Azərbaycanlı iş adamlarını öldürən erməni həbsxanadan qaçıb

Azərbaycanlı iş adamlarını öldürən erməni həbsxanadan qaçıb2015-ci ildə Ukraynanın Xerson vilayətində 3 azərbaycanlı iş adamını öldürdüyü üçün həbs olunan və barəsində 13 il həbs cəzası verilən erməni əsilli Sergey Karapetyan həbsxanadan qaçıb.
Belə bir məlumatı Ermənistan parlamentinin sabiq deputatı Naira Zöhrabyan sosial şəbəkə hesabında paylaşıb.
Zöhrabyan yazıb ki, ötən ilin sonlarında Xerson həbsxanasının bombalanmasından sonra Sergey Odessa şəhərinə gəlib və Ermənistana gələ bilmək üçün arayış ala bilmirmiş.
Sabiq deputat qeyd edib ki, o deputat olan zaman Sergeyin cəzasını Ermənistanda çəkməsi üçün cəhdlər edib:
"Sergey Xerson həbsxanasının bombalanmasından sonra yenidən mənimlə əlaqə saxladı. Biz mümkün olan hər şeyi etdik. Ermənistanın Ukraynadakı səfiri ilə problemi müzakirə etdim və indi həmyerlimiz Sergey Karapetyan geri qayıtma şəhadətnaməsini artıq alıb. Sergeyi Ermənistanda gözləyək".
Məlumat üçün bildirək ki, 2015-ci ildə Ukraynanın Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı İlham Tağıyev, diaspor fəalı Təbriz Ələkbərov və Azərbaycanlıları Konqresinin üzvü İlqar Nuruşov vəşhicəsinə işgəncə verilərək qətlə yetiriliblər. Aparılan araşdırmalardan sonra məlum olub ki, qətli törədən 1974-cü il təvəllüdlü Ermənistan vətəndaşı Karapetyan Sergey Razmikoviç və Ukrayna vətəndaşı olan Montiyan Xaçik Stepanoviçdir. 2016-cı ildə Ukrayna məhkəməsinin qərarı ilə Sergey Karapetyan 13 il müddətində azadlıqdan məhrum edilib.
Məhkəmə tərəfindən təsdiq olunmasa da, qətlə yetirilən iş adamlarının qohumları sifarişçinin istefada olan general, erməni iş adamı Luqasyan olduğunu bildiriblər.(yeniavaz.com)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 810   Tarix: 18 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Kaliforniyada havada toqquşmadan sonra iki paraşütçü həlak olub

ABŞ-nin Kaliforniya ştatının Leyk-Elsinor şəhərində iki qadın paraşütçü havada toqquşduqdan sonra həlak olublar. "Report" NBC-yə istinadən xəbər verir ki, hadisə noyabrın 6-da yerli vaxtla saat 11:45 radələrində "Skydive Elsinore" mərkəzinin üzərində baş verib. Mərkəzin məlumatın

18:40 140
.

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ paylaşımı təqdim edir:

20:20 97
.

Fransa Polineziyasından tarixi qərar: Təbii sərvətlər üzərində suverenlik elan edildi

Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib. xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb. Məlumatda qeyd edili

18:30 148
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. BİG.AZ xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

15:29 164
.

"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX

Hər il qış mövsümü yaxınlaşdıqca Azərbaycanda havaların necə keçəcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Qarşıdan gələn qışın son 70 ilin ən sərti olacağı iddia edilir. Lakin bu cür proqnozların tez-tez təkrarlanması ictimaiyyətdə birmənalı qarşılanmır. Vətəndaşlar hər il eyni xəbərdarlıqları

14:56 227
.

Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, təbrikdə deyilir:. "Azərbaycan Respublikasının Prezidenti Zati-alilari cənab İlham Əliyevə. Cənab Prezident, əziz Qardaşım. Otuz il işğal altınd

14:47 198
.

Veteran: "Bizə döyüşən əllərdən daha çox düşünən beyinlər lazımdır"

"Mənim kimi döyüşəcək kifayət qədər insan tapmaq olar. Amma savadlı, düşünən və idarəetmə bacarığı olan beyinlərə daha çox ehtiyacımız var". Bunu BİG.AZ-a Vətən Müharibəsi veteranı Araz Rəhimov bildirib. O, qeyd edib ki, bir əsgər şəhid olduqda onun yerini tutacaq başqa bir döyüşçü tapıla bilər

12:40 227
.

"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir

"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv

17:20 157
.

Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı

Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə gənc Cinayə

17:30 183
.