərbələr endirib. Hücum nəticəsində bir nəfər ölüb, 6 nəfər yaralanıb. Şəhərdə yaşayış və mülki infrastruktur
19.08.2026 210 Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - Video
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olarkən kənd sakini Əsəd Əsədovun evində olmuş, ailənin balaca fərdi Gülər isə dövlət başçısından traktor istəmişdi. "Qafqazinfo" AzTV-yə istinadən xəbər verir ki, İlham Əliyev kiçik sakinin arzusunu reallaşdırıb
19.08.2026 361 Tramp Kim Çen Inla görüşə hazırlaşır - Şimali Koreyanın nüvə proqramı gündəmdədir
The Telegraph yazır ki, ABŞ prezidenti Donald Tramp növbəti Asiya səfəri zamanı Şimali Koreya lideri Kim Çen Inla görüş keçirməyə çalışır. Vaşinqtonun əsas məqsədlərindən biri Pxenyanın nüvə proqramının dayandırılması ilə bağlı danışıqları yenidən başlatmaqdır. Məqaləyə görə, Trampın Asiyaya səfəri çərçivəsind
19.08.2026 210 Naomi Kempbell yenidən Bakıya gələcək
Məşhur model Naomi Kempbell yenidən Azərbaycana səfər edəcək. Axşam.az xəbər verir ki, modelin sentyabrın sonları Bakıda olacağı bildirilib. Qeyd edək ki, Naomi iki il əvvəl də "Formula 1" oyunlarını izləmək üçün şəhərimizə səfər etmişdi. Hazırda model Bodrumda dincəlir
19.08.2026 217 ABŞ Ukrayna təcrübəsindən sonra PUA strategiyasını yenidən nəzərdən keçirir
ABŞ Ukraynadakı münaqişə təcrübəsi fonunda pilotsuz uçuş aparatlarının (PUA) döyüşdə istifadə modelini yenidən nəzərdən keçirmək məcburiyyətində qalır. xəbər verir ki, bu qiymətləndirməni Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin Dünya Hərbi İqtisadiyyatı və Strategiyası İnstitutunu
19.08.2026 198