İlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış olub - FOTO

İlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış olub - FOTOMartın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbə tam orta məktəbində yaradılan şəraitlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Qeyd edək ki, 2022-ci il martın 20-də dövlətimizin başçısı və birinci xanım Suqovuşana səfərləri çərçivəsində qəsəbədəki yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında olmuş, təhsil müəssisəsindəki vəziyyətlə maraqlanmışdılar. Prezident İlham Əliyev məktəb binasının əsaslı təmirinə başlanılması və işlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıqlar vermişdi.

Diqqətə çatdırıldı ki, ərazisi bir hektar olan məktəbdə 12 sinif otağı var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin informatika kabineti, kitabxana, iki laboratoriya, 72 nəfərlik akt zalı və yeməkxana var. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol və açıq oyun meydançaları yaradılıb.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. İşğaldan azad edilən ərazilərdə dağıdılan təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Bu, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda əksini tapıb. Tədbirlər Planına əsasən, Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.

Sənəddə qeyd edilib ki, Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur.

İlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış olub - FOTOİlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış olub - FOTOİlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış olub - FOTOİlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış olub - FOTOİlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış olub - FOTOİlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış olub - FOTOİlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış olub - FOTOİlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış olub - FOTOİlham Əliyev Suqovuşanda orta məktəbdə yaradılan şəraitlə tanış olub - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 575   Tarix: 18 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kişi biskvit yeyən arvadını döyüb öldürdü

Qazaxıstanda kişi biskvit yeyən arvadını öldürüb. yerli mediaya istinadən xəbər verir ki, hadisə Cambıl vilayətinin Merken rayonunda qeydə alınıb. Kişi biskvit yeyən arvadını döyərək öldürüb. Hadisədən sonra qadının rəfiqəsi bildirib ki, əri ona mütəmadi olaraq fiziki zorakılıq tətbiq edib. Bundan başqa

19.08.2026 211
.

Leysan, dolu... - Xəbərdarlıq

Azərbaycanın rayonlarında avqustun 20-si gündüzdən şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı

19.08.2026 281
.

Rus ordusu Vodyanskoyeni işğal etdi

Rusiya ordusu Donetsk vilayətinin Vodyanskoye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

19.08.2026 173
.

Erməni politoloq: Ukrayna həmişə Ermənistanın tərəfdaşı olub

"Ukrayna həmişə Ermənistanın, əsasən də ticarət sahəsində tərəfdaşı olub". xəbər verir ki, bunu erməni politoloq, siyasi elmlər üzrə doktorluq namizədi Norayr Dunamalyan -ya açıqlamasında bildirib. "Mən "müttəfiq" sözünü işlətməzdim. Bugünkü Ermənistan siyasəti kontekstində bel

19.08.2026 195
.

Ermənistan Ukraynaya yaxınlaşır: Rusiya necə reaksiya verəcək?

"Ermənistanın Ukrayna ilə münasibətləri son dövrdə nəzərəçarpacaq şəkildə intensivləşir. Ukrayna Prezidenti Volodimir Zelenskinin may ayında Ermənistana səfəri, ardınca yüksək səviyyəli təmasların artması və avqust ayında tərəflərin əməkdaşlığın yeni istiqamətlərini müzakirə etməsi göstərir ki

19.08.2026 248
.

ABŞ Ukrayna təcrübəsindən sonra PUA strategiyasını yenidən nəzərdən keçirir

ABŞ Ukraynadakı münaqişə təcrübəsi fonunda pilotsuz uçuş aparatlarının (PUA) döyüşdə istifadə modelini yenidən nəzərdən keçirmək məcburiyyətində qalır. xəbər verir ki, bu qiymətləndirməni Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin Dünya Hərbi İqtisadiyyatı və Strategiyası İnstitutunu

19.08.2026 198
.

Bakıda qəza törədən qadına 6 il, 9 ay, 3 gün həbs cəzası verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Gülnarə Eynullayevanın cinayət işi üzrə hökm oxunub. xəbər verir məhkəmə tərkibi təqsirləndirilən Gülnarə Eynullayevanın 3 il sürücülük hüququnda

19.08.2026 228
.

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.38% azalaraq 4.404 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.71% ucuzlaşaraq 62.94 ABŞ dolları təşkil edib

19.08.2026 158
.

İsrailin Suriyaya zərbəsi Türkiyə ilə müharibəyə səbəb ola bilərdi - ABŞ rəsmisi

The Jerusalem Post yazır ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak İsrailin Suriyanın İdlib yaxınlığındakı Əbu əl-Duhur aviabazasına endirdiyi zərbənin Türkiyə ilə birbaşa hərbi qarşıdurmaya gətirib çıxara biləcəyini bildirib. BİG.AZ İsrail nəşrlərinə istinadən xəbər verir ki, Barrakın sözlərin

19.08.2026 229
.