Bu gün Cəfər Cabbarlının doğum günüdür
Bu gün Azərbaycanın görkəmli dramaturqu, şairi və naşiri Cəfər Cabbarlının doğum günüdür. Böyük ədibin anadan olmasından 124 il ötür.
BiG.AZ dahi şairin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Cəfər Qafar oğlu Cabbarlı 1899-cu il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olub.
Ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin "Dağlı məhəlləsi" adlanan yuxarı hissəsində yaşayıb. Hələ ibtidai sinifdə oxuduğu zaman Abdulla Şaiq və Süleyman Sani Axundov kimi müəllimlərinin təsiri ilə Cəfərdə ədəbiyyata həvəs daha da qüvvətlənir. Beləliklə o, da şeir yazmağa başlayır.
Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə yazılmış bir neçə şeir, hekayə, opera mətni və hətta roman da vardır.
C.Cabbarlının ilk lirik və satirik şeirlərinin tarixini 1915-ci ildə çap edilmiş "Bahar" və "Əl götür" şeirlərindən deyil, "Həqiqəti-Əfkar" qəzetinin noyabrın 5-i 1911-ci il tarixli 2-ci nömrəsində dərc edilmiş "Eşidənlərə" və "Şücaətim" şeirlərindən başlamaq lazımdır.
1915-1920-ci illər C.Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövrdür. O, bir-birinin ardınca "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi və ya Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın" kimi Azərbaycan səhnəsini düşündürən əsərlər yazır, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarda çıxışlar edir.
"Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş" əsərindən sonra yazıçı "Solğun çiçəklər" pyesini yazır.
C.Cabbarlının "Oqtay Eloğlu", "Gülzar", "Dilarə", "Dilbər", "Sevil", "Almaz", "Yaşar", "Dönüş" və s. kimi pyes və hekayələri teatr səhnələrində tamaşaya qoyulub, ssenariləri əsasında bədii filmlər çəkilib.
C.Cabbarlı çox qısa ömür yaşayıb. Onun həyat yoldaşı Sona xanım xatirələrində yazır ki, "Cəfər səhhətinin pisləşməsinə baxmayaraq, çox gərgin işləyirdi. Ömründə bircə dəfə də kurorta, ya sanatoriyaya getməmişdi. Hətta, bağa, yaylağa da gəlməyə vaxt tapmırdı; gələndə də ancaq işləmək üçün, yazmaq üçün gəlirdi. İşə aludəliklə sarılması, get-gedə şiddətlənməkdə olan ürək xəstəliyinə əhəmiyyət verməməsi nəticəsində C.Cabbarlı çox zəiflədi və 1934-cü ilin sonunda, dekabrın 31-də, səhər saat 4-də ürək iflicindən vəfat edib".
C.Cabbarlının xatirəsini əziz tutan ailəsi və tədqiqatçıları böyük yazıçı və sənət adamının 100 illik yubileyi ərəfəsində ədəbiyyat, elm, musiqi və incəsənət sahələrində fərqlənən şəxsləri təltif etmək üçün "Cəfər Cabbarlı mükafatı"nı təsis edib.
Cəfər Cabbarlı mükafatı ilk dəfə 1999-cu ildə, ikinci dəfə isə 2010-cu ildə təqdim edilib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 904 Tarix: 20 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBazardan pomidor alanda yalnız rənginə baxmayın - ən dadlısını seçməyin sirri
Bazarda qırmızı və cəlbedici görünən pomidorlar arasında ən dadlısını seçmək düşündüyünüz qədər asan deyil. Xarici görünüşünə aldanaraq aldığınız pomidor evə çatdıqda dadsız və bərk çıxa bilər. Halbuki bir neçə sadə üsulla ən ləzzətli pomidoru asanlıqla müəyyən etmək mümkündür. xarici mediaya istinadə
09.08.2026 273 Qarpızın üstünə buna görə daş qoyurlar
Çində bəzi fermerlərin yetişməkdə olan qarpızların üzərinə daş qoyması ilk baxışdan qəribə görünsə də, bu üsulun arxasında uzun illərdir tətbiq olunan maraqlı kənd təsərrüfatı təcrübəsi dayanır. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, gün ərzində günəş şüalarının təsiri ilə qızan daşlar istiliy
09.08.2026 411 Maqnitlər soyuducunu xarab edir və işıq pulunu artırır? - Mütəxəssislər mifləri dağıtdı
Bir çox insan səyahətlərdən gətirdiyi və ya hədiyyə aldığı suvenir maqnitlərlə soyuducunun qapısını bəzəyir. Lakin illərdir bu adi aksessuarlarla bağlı müxtəlif iddialar səsləndirilir. Bəziləri maqnitlərin soyuducunun elektronikasına zərər verdiyini, digərləri isə elektrik sərfiyyatını artırdığını düşünür
16.08.2026 260 Zibil qutusuna bir neçə qaşıq tökün: Qoxu da, milçək də azalır
Yay aylarında artan istilik mətbəxdəki zibil qutularında pis qoxunun daha sürətli yaranmasına və milçəklərin bu bölgəyə yönəlməsinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün tövsiyə edilən sadə üsullardan biri zibil paketini taxmazdan əvvəl qutunun dibinə bir neçə xörək qaşığı soda səpməkdir. xəbə
15.08.2026 227 Yuxuda güzgünün sınması nə deməkdir?
Yuxular insanın şüuraltında gizlənən hisslərin, qorxuların, arzuların və gündəlik həyatda yaşadığı hadisələrin fərqli obrazlarla üzə çıxması kimi qəbul edilir. Yuxuda güzgü görmək də maraqlı rəmzlərdən biridir. Güzgü adətən insanın özünə baxışı, daxili dünyası, münasibətləri və həyatında baş verən dəyişikliklərl
09.08.2026 271 Smartfonu uzun müddət qoruyub saxlamağın düzgün yolları AÇIQLANDI
Smartfonu uzun müddət istifadə etmədən saxlayarkən müəyyən qaydalara əməl etmək lazımdır. bildirir ki, bu barədə "BGR" portalı yazıb. Portalın mütəxəssisləri müəyyən səbəblərdən smartfonlarını uzun müddət istifadə etmədən saxlamalı olan şəxslər üçün tövsiyələr siyahısı hazırlayıblar. İlk növbədə
09.08.2026 260 Tənbəl insanlar daha güclü immunitetə sahibdirlər - Alimdən maraqlı açıqlama
Tənbəllik etmək immunitetin möhkəmlənməsinə müsbət təsir göstərə bilər. xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri namizədi, Perm Milli Tədqiqat Politexnik Universitetinin Kimya və Biotexnologiya kafedrasının baş elmi işçisi Valeri Litvinov TASS-a müsahibəsində bildirib. Mütəxəssis qeyd edib ki
09.08.2026 289 Macarıstan paytaxtında QEYRİ-ADİ HADİSƏ: Qaban metroya girdi, sərnişinlər təxliyə edildi
Macarıstanın paytaxtı Budapeştdə metro stansiyalarından birində yaralı qabanın peyda olması səbəbindən sərnişinlər təxliyə edilib. xəbər verir ki, bu barədə Macarıstanın "Portfolio.hu" xəbər portalı məlumat yayıb. Məlumata görə, təxminən 60 kiloqram ağırlığında heyvan əvvəlcə ölkə parlamentini
09.08.2026 478 Turlar.AZ - Xarici Turlar
saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço
10.08.2026 692