"Ford" sürücülərinin NƏZƏRİNƏ: Bir milyondan çox avtomobil geri çağırılır
Avtomobil istehsalçısı "Ford" ABŞ-də 1 280 726 avtomobilini geri çağırıb.
Buna səbəb əyləc şlanqında yaranan problem olub. Belə ki, konstruktiv çatışmazlıq səbəbindən əyləc vaxtından əvvəl sıradan çıxa bilər.
Məlumata görə, 2013-2018-ci illərdə istehsal olunan bəzi "Ford Fusion" və "Lincoln MKZ" modelləri geri çağırılacaq.
Bundan əvvəl 2015-2018-ci illərə aid "Ford Edge" və 2016-cı ilə aid "Lincoln MKX" modelləri geri çağırılıb.
Nasaz olan hissə birləşdirici əyləc şlanqıdır. Qeyd edildiyi kimi, testlər zamanı şlanqlar stenddə sınaqdan keçirilib. Stend isə real vəziyyətin yalnız 88 faizini itimasiya edə bilib.
Şlanqın cırılması əyləc mayesinin sızmasına səbəb ola bilər ki, bu da öz növbəsində əyləclərin tədricən sıradan çıxmasına və qəza riskinin artmasına gətirib çıxara bilər.
Problemli hissə 3 fevral 2012-ci ildən 19 iyul 2017-ci ilə qədər olan müddətdə istifadə edilib. Bundan sonra yeni material tətbiq edilib.
Aprelin 17-dən etibarən "Ford" şirkəti avtomobil sahibləri ilə əlaqə saxlamağa başlayacaq və onları geri çağırılma barədə məlumatlandıracaq. Sahiblərdən avtomobillərini ən yaxın dilerə qaytarmaları xahiş olunacaq və orada əyləc şlanqı pulsuz olaraq yenisi ilə əvəz ediləcək. Bu təmir üçün artıq öz cibindən ödəniş edən sürücülər isə pullarını geri ala biləcəklər.
Qeyd edək ki, "Ford" avtomobilləri, o cümlədən "Ford Fusion" modeli Azərbaycanda da olduqca populyardır. (Oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 824 Tarix: 20 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589